Qaynar xəbər portalı

Kitab dünyası


MarkesKultAz: Bir neçə il bundan öncə ədəbi karyerasına son qoyduğunu bildirən kolumbiyalı Nobel mükafatı laureatı, “Yüz il tənhalıqda” romanının müəllifi Qabriel Qarsiya Markes yeni romanına son düzəlişlər edir.
Bu barədə Britaniyanın “The Guardian” qəzetinə Markesin dostu jurnalist Dario Arismendi məlumat verib.
250 səhifəlik romanın hələ adı yoxdur və romanın dərc olunacaq tarixi də məlum deyil.Arismendinin sözlərinə görə, Markes mətnin beşinci variantına düzəlişlər etməkdədir.
Markesin sonuncu romanı - «Memoria de mis putas tristes» ( Mənim qəmli fahişələrimin xatirələri) 2004-cü ildə nəşr olunmuşdu. 2006 -cı ildə isə yazıçı “La Vanguardia” adlı İspan qəzetinə müsahibəsində demişdi ki, bir daha yazmaq fikrində deyil və oxucular onun memuarlarının ikinci hissəsini görməyəcəklər (1-ci hissə 2001-ci ildə çıxmışdı).






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: