Qaynar xəbər portalı

Kitab dünyası


“Çaşoğlu” nəşriyyatı filologiya elmləri namizədi Gülşən Əliyeva-Kəngərlinin “Azərbaycan füzulişünaslığı” monoqrafiyasını çap edib.
Azərbaycan füzulişünaslığı haqqında bu ilk fundamental monoqrafiya alimin “Çağdaş poeziya və klassik irs”, “Poetika məsələləri”, “Füzuli sehri”, “Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi”, “Azərbaycan füzulişünaslığının təşəkkülü” kitablarından və 100-ə yaxın elmi-nəzəri məqalələrindən sonra növbəti tədqiqat əsəridir.Alimin oxuculara təqdim olunan monoqrafiyasında mənşəyi dahi Füzulinin özündən başlayan Azərbaycan füzulişünaslığının 500 illik möhtəşəm bir dövrü əhatə edən təkamül mərhələlərinin təsnifi verilir, onların tarixi və nəzəri-estetik sərhədləri müəyyənləşdirilir.
Kitab filoloq-ədəbiyyatşünaslar, aspirant və magistrantlar, tələbələr və klassik irsimizi-Füzuli sənətini sevənlər üçün nəzərdə tutulmuşdur.
Monoqrfiyanın elmi redaktoru filologiya elmləri doktoru Möhsün Nağısoy, rəyçisi professor Aydın Abi Aydındır. //AzərTAc






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: