Bir müsabiqənin tarixçəsi
Vəfa Cəfərova
Azərbaycanda həyat İçərişəhərdəki küçələrə bənzəyir. Sən hansısa yolu seçib gedirsən və sonda təbii ki, istədiyin mənzilə çatacağına ümid edirsən. Amma sonda düzgün saydığın yolun sonunda dalana dirənirsən. Və bir anlıq da olsa ümidsizlik hissi səni öz caynağına keçirir. Bizim əbədi dalanımız – ( banal görsənməkdən qorxmayıb deyəcəm) bizim hökümətimizdir. Yəni hökümətimizin istənilən nazirliyi.
Harri Potter kitabından bir cümlə heç vaxt yadımdan çıxmayacaq – “Möcüzə nazirliyi insanlardan möcüzənin movcudluğunu gizlətmək üçün yaradılmışdı”. Bu fikri bir azcıq dəyişdirib azərbaycansayağı edək: Azərbaycanda nazirliklər adi vətəndaşlar üçün maneələr törətmək, onsuz da çətin olan həyatlarını ağırlaşdırmaq üçün yaradılır. Buna çoxlu misallar tapmaq olar. Amma son həftə baş verən bir hadisə bu fikrimi daha da möhkəmləndirdi.
Mədəniyyət və Turizm Nazirliyi 35 yaşınadək olan gənc rejissorlar arasında keçirdiyi “Bu meydan, bu ekran” qısametrajlı film müsabiqəsinin qaliblərini élan etdi. Bir film uçun büdcəsi 30 000 manat olan layihənin məqsədi yeni yaranmış prodüsser mərkəzlərinə və gənc rejissorlara sınaq imkanı yaratmaq idi. Çox alicənab və yerinə düşən bir müsabiqədi. Çünki heç kim üçün sirr deyil ki, Azərbaycanda kino sahəsi necə acınacaqlı vəziyyətdədir. Yaradıcı insanlar daim maliyyə problemləri ilə üzləşirlər. İdeya, yenə də deyirəm, çox əladır, amma…
Əvvəla onu deyim ki, qalib filmlərin 8-dən 7-yə endirilib. Səbəb kimi, Qarabağ haqda uğurlu ssenarilərin az olması (yenə də Qarabağ kartı) göstərilib. Adama deyərlər, noolsun? O olmasın, bu olsun. Qarabağdan yoxdu, qoy başqa şeydən çəksinlər. Amma yox. Nazirlik belə zarafatları xoşlamır. Qarabağdan çəkiləcək üç filmin yerinə, cəmi ikisi çəkiləcək və yerdə qalan birinin də vəsaiti gedəcək… Düzü bilmirəm hara, amma əminəm ki, Azərbaycan mədəniyyətinin “inkişafına” xərclənəcək. Ya da idmanının. Niyə məhz idmanın? Müsabiqə qaliblərinin siyahısını oxuyan kimi bunun səbəbi həmin andaca sizə bəlli olacaq.
Elan olunmuş qaliblər siyahısında “Azərbaycan Qoçyu Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası İctimai Birliyi”nin də adının olması yəqin sizə də paradoksal və gülünc görünər. Amma musabiqə gənc rejissorlar
üçün elan olunmuşdu və dövlətin Azərbaycanda müstəqil kino şirkətlərinin inkişafının dəstəklənməsi proqramının bir hissəsi kimi qələmə verilirdi. Anlayıram, idmançılara qayğı hakimiyyətin siyasətində əsas istiqamətlərindən biridir. Yəqin Mədəniyyət nazirliyi də başqa nazirliklərdən geri qalmaq istəməyib. Axı indiki mədəniyyət və turizm naziri əvvəl idman naziri idi. Film çəkmək üçün kinoistehsalat haqqında anlayışı olmayan qara kəmər sahiblərinə layihə vermək absurddur.
Ümumiyyətlə, nazirliyin tender siyasətinə yaxından nəzər salsaq, bir çox müəmmalı faktlar ortaya çıxır. Məsələn, eyni zamanda 4 (!!!) filmin çəkilişləriylə məşğul olan
“Bizim film” və “Sınaq film” prodüsser mərkəzləri əslində eyni adama- Heydər Dadaşova məxsusdur. 2006-cı ildən nazirlikdən bu mərkəzlərə 4 layihə verilib. İki il ərzində bu prodüsser mərkəzləri nazirliyə layihələrdən heç birini təhvil verməyib. Sadə dillə desək, filmlər hələ təhfil verilmədiyi və nəticələrin də necə olacağı bəlli olmadığı bir vaxtda, şirkət rəhbərləri yeni sifarişlər almaqda davam ediblər. Artıq film təhvil verən və kifayət qədər uğurlu nəticələr əldə edən şirkətlər isə yeni proyektlərdən kənarlaşdırılıblar. Hətta nazirliyə təqdim olunan bir proyektin “Yeni Dalğa” Prodüser Mərkəzindən “alınıb”, ehmalca “Bizim Kino”ya ötürülməsi faktı da var. İndi mənə başa salın, burada hansı məntiq var? Milli filmlərin istehsalı şöbəsinin rəhbəri Cəmil Fərəcov və Cahangir bəy kinonu beləmi inkişaf etdirirlər?
Tanıdığım rejissorlardan biri demisdi ki, nazirliyə müstəqil fikirli yaradıcı insanlar lazım deyil. Nazirliyə onların bütün əmrlərinə və qərarlarına qul itaətkarlığı ilə razı olan adamlar lazımdır. Nə demək olar? Bu tendensiya təkcə bu nazirlikdə deyil, bütün dövlət strukturları üçün xarakterikdir. Bu, rejimin tələbidir. Uduzan isə kim olur? Əlbəttə biz seyrçilər, vətəndaşlar, Azərbaycan istehsalı olan keyfiyyətli filmlərin yolunu həsrətlə gözləyən izləyici. Deyəsən yenə dalana dirəndik…
« Azərbaycanın milli brendi nə vaxt mağazalarda görünəcək? | Əsas səhifə | Qabriel Qarsiya Markes yeni romanını yazdı »




Bölmə: 









nurlane melikova adlı istifadəçi, May 12, 2008 tarixində, saat 01:26 yazıb:
meydan verilir ki ekranda goster…goster ki neye qadirsen sheytansiz filansiz- eslinde bu musabiqelerin el dilinde desek yeri var. ve subut edir ki genclerimiz dushunur ve dushunduklerini de gostere bilirler. bu oz yerinde…filmlerin 8 den 7 e enmesi, ve kino ile elaqeli olmayan shirketlerin adlari narahatliq dogurur. amma umid edek ki layiheler heqiqeten gucludur ve son neticede harika film izleye bileceyik. men dostlarimin bu muqabiqeden kenarda qalmasina uzuldum. yazinizin yeri var, vefa xanim.
vafe xanim turkler demish ofkenizin