Qaynar xəbər portalı

Kitab dünyası


Qulu AğsəsQULU AĞSƏSİN DOĞUM GÜNÜNƏ

“1969-cu ilin 20 aprel günü atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum… Ömürlüyüm kökaltı ifadəyə bənzər; surətini çıxarmaq mümkün olsaydı, yaxamdan asıb diyarbadiyar gəzərdim”.
Bu sözlər yaxınlarda növbəti doğum gününü qeyd edən şair Qulu Ağsəsin bu dünyaya etiraz notları üstə kökləyərək dilə gətirdiyi tərcümeyi-halındandır. Dəqiq bilirəm ki, qələm dostumuz bu dünyayla dil tapsaydı, şair olmazdı, ədəbiyyatımız da yepyeni bir nəfəsin hərarətindən məhrum olardı. “Hazırkı məqamda onun şeir yaradıcılığı iki müxtəlif qaynağa söykənir: klassik-milli və modern-qeyri-milli. Gümana görə, gənc şairin əsl yaradıcılıq yolu məhz bu iki qaynağın vəhdətindən yaranmalıdı, yəni klassik nəfəs modern - Ağ nəfəslə qaynayıb-qovuşmalı və möhkəm vəhdət ədəbiyyat tariximizə Qulu Ağsəs üslubunu gətirməlidi” (Bayram Əvəzoğlu). Qulunun yaradıcılığı haqda zərgər dəqiqliyi ilə deyilmiş sözlərdir. Zaman-zaman ədəbiyyat tarixində iz qoymuş əksər şairlərə xas məziyyətlərdən biri olan üsyankarlıq müasir poeziyamızın öndə gedən isimlərindən olan Qulu Ağsəsdə daha qabarıq şəkildə hiss olunur.

Kimsən, nəçisən, ay Allah -
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,
Can verib can almağınan?..
Səni nəynən bəndə salaq,
Tutaq hansı qarmağınan?!

Görsək, heç nə eləmərik,
Bir özünü göstər bizə!
Yaxşı günün əgər busa,
Yaman günü göstər bizə!..

Neyləsən, sevirəm səni,
Qulunam, gəl min boynuma!..
Bu şeri də sən yazmısan,
Babalı mənim boynuma…

Deyərdim ki, şair üsyanı bütün üsyanlardan dəhşətlidir: çünki şairlər heç vaxt məğlub olmurlar. Yaradan, sevimli bəndəsi olan şairləri həmişə güzəştə gedib: çünki şair özü də elə yaratmaqla məşğuldur. Sözlə nəsə qurub-yaratmaq böyük ustalıq tələb edir. Qulu ustalar ustasıdır - yaratdığı poeziya istehkamı dolğun fikir təməli üzərində qurulur.

Bunu ancaq sənə danışıram -
bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
ağzı hərdən açılır -
bayramdan-bayrama.
Sənin dünyaya gəlişin də
Bayramdı deyə
Bir-iki sözüm olacaq
Allah eləsin oxşamasın
sağlığa,
nəsihətə,
öyüdə,
gileyə.
Bəlkə haçansa dadına çatdı
çətin gündə, bərk ayaqda.

Quş quşla ötmür, balası,
Şair şairlə dilləşmir.
Quş budaqda oxuyur,
şair varaqda.

Qadına yalan danışmazlar,
Həqiqət kişidi, səhv eləmirəmsə.
Əlbəttə, kişi lazımdı qadına.

Kişiyə gerçəyi deməzlər,
Yalan qadına oxşar daha çox.
Ona görə hər kişinin ürəyindən
baxmaq keçər yalanın dadına.

Bir də unutma,
Mən kimsəsizliyimdən bənzərsiz oldum,
Sən deyəsən atana oxşayacaqsan.

…Bu qədər, balası.
gecdir, uyu.
Gör göy üzü nə qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur…

…Bu, nağıldır. Qulu Ağsəs gerçəyin sərt üzünü tərsinə çevirib nağıl astarını balasına anladır… Gerçəyin sərt üzü nağıllaşarmış, insanı şipşirin röyalara qərq edərmiş - insanın xoşbəxtliyə qovuşduğu yeganə dünyaya - röyalara… Həcmindən, vəznindən asılı olmayaraq onun bütün şeirlərini suya təşnə adamlar kimi birnəfəsə içirəm, yalan olmasın, nəfəs almadan, göz qırpmadan oxuyuram. Bu, şair xoşbəxtliyidir. Bəlkə də şairlər yeganə varlıqdırlar ki, xoşbəxtlikləri öz bədbəxtlikləri üzərində qurulur. Bədbəxt ikən xoşbəxt, fani ikən əbədi, qara ikən ağ, zülmət ikən aydınlıq və s. - bunlar, şairlərin - gerçək şairlərin alın yazısıdır.
Qulunun şeirlərini oxuduqda həmişə düşünmüşəm ki, nə yaxşı bu dünyada şər, şeytan, ədalətsizlik var - səhv etmədiniz - nə yaxşı bütün bunlar zamanla, dünyayla birgə yaranıb və biz bu ədalətsizliyə qarşı şair üsyankarlığını görə, oxuya bilirik!

Ya Allah!
Yer üzündə
Ədalət yoxa çıxıb.
Düzdü,
Hələ biri qalır -
O da Qazaxda saz çalır…

Bütün şairlər kimi, yəqin ki, Qulu Ağsəsin də payıza şairanə bir sevgisi, məhəbbəti var. Qulu Ağsəsi baharda bu işıqlı dünyaya bəxş edən Tanrı, alnına şair taleyi yazacağı üçün özünü sığortalamaq istəyib bəlkə də. Axı bahar sevgilərin, oyanan torpağın, gülün, çiçəyin, bir sözlə, gözəlliklərin fəslidir. Və şair Qulu Ağsəs doğum gününü belə bir zamanda qeyd etməyə məhkumdur. Məhkumluğun mübarək, Qulu Ağsəs!

Xuraman HüseynzadəXuraman HÜSEYNZADƏ






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (7 səs, təxmini: 3.71 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, May 9th, 2008 tarixində 09:47 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. Rustam adlı istifadəçi, May 9, 2008 tarixində, saat 16:58 yazıb:

    Ya Allah!
    Yer üzündə
    Ədalət yoxa çıxıb.
    Düzdü,
    Hələ biri qalır -
    O da Qazaxda saz çalır…

    Qulu burda qurtarır! Yəni: filmin sonu, end of quotation


  2. Şahanə adlı istifadəçi, May 10, 2008 tarixində, saat 14:31 yazıb:

    Qulunu harda görsəm, oxuyuram. “Gözəl yazır” - desəm, az olacaq.
    Allah ömür versin bundan sonra da, babal yusun elə.


  3. Atabey Tengtas adlı istifadəçi, May 10, 2008 tarixində, saat 22:23 yazıb:

    Gulu beyin shiirleri gayet iyidir, men deyerdim Selim babullaoglundan sonra onu yavan oxumaq eziyyet vermir. Selemin, Aydinkhanin ve (!!!!) Qeshemin yazilarindan sonra bunlar sizde konushuldugu kimi rahet-hulqumdur.


  4. Stilyaga adlı istifadəçi, May 13, 2008 tarixində, saat 14:04 yazıb:

    Qulu Agses Azerbaycan poeziyasinda yeni bir sehifedir. O sehifede yazilanlarin ozelliyi orijinalligindadir. Qulu hec kimin yolu ile getmir, seirleri ile yeni bir cigir acir. Inaniram ki, o cigiri boyudub yol elemeye Qulunun istedadi, nefesi ve omru yetecek, insallah!!!


  5. krutıshka adlı istifadəçi, May 21, 2008 tarixində, saat 13:55 yazıb:

    Xuraman Hüseynzade… Bu imzanı harada gorsem oxuyuram, sevinirem ki, metbuiatımızda ve edebiyyatimizda sizi kimi bir xanim var. Sukani bele saxlayin. Onu da deyim ki, cox gozelsiniz.


  6. Sevinc adlı istifadəçi, May 21, 2008 tarixində, saat 14:04 yazıb:

    Salam Xuraman xanim. Sizin yazilariniz xüsusile koshe yazilariniz cox ferqli ve düsündürücüdür. Serlerinizi oxuduqca insan tamam basqa bir aleme düsür. Qeleminiz cox ferqlidir kimseye benzemir. Size yeni yaradiciliq uqurlari arzulayiram.


  7. Fatima adlı istifadəçi, May 21, 2008 tarixində, saat 22:55 yazıb:

    Cox gozel.menimde cox xoshum gelir Xuraman xanim super yazir) SUPER)

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: