Qaynar xəbər portalı

Kitab dünyası


32ABŞ-ın Klivlend şəhərində Azərbaycan Mədəniyyət bağının açılışı olub. Açlış mərhum prezident Heydər Əliyevin yubileyi münasibətilə baş tutub.
Klivlendin mərkəzi küçələrinin kəsişməsində yerləşən Azərbaycan Mədəniyyət bağını ABŞ-da yaşayan həmyerlimiz, memar Xanlar Qasımovun müəllifi olduğu “Ocaq” abidəsi və mərmərdə həkk edilən “Azərbaycan - təxəyyülü alovlandırıb, ruhu isidən əbədi odlar yurdu” sözləri bəzəyir. Səkkiz ton ağırlığında paslanmayan poladdan tökülmüş “Ocaq” abidəsinin hamarlanmış dairəvi formasında yanlardan torpaq, üstdən isə səma əks olunur. Memarın bildirdiyinə görə, bu layihə onun ən mürəkkəb işlərindən biridir. Poladın ideal simmetrik hala gətirilməsi ilə bağlı texniki çətinliklər bir tərəfə qalsın, əsrlərlə tarixi olan zəngin Azərbaycan mədəniyyətini bir abidə ilə ifadə etmək bütöv kitabı bir cümlə ilə danışmağa bənzəyirdi. “Ocağ”ın ideyası Nizaminin “Leyli və Məcnun”undan və Nəsimi fəlsəfəsindən ruhlanmışdır.
Onu da qeyd edək ki, mayın 12-si Klivlenddə “Azərbaycan günü” elan edilmişdi. Bu qərarı Klivlend şəhərinin meri Frənk Cəkson bağın rəsmi açılış mərasimində çıxış edərkən bildirib. Mərasimdə iştirak edən fəxri qonaqlar arasında ABŞ Konqresində Ohayo ştatının təmsilçiləri Denis Kusiniç, Stefani Tabs Cons və ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev də var idi. Azərbaycan Mədəniyyət bağının açılışında Klivlend ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də burada yaşayan azərbaycanlılar iştirak edirdilər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: