KultAz: Məşhur rus şairəsi, populyar mahnılar müəllifi və Moskva Yazıçılar İttifaqının birinci katibi Rimma Kazakova dünən 77 yaşında dünyasını dəyişib.
“Perxuşkovo” sanatoriyasına istirahətə yollanan şairənin ölümünün səbəbinin ürək damarında qopmuş tromb olduğu bildirilir.
1932-ci ilin yanvarın 27-də Sevastopolda hərbçi ailəsində anadan olmuş Kazakova 1954-cü ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirib.Bundan sonrna o Xabarovska müəllim, kinoxronika studiyasında redaktor işləyib. 1958-ci ildə isə onun “Şərqdə görüşərik” ilk şeirlər toplusu çapdan çıxıb.
Yevgeni Yevtuşenko, Bulat Okucava, Andrey Voznesenski, Robert Rojdestvenski ilə “altmışıncılar” nəslinə şamil edilən şairənin qələminə sabiq Sovetlər Birliyi məkanında çox populyar olan onlarla şeir məxsusdur.
Şeirlərindən birində “Gün gələcək, bir quş təki gedəcəm - ürəyimdəki yükü ürəyimə ataraq” Rimma Kazakova rus poeziyasının “emosional polad”ı adlandırılırdı.
« Paulo Koelyonun “Kimyagər”i ekranlaşdırılır | Əsas səhifə | Bu filmin taleyi var… (Qarabağnamə fraqmenti) »




Bölmə: 








