Qaynar xəbər portalı

Kitab dünyası


1Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən yüksək bal 31, “Hekayə” nominasiyasında isə 30 olub (maksimal bal- 50). Müsabiqədə ən az balı “Şeir” nominasiyasının iştirakçılarından biri alıb. Münsiflər ona ümumilikdə 2 səs verib.
Ümumiyyətlə, müsabiqəyə 39 nəfər 120-dən artıq əsərini təqdim edib. İştirakçılardan ikisinin namizədliyi qəbul olunmayıb. Münsiflərin qərarı ilə finala çıxan 10 yazarın adını Sizə təqdim edirik (sıralama şərtidir):

Mirmehdi Ağaoğlu (hekayə)
Dalğa Xatınoğlu (şeir)
İbrahim Sel (hekayə)
Cavidan (şeir)
Jalə İsmayıl (hekayə)
İltifat Köçəri (şeir)
Sevinc Çılğın (hekayə)
Rəbiqə Nazimqızı (şeir)
Ülviyyə Heydərova (hekayə)
Elmin Həsənli (şeir)

“Nəsimi” mükafatının təqdimat mərasimi may ayının son günlərində Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Həmin gün finalçılar arasından 6 nəfərə diplom və müsabiqənin simvolu (Birinci yeri tutan iki nəfərə) təqdim olunacaq.  Təqdimat mərasiminin keçiriləcəyi vaxt barədə məlumat bir neçə gündən sonra portalımızda dərc olunacaq.
Bütün finalçıları təbrik edirik!

Təşkilat Komitəsi






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, May 16th, 2008 tarixində 12:22 radələrində Müsabiqə bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

17 şərh var


  1. Novarg adlı istifadəçi, May 16, 2008 tarixində, saat 15:25 yazıb:

    Men de tebrik edirem… Artiq finalchilarin adi melum olduguna gore, munsifler barede melumat vermekde bir problem olmaz…


  2. pechorin adlı istifadəçi, May 16, 2008 tarixində, saat 15:59 yazıb:

    Her kesi tebrik edirem.


  3. Asiman adlı istifadəçi, May 16, 2008 tarixində, saat 15:59 yazıb:

    Tebrik edirem. Ugurlar


  4. Şahanə adlı istifadəçi, May 16, 2008 tarixində, saat 17:07 yazıb:

    Mümkün balla verilən bal arasında xeyli fərq var.
    Belə məlum olur ki, münsiflər ümumi səviyyədən çox da razı qalmayıblar.

    Hər kəsə uğurlar.


  5. Postmodernpərvərpərəst adlı istifadəçi, May 16, 2008 tarixində, saat 17:34 yazıb:

    Hörmətli Təşkilat Komitəsi,
    siz hələ bilmədiz ki, münsiflərin adı daha maraqlıdır oxucuya..? -))


  6. ehtiram adlı istifadəçi, May 16, 2008 tarixində, saat 20:37 yazıb:

    qalibleri tebrk edirem
    musabiqrnin sertlerine gore 20 neferin eseri kitab halinda nesr olunacaqdi
    kimlerdi o diger 10 nefer?


  7. Adınız (vacibdir) adlı istifadəçi, May 17, 2008 tarixində, saat 15:35 yazıb:

    Mən bu müsabiqənin obyektiv keçirdilməsinə şübhə ilə yanaşıram. Əgər başda Z.Əzəmət varsa…


  8. Sima N. adlı istifadəçi, May 17, 2008 tarixində, saat 17:50 yazıb:

    bəs deyirdiz, kimin kitabı çıxıbsa, müsabiqəyə buraxılmır? Bildiyimə görə Sevinc Çılğının və İltifat Köçərinin 2007-ci ildə kitabı çıxıb. Zahir, bu qeydi cayta qoymasan, biləcəm ki, obyektivlik haq. dediklərin mifdən başqa bir şey deyil :))


  9. Admin adlı istifadəçi, May 17, 2008 tarixində, saat 20:21 yazıb:

    Sima Xanıma!
    Şərtlərdə aydın yazılıb- hər müəllif bir nominasiyada iştirak edə bilər və təbii ki, kitab məsələsi də onun qatıldığınominasiya üzrə keçərlidir.
    Sevinc Çılğının şeir kitabı nəşr olunub və o, şeir nominasiyasi üzre ishtirak ede bilmezdi. Amma hekayə nominasiyasi uzre ishtirak etmekdə azad idi. İltifata gəldikdə isə onun şeir-kitabının çıxıb-çıxmaması haqqında bilgili deyilik və xahiş edirik ki, özü məsələyə aydınlıq gətirsin.

    Zəruri qeyd: Mifbazlıq mənlik deyil, kimin nə düşünəcəyinə də özümü hesablamıram, əziz Sima. Başımı aşağı salıb işimi görürəm.


  10. ehtiram adlı istifadəçi, May 17, 2008 tarixində, saat 22:07 yazıb:

    diger 10 neferin adini aciqlamaq istemirsiniz,hormetli admin.musabiqenin sertlerine baxin neticeleri ile uygunsuzluq var.


  11. Sima N. adlı istifadəçi, May 18, 2008 tarixində, saat 20:31 yazıb:

    Əzizim Zahir, sənin başını aşağı salıb oz işinlə məşgul olduğuna qətiyyən şübhə etmirəm. Və inanmaq istəyirəm ki, əvvəlki şərhimdə yazdıqlarım xətrinə dəyməyib,mən səni mifbazlıqda ittiham etməmişəm, sadəcə həqiqətə diqqətini cəlb etmişəm.

    O ki qaldı İltifata… İnanmıram ki, o, qəsdən kitabının çıxdığını gizlədib, sadəcə, yəqin, qaydaları diqqətlə oxumayıb. Amma munsuflər heyəti daha diqqətli və prinsipial olmalıydı


  12. Rebiqe adlı istifadəçi, May 19, 2008 tarixində, saat 10:26 yazıb:

    Bes munsifler heyeti indi ne qarar qebul edecek? Maraqlidi…
    bir de oyrenmek isterdim, birinci, ikinci ve uchuncu yerle arasinda ne qeder bal ferqi olub?


  13. Qadjiyev adlı istifadəçi, May 19, 2008 tarixində, saat 16:44 yazıb:

    Onluqdaki her kese tebrikler…

    Inanmaq isterdim ki, tam obyektiv secim olub…

    Yoxsa ferqlenmeye chalishan “yeniler”in “kohneler”den ne ferqi…?


  14. şahbazi adlı istifadəçi, May 21, 2008 tarixində, saat 00:10 yazıb:

    sevimli “dalğa” və “cavidan”
    sizi təbrik edirəm


  15. ehtiram adlı istifadəçi, May 21, 2008 tarixində, saat 16:30 yazıb:

    ZAHIR bey belke aydinlasdirasiniz musabiqenin sertleri niye neticeleriyle uyusmur?olmaya sertleri unutmusunuz?olmaya sertler formal xarakterli idi?cavab yazin,ele elemeyin ki,birinci yerlerin de adini cekim!!!


  16. qeza xidmeti adlı istifadəçi, May 22, 2008 tarixində, saat 15:13 yazıb:

    dalga xatinoglu ve mirmehdi agaoglu heqiqeten layiqdiler bu mukafata.en azi onlara gore musabiqe kechirmeye deyerdi.
    and olsun butun muqeddeslere ki musabiqede dalga xatinoglu xaric sheir uzre yer tutanlarin edebiyyata 1- faiz dexli var.
    eshq olsun munsiflere-adlari bilinende bilinecek esl kimlikleri
    cavidan xanim da layiqdi.amma elminin meni bir misrasini ngosterin.


  17. ehtiram adlı istifadəçi, May 22, 2008 tarixində, saat 18:26 yazıb:

    finala cixanlara baxdiqda melum olur ki,ugursuz 1 musabiqedir.bunlarin choxunun ozleriyle ve etraflarindaki insanlarla problemleri var.bunlardan ne yazar?ne shair?xanimlari ise istisna edirem.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: