“Çaşoğlu” nəşriyyatı filologiya elmləri namizədi Gülşən Əliyeva-Kəngərlinin “Azərbaycan füzulişünaslığı” monoqrafiyasını çap edib.
Azərbaycan füzulişünaslığı haqqında bu ilk fundamental monoqrafiya alimin “Çağdaş poeziya və klassik irs”, “Poetika məsələləri”, “Füzuli sehri”, “Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi”, “Azərbaycan füzulişünaslığının təşəkkülü” kitablarından və 100-ə yaxın elmi-nəzəri məqalələrindən sonra növbəti tədqiqat əsəridir. Davamı…

May
20
May
20
Aydın Talıbzadə
Qoy heç bir kino sənətçisi məndən inciməsin. Mən heç kimin xətrinə dəymək istəmirəm. Amma neyləyim ki, faktı qeyd eləməsəm olmaz. Azərbaycanda son 25 ildə çəkilmiş heç bir bədii film öz masştabına, vizual mədəniyyətinə və epik genişliyinə görə “Hökmdarın taleyi” filmiylə müqayisəyə gəlmir. Tarixi mövzunun adekvat bədii ekran həllini tapmaq və onu gerçəkləşdirmək bizə həmişə çətin olub və mən indi kino keçmişimizin urvatsız filmlərini bir daha sadalamaq fikrindən çox-çox uzağam. Davamı…
May
20
Rimma Kazakova vəfat etdi
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
KultAz: Məşhur rus şairəsi, populyar mahnılar müəllifi və Moskva Yazıçılar İttifaqının birinci katibi Rimma Kazakova dünən 77 yaşında dünyasını dəyişib.
“Perxuşkovo” sanatoriyasına istirahətə yollanan şairənin ölümünün səbəbinin ürək damarında qopmuş tromb olduğu bildirilir.
1932-ci ilin yanvarın 27-də Sevastopolda hərbçi ailəsində anadan olmuş Kazakova 1954-cü ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirib. Davamı…
May
20
KultAz: Paulo Koelyonun məşhur “Kimyagər” əsərini ekranlaşdırırlar. Bu bestsellerin ekran variantının prodüseri qismində Vaynşteyn qardaşları çıxış edəcək. 60 milyon dollarlıq layihəyə əsasən, baş rolu Lourens Fişbern ifa edəcək. Davamı…








