Qaynar xəbər portalı

kadrHərdən mənə elə gəlir ki, bu dinlər, məzhəblər insanları birləşdirmək yox, ayırmaq üçün yaranıb”. Bu sözləri xalq yazıçısı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Hökmdarın taleyi” filminin qəhrəmanı İbrahim xan deyir.
Dramatik hadisələrin inkişafı ilə göz önünə XIX əsrin əvvəlində nəhəng qonşularının hədəfinə çevrilən Azərbaycan xanları və xanlıqlarının taleyi gəlir. Kadrlar bir-birini əvəzlədikcə, nəinki din və məzhəblərin, bu yer üzü və dünyanın da insanları birləşdirmək yox, məhz ayırmaq üçün yarandığına əmin olursan. Davamı…


32ABŞ-ın Klivlend şəhərində Azərbaycan Mədəniyyət bağının açılışı olub. Açlış mərhum prezident Heydər Əliyevin yubileyi münasibətilə baş tutub.
Klivlendin mərkəzi küçələrinin kəsişməsində yerləşən Azərbaycan Mədəniyyət bağını ABŞ-da yaşayan həmyerlimiz, memar Xanlar Qasımovun müəllifi olduğu “Ocaq” abidəsi və mərmərdə həkk edilən “Azərbaycan - təxəyyülü alovlandırıb, ruhu isidən əbədi odlar yurdu” sözləri bəzəyir. Davamı…


KannKino bayramı yenə bizdən yan keçəcək

Bu gün axşam 61-ci Beynəlxalq Kann Film Festivalı açılır. Festival öz işinə braziliyalı rejissor Fernando Mereillesin məşhur portuqaliyalı yazıçı, Nobel mükafatı laureatı Joze Saramaqonun romanı əsasında çəkdiyi “Blindness” adlı psixoloji qorxu filminin nümayişi ilə başlayacaq.
Məşhur aktyor Eduard Baerin baş rolda olacağı açılış mərasiminə və filmin qala nümayişinə Julian Mur, Mark Ruffalo, Denni Klover və G.Qarsia Bernal kimi ünlü oyunçular da qatılacaqlar. Davamı…


tAliyə Dadaşova

Bakı Kamera Teatrının sonuncu premyerasıdır «Aydın». Rejissoru Cənnət Səlimova. Bəstəkarı Firudin Allahverdi. Qabaqcadan deyim biləsiniz, Cəfər Cabbarlının yaratdığı Aydın deyil bu Aydın. Yəni pyes o pyesdir, amma Aydın o Aydın deyil.O Aydının əhvalının və əhvalatının Kameradakı Aydından fərqi çoxdur. Əgər Cəfər Cabbarlının Aydını fəlsəfə püskürən, uzun-uzadı qarışıq, mürəkkəb nitqlərin içində, pafosunda itib batan Aydın idisə, bu Aydın sadə, gözümüzlə gördüyümüz, içində olduğumuz həqiqətin yüzlərlə qurbanlarından biridir. Bu Aydın sonda həqiqətini bulan zavallılardandı. Bu Aydın öz yerini aşağı qatda boş şərab şüşələrinin arasında tapmış Aydındır. Davamı…