…birinci kədər…
Orda…
“Elmlər”in girəcəyində
Böyük sütunlar
Ortaboy qadın
Kiçik təbəssüm
Və xırdaca ümid şəkli var…
Bu şəkil
Yellənəcək
Gerçəkliklərin üstündən
Saat kəfkiri tək
Səhər-axşam,
Axşam-səhər,
Gecə-gündüz,
Gündüz-gecə…
Və hər saat,
Hər dəqiqə,
Hər saniyə
“Mən burdayam,
“Elmlər”də…” pıçıltısı
Düşər yerə
Çilik-çilik,
Çilik-çilik olacaq…
Bu…
İlk kədərdi sadəcə…
Bu birincidi…
…ikinci kədər…
Qadın
Sevərkən
Gözlərini yumar
Gözləri açıqdırsa,
sevmir demək…
Kişi
Sevərkən
Qadının üzünə baxar
Baxmırsa,
Özgəsini düşünür demək…
Bizim variantda…
Sən gözlərini yummusan,
Mən üzünə baxıram…
Sanki
Metro sərnişinləriyik
Səbirsizliklə gözləyirik
Növbəti stansiyanı
Yerin altından çıxıb
Hərə öz yoluyla getsin deyə…
Aman Allah.!
Günəş üçün darıxdım…
« Qabriel Qarsiya Markes yeni romanını yazdı | Əsas səhifə | Elçin: “Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin ilk növbədə, yazıçıdır” »




Bölmə: 










Novarg adlı istifadəçi, May 12, 2008 tarixində, saat 12:51 yazıb:
Bu olkede qadin-kishi munasibetleri Qeshem muellim’in inhisarindadi, yazanda diqqetli olun… -))
Ela dushuncelerdi, Cavidan, tebrik edirem…
P.S. Musabiqe vardi, axiri neteri oldu…?
scorpion adlı istifadəçi, May 12, 2008 tarixində, saat 16:36 yazıb:
Gözəldi!!! Cavidan xanım təbrik eliyirəm… Mən inanıram ki, bu müsabiqənin qaliblərindən biri də sən olacaqsan…
Şahanə adlı istifadəçi, May 12, 2008 tarixində, saat 17:58 yazıb:
Mən 1-ci gözləyirəm…-))
Şəms EL adlı istifadəçi, May 12, 2008 tarixində, saat 20:38 yazıb:
Mən isə “Nobel” gözləyirəm!
Təbriklər, CavidAn…
Qadjiyev adlı istifadəçi, May 13, 2008 tarixində, saat 00:52 yazıb:
Pis deyil… “4″ vermek olar mence..)))
ehtiram adlı istifadəçi, May 13, 2008 tarixində, saat 09:29 yazıb:
umumiyyetle cavidan 1 qadindan gozlemediyim derecede istedadlidir. bu sherhi oxuyanda cavidanin feministcesine hirslendiyini hiss edirem. bunlar zarafatdir xanim.
men adlı istifadəçi, May 13, 2008 tarixində, saat 13:07 yazıb:
men demisem dee CAVIDAN XANIM O SEIRI vermisinizse yer tutacaqsiniz))
amma munsiflerin kimliyi cox onemlidi,tefekkuru cox onemlidi.
shehsen men Nizami Ceferov,Cavansir Yusifli kimi shexsiyyetleri munsif olmalarini isterdim,neinki,Qeshemlerin,Rasim Qaracalarin ve.s/in
bu seirlerin ise xosuma gelmedi.
sene yeni axtarislar arzulayib serhime xitam verirem)))
Cavanşir Yusifli adlı istifadəçi, May 13, 2008 tarixində, saat 13:31 yazıb:
Cavidan xanımın bu şeirləri bir nəfəsə oxunur və dəfələrlə oxunmasını tələb edir. Niyə? Məncə, burada bizə, hislərimizə sirayət edən bir sistem var, şeirin əvvəlindən sonuna kimi bizi izləyir, ürəyimizə yol axtarırır və bundan bizim qəribədir ki, xəbərimiz olmur. Əsl şeir “texnologiyası” elə budur - burada indi “halaypozanlıq edən” modern ədəbiyyat xəstələrinin nimdaş yazılarını qətiyyən xatırlamaq istəməzdim. Zəif şairlərdə bütün məlum üsullar - istiarədən metaforaya kimi hər şey nəyisə xatırlayır, plağiat effekti doğurur - plagiat olmasa belə, orijinal şairlərdə hər şey yenidən doğulur, min il əvvə üfüqdə görünsə belə. Cavidanın şeirləri ikincilərdəndir və ona daha böyük uğurlar arzulayıram - imkan yarat, çox sevinək - qoy bir az da təmiz səmanın üzünü görək!
Stilyaga adlı istifadəçi, May 13, 2008 tarixində, saat 13:57 yazıb:
Seirleri de ozu kimi gozeldir Cavidan xanimin.Tebiidi, semimidi
ZUZU adlı istifadəçi, May 14, 2008 tarixində, saat 12:35 yazıb:
ela serlerdi
şərif adlı istifadəçi, May 14, 2008 tarixində, saat 16:25 yazıb:
yaxşı şeirlərdir
Rebiqe adlı istifadəçi, May 15, 2008 tarixində, saat 12:11 yazıb:
Cavidan, sherilerinin arasinda trapla bagli sheiri axtariram. Gonder mene o sheiri - o menim uchun shedevrdi…
daha gozel sheirler gozleyirem ve bilirem ki bu sheirleri sen yazacaqsan… ozunu koshelere xercleme! Her sahede ugurlar!
Aslan adlı istifadəçi, May 15, 2008 tarixində, saat 22:18 yazıb:
Gözəldir!!!
Sima N. adlı istifadəçi, May 17, 2008 tarixində, saat 18:18 yazıb:
Sonuncu şeir yaxşıdır. Günəş üçün darıxan o qədər insan var ki…
men adlı istifadəçi, May 17, 2008 tarixində, saat 22:19 yazıb:
Cavidan tebrik edirem.men bilmek isteyirem musabiqeye hansi seirini vermisdin?yaxud hansilarini?
Məsiağa Məhəmmədi adlı istifadəçi, May 18, 2008 tarixində, saat 00:18 yazıb:
Cavidan xanımın “Düşərgə” saytında getmiş şeirlərinə Güneyli gənc şair Elşən Böyükvəndin yazdığı şərhi olduğu kimi ərəb əlifbasından çevirib tanışlıq üçün sizlərə təqdim edirəm:
“Salamlar.Mən bu iki şeiri oxuyarkən çox az rast gəldiyim duyğulara rast gəldim. Bu duyğular nədir? Bu yumşaqlıq nədir? Bu qoxu nədir? Bunlar qadın şeirlərinin qoxusudur.Və özü də çox gözəl şeirlər. Bu şair bacıma uğurlar və başarılar arzulayıram.
Sayğılarla: Elşən Böyükvənd”
Mən də bu arzuya qoşuluram…