Qaynar xəbər portalı

Rəsul Rza11 nəfər, şairin adını daşıyan ədəbiyyat fondunun təsis etdiyi beynəlxalq mükafata layiq görülüb

KultAz: Bu gün xalq şairi, əməkdar incəsənət xadimi Rəsul Rzanın doğum günüdür. Bu münasibətlə həmkarları, yaxınları şairi anıblar. Ədibin adına təsis olunmuş mükafatlar laureatlara təqdim olunub.
Azərbaycan ədəbiyyatında sərbəst şeir janrının qızğın tərəfdarlarından və əsas nümayəndələrindən biri olan Rəsul Rza yaradıcılığının ilk illərində əsasən antiimperialist mövzuya yer ayırıb. Davamı…


Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatovun səhhəti sabit ağır olaraq qalır. 79 yaşlı yazıçının səhhətində irəliləyişlərin olduğunu söyləsələr də hələlik reanimasiya şöbəsində olduğu bildirilir. Davamı…


19-26 May, 2008

Giriş sərbəstdir
Azərbaycan Kinematoqrafçılar İttifaqı
Hökümət evi, 5-ci giriş, 2-ci mərtəbə

Bazar ertəsi, 19 May, 19-00: Joyeux Noel Christian Carion-un filmi FRANSA
Orijinal versiya, ingilis dilində subtitrlər və azərbaycan dilinə qulaqcıqlar vasitəsilə tərcümə.

Çərşənbə Axşamı, 20 May,19-00: Friss Levego Agnes Kocsis-in filmi MACARISTAN
Orijinal versiya, ingilis dilində sub-titrlər. Davamı…


Salam SarvanXalqa satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona siçan bağışla

Murovdağda satılan topraqlar deyirdi ki, torpaq- əgər uğrunda ölən varsa vətəndir…
Sulutəpədə satılan topraqlar deyirdi ki, torpaq- əgər üstündə yaşayan varsa vətəndir…
İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
- Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızıl çadıra ötürdü, məni qara çadıra. Davamı…


Elnur Astanbəyli

Sən varkən unudulmaq…

bu gün bir başqa gün
ya mənə elə gəlir
günəşli gün amma
havada yağmur qoxusu var
adamlar sevincli və qayğısız
küçələr işıqlı və təmiz
hələ bu dəniz
daha şıltaq daha parlaq
sən də bir başqasan bu gün
ya mənə elə gəlir
gözlərin daha gülümsər
saçların daha əsmər
mənsə həmişəki kimi -
sənə ümidli, sənə yorğun… Davamı…


KultAz: Bu gün Bakıda Avropa filimləri həftəsi başlayır. Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq tədbirə Almaniya, Belçika, İspaniya, Estoniya, Macarıstan, Litva, Latviya, Polşa və Rumuniya səfirlikləri də qoşulacaq. Film həftəsində bu ölkələrdə istehsal olunmuş filimlər nümayiş olunacaq. «Film həftəsi» mayın 26-dək davam edəcək.