11 nəfər, şairin adını daşıyan ədəbiyyat fondunun təsis etdiyi beynəlxalq mükafata layiq görülüb
KultAz: Bu gün xalq şairi, əməkdar incəsənət xadimi Rəsul Rzanın doğum günüdür. Bu münasibətlə həmkarları, yaxınları şairi anıblar. Ədibin adına təsis olunmuş mükafatlar laureatlara təqdim olunub.
Azərbaycan ədəbiyyatında sərbəst şeir janrının qızğın tərəfdarlarından və əsas nümayəndələrindən biri olan Rəsul Rza yaradıcılığının ilk illərində əsasən antiimperialist mövzuya yer ayırıb. Böyük Vətən Müharibəsi illərində hərbi müxbir olub, qələbəyə inam əks etdirən çoxsaylı oçerk və hekayələrin, 64-dən artıq kitabın müəllifidir.
60-cı llərdə yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yenilənərək, həyat hadisələrinə fəlsəfi yanaşma meylləri güclənib.
Yaradıcılığı ədəbi-tənqidi və publisistik məqalələrlə də zəngindir. Hər zaman yenilikçi gənclərin müdafiəçisi kimi çıxış edib, mühafizərların, ənənəvi şairlərin hücumlarından onları qorumağa çalışıb.
Ədib uzun müddət tərcüməçilik fəaliyyətilə də məşğul olub. SSRİ dövlət mükafatı, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülən şair müxtəlif dövrlərdə dövləti vəzifələrdə çalışıb.
Əsərləri müxtəlif dillərə tərcümə olunaraq dərc olunub.
Bu gün görkəmli şairin həmkarları, ailə üzvləri Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər.
Onu bildirək ki, bu gün ənənəvi olaraq 11 nəfər, şairin adını daşıyan ədəbiyyat fondunun təsis etdiyi beynəlxalq mükafata layiq görülüb.




Bölmə: 








