Qaynar xəbər portalı

Seymur BaycanSeymur Baycan

Misima avtobioqrafik romanında yazır: “Bir dəfə uşaqlarla müharibə oyunu oynayırdıq. Uşaqlardan biri divarın arxasından çıxıb məni tüfənglə vurdu. Mən sakitcə öldüm. Uşaqlar mənim belə sakitcə ölməyimə etiraz etdilər. Onlar qışqıraraq ölməyimi istəyirdilər. Düşündüm ki, nə vaxtsa məni gülləylə vursalar, bax, belə sakitcə öləcəm”.
Hörmətli Sabir bəy! Sizin İranın dini lideri cənab Xamneyiyə ünvanladığınız açıq məktubu oxuyub, sizə açıq məktub yazmaq qərarına gəldim. Əslində bu məktub ötən həftə dərc olunmalı idi. “Reytinq” qəzetinin ötən həftə çap olunmaması səbəbindən məktubun dərci bir həftə gecikdi. Yadımdadır, Etibar Məmmədov əli ilə tribunadan tutmuşdu. Əbdürrəhman Vəzirov bir neçə dəfə Etibar Məmmədovdan əlini tribunadan çəkməyi xahiş etdi. Davamı…


Divar YazılarıAydın Talıbzadə

Şeirlər yalan deyə bilər…
Romanlar yalan danışa bilər…
Qəzetlər yalan yaza bilər…
TV-lər yalan söyləyə bilər…
Divar yazıları yox…
Onda sən divar yazılarını oxu, məmləkətim: özünü tanıyacaqsan. Qorxma, bu sənsən və Zahir Əzəməti də sən doğmusan. Davamı…


Cavanşir YusifliCavanşir Yusifli

İllər uzunu mən bu sual ətrafında düşünmüşəm. Sualın müəyyən cavabı və təfərrüatları özümə bəlli olsa da, onları tam şəkildə üzə çıxarmağa sadəcə ərinmişəm, prosesi izləmək “xəstəliyi” üstün gəldiyindən susmağı üstün saymışam. Ancaq prosesə dalmağın özü də bir xəstəlikdir və əslində uzun illərin düşüncələrindən bu hasil olub ki, mən dəhşətli bir xəstəlik haqqında yazırmışam. İndi o yazı hazırdır və onu sizə üstündə düşünə-düşünə, işləyə-işləyə təqdim edirəm. Müəyyən ixtisarlarla…
“Xəstəliyin” ilk üzdə olan bəlirtisi budur ki, ədəbiyyat sahəsinin maqnit gücü fantastik dərəsədə artıb: el arasında deyildiyi kimi, burada bir qara qəpik olmasa da hamı maqnit sahəsinə can atırmış kimi qaçışa hazırlıq vəziyyətindədir: indicə hakimin fiti çalınacaq və hərə qucağında bir dəstə kitab ləngər vura-vura dünya şöhrətli kulturoloq Aydın Xanın kitab bayramının finalında yandırılan məşələ doğru qaçacaq. Davamı…


TelevizorAliyə

Əziz oxucular, yəni həm də teletamaşaçılar, köşədaşlar, diribaşlar, heç özəl telekanallarımızda yayımlanan əyləncəli zarafat verilişlərini seyr etdinizmi? Bu tip verilişlərin səviyyəsi barədə düşündünüzmü? Onların insanı aşağılamaq kimi kobud bir tedensiyasını duydunuzmu?
Küçədə-bacada veriliş hazırlayan əyləncə proqramlarının müəllifləri, ciddi söz yiyələrinin «bayağı, ucuz» adlandırdığı zarafat verilişlərinizlə tarix üçün nələr etdiyinizin fərqindəmisiniz? Düzdür, sizin şəhər sakinlərinə və qonaqlara yaşatdığınız naxoş anlar sivil cəmiyyətlərdə hüquq pozuntusu adlanır. Amma nə olsun, əvəzində tarix üçün bunlar reallığın qiymətsiz detallarıdır. Tarix də incəsənət kimi qurban tələb edir. Davamı…


HolberqXVIII yüzilliyin ilk rübündə yaranan Danimarka Milli Teatrı, dünya əhəmiyyətini Lüdviq Holberqin yaradıcı fəaliyyəti sayəsində qazanır.
XVI-XVII əsrlərdə meydana çıxmış ayrı-ayrı dramaturji əsərlər hələ ədəbi-səhnə ənənələrini tamlıqla ifadə etmirdi. Buna rəğmən bu əsərlər Danimarka milli teatrının növbəti təsdiqinə kömək etdi. Elə həmin dövrlərdə (16-17-ci əsrlər) Danimarkada qastrolçu qismində ilk professional aktyorlar - ingilislər peyda olur. Onlar hakimiyyətin təqibi nəticəsində müvəqqəti vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar. İngilis komediyantlarının uğurlu çıxışlarının əks-sədası Almaniya və Hollandiyadan gəlirdi. Danimarkada isə onlar, 1579-cu illərdə oynayıblar və truppaya məşhur komediya aktyoru, Şekspirin müasiri Vilyam Kemp rəhbərlik edirdi. Mühacir aktyorların repertuarına faciələrlə yanaşı intermediya və təlxək səhnələri daxil idi. Davamı…