Qaynar xəbər portalı

Kitab dünyası


Kann festivalı başlayır


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 95 oxuma

KannKino bayramı yenə bizdən yan keçəcək

Bu gün axşam 61-ci Beynəlxalq Kann Film Festivalı açılır. Festival öz işinə braziliyalı rejissor Fernando Mereillesin məşhur portuqaliyalı yazıçı, Nobel mükafatı laureatı Joze Saramaqonun romanı əsasında çəkdiyi “Blindness” adlı psixoloji qorxu filminin nümayişi ilə başlayacaq.
Məşhur aktyor Eduard Baerin baş rolda olacağı açılış mərasiminə və filmin qala nümayişinə Julian Mur, Mark Ruffalo, Denni Klover və G.Qarsia Bernal kimi ünlü oyunçular da qatılacaqlar.Festivalda 22 film “Qazıl palma” uğrunda yarışacaq. 20 milyon avroluq büdcəyə malik Kann festivalının jürisinə tanınmış Amerika rejissoru və aktyoru Sean Penn sədrlik edəcək. Jüriyə dünya kinosunun ünlü isimləri- italyan Serjio Kastellitto, amerikalı Natali Portman, alman Aleksandra Mariya Lara, meksikalı Alfonso Kuaron, taylandlı Apixatonq Veerasethakul, fransız Rəşid Buoçareb, iranlı Mərcan Satrapi və fransız Jean Balibar daxildirlər.
Mayın 25-də başa çatacaq festivalda “Qızıl palma” mükafatını Hollivud nəhəngi Robert de Niro təqdim edəcək. Festival de Niro, S.Penn və Brus Uillisin çəkildiyi “What Just Happened” filminin (rejissoru Barri Levinson) nümayişi ilə başa çatacaq.
Türkiyə sineması festivalda rejissor Nuri Bilgə Ceylanın “Yç meymun” filmi ilə təmsil olunacaq. Erməni rejissoru Atom Eqoyansa Kanna “Adoration” filmini aparıb. “Qata” filmində Bakıdan köçən ermənilərdən bəhs ediləcək.
Bu gün kino ulduzları Kann festivalının qırmızı xalısı üzərində “sayrışacaqlar” və dünya kinosunun ürəyi 10 gün ərzində Kannda döyünəcək.
Azərbaycanın yeganə böyük Şərq-Qərb festivalı isə Kann festivalında hər hansı böyük filmlərin təqdimatı imkanından məhrumdur. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Şərq-Qərb kinofestivalının direktoru Abbas Əliyev “ANS-Press”ə bildirib. Ermənilərsə öz festivallarını (”Qızıl ərik”) Kannda və digər kino forumlarında təbliğ edə bilirlər. “Maliyyə imkanları varsa, deməli həmin dövlət və yaxud da həmin işlərlə məşğul olan qurumlar daha effektiv çalışırlar və kinonun təbliğat imkanlarını daha dəqiq qiymətləndirirlər. Və ondan daha yaxşı istifadə edirlər. Biz isə bu imkandan məhrumuq. Şəxsən Azərbaycan Kinematoqrafçılar İttifaqı dövlətin dəstəyi ilə keçirdiyi Azərbaycanda yeganə böyük Şərq-Qərb festivalı Kann festivalında hər hansı böyük filmlərin təqdimatı imkanından məhrumdur”,- deyə Abbas Əliyev bildirib.
Rejissora görə, belə vəziyyətə görə, kino siyasətini həyata keçirən adamlar cavabdehdir. Bununla belə, A.Əliyev ümidsiz deyil: “Hələ də gec deyil. Ola bilər ki, biz inkişafımıza təzə başlayırıq. Ora dəyərli-dəyərsiz film aparmaq olmaz. Hazırda Azərbaycanda xeyli filmlər çəkilib. Gələn yarşmalarda yəqin ki, biz də iştirak edəcəyik. Mən bilirəm ki, bu məqsəd bizim qarşımızda durur. Mədəniyyət və Turizm Nazirliyi bu sahəyə fikir verir. ”
Qeyd edək ki, bu il dövlət tərəfindən kino çəkilişinə 6 milyon manat pul ayrılıb. Bəlkə də Amerika meyarları ilə yanaşsaq, bu büdcəyə ortabab film belə çəkmək olmaz. Lakin İran kinosunun Avropada yaratdığı fırtına göstərdi ki, az maliyyə ilə də keyfiyyətli film çəkmək olur. Bizdə isə son illər çəkilən filmlər, o kinolentlər ki, dövlət onlara bir ətək pul xərcləyib, heç daxili kino bazarında da auditoriya toplamır. Baxırsan, rejissoru yetərincə adlı-sanlıdır, ssenaristi isə ömrü boyu az ssenari yazmayıb, amma ortalıqda kinoluq bir şey yoxdur. Soruşursan ki, bu nə sinema, bu nə həngamə? Cavab verir, siz nə bilirsiniz ki, kino nədir?
Burada bəndənizin yadına romançı ilə tənqidçinin mübahisəsi düşür. Yazıçı tənqidçiyə deyir: “Sənin ədəbiyyatdan başın çıxmır, ömründə bir hekayə belə yazmamısan”.
Tənqidçi:”Toyuq kimi qaqqıldayıb yumurta qoymasam da, qayğanağın ləzzətini toyuqdan yaxşı bilirəm”…
Nə isə yenə də dünyanın ən məşhur kino bayramı bizdən yan keçəcək…

Z.ZİYA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 2 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, May 14th, 2008 tarixində 09:59 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Şahanə adlı istifadəçi, May 15, 2008 tarixində, saat 15:23 yazıb:

    Keçmədi. Əziz və hörmətli İTV bizə bu kino bayramının açılışını canlı-canlı olaraq çox yüksək səviyyədə təqdim elədi. Kino camaatı haqqında bilmədiklərimi də həmin reportajdan öyrəndim.

    Bravo!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: