Cavanşir Yusifli
İllər uzunu mən bu sual ətrafında düşünmüşəm. Sualın müəyyən cavabı və təfərrüatları özümə bəlli olsa da, onları tam şəkildə üzə çıxarmağa sadəcə ərinmişəm, prosesi izləmək “xəstəliyi” üstün gəldiyindən susmağı üstün saymışam. Ancaq prosesə dalmağın özü də bir xəstəlikdir və əslində uzun illərin düşüncələrindən bu hasil olub ki, mən dəhşətli bir xəstəlik haqqında yazırmışam. İndi o yazı hazırdır və onu sizə üstündə düşünə-düşünə, işləyə-işləyə təqdim edirəm. Müəyyən ixtisarlarla…
“Xəstəliyin” ilk üzdə olan bəlirtisi budur ki, ədəbiyyat sahəsinin maqnit gücü fantastik dərəsədə artıb: el arasında deyildiyi kimi, burada bir qara qəpik olmasa da hamı maqnit sahəsinə can atırmış kimi qaçışa hazırlıq vəziyyətindədir: indicə hakimin fiti çalınacaq və hərə qucağında bir dəstə kitab ləngər vura-vura dünya şöhrətli kulturoloq Aydın Xanın kitab bayramının finalında yandırılan məşələ doğru qaçacaq. Bu, əlbəttə bir zarafatdır və ən ağlamalı şeylərin də əvvəli Mirzə Cəlil demişkən, çox gülməli olur. Maqnit sahəsi bu adamları itələdikcə onlar əl-ələ tutaraq, kürək-kürəyə dayanaraq o burulğanın tən ortasına doğru yüyürürlər. Bu adamlara elə gəlir ki, onları özünə çəkən böyük bir qüvvədir və bu fürsəti itirsələr məmləkət yasa batacaq. Ancaq fərqində deyillər ki, bu qüvvə onları çəkmir, əksinə, itələyir, yəni, bala, get, işinlə, gücünlə məşğul ol. Yox, deyir, ölsəm torpağınam, qalsam, səninəm… Və beləcə, zəngin neft ölkəsinin kasıb ədəbiyyatı özünə və dünyaya meydan oxuyur (Xahiş edirəm, səbrinizi basın, söhbət yalanı həqiqət adına sırımaqdan gedir…). Real vəziyyət isə tamam başqa şəkildə və düzümdədir. Məsələn, belə bir “komiksə” diqqət yetirin: dünyanım heç bir ölkəsində hətta səfeh adam belə postmodernizmdən bu qabalıqla və belə şiddətli nadanlıqla danışmaz.
Özü də ki, özlərini postmodernizm və bu kimi cərəyanların biliciləri elan edən yekə sənətkarlar məğzə varanda məlum olur ki, adi həqiqətlərdən bixəbərdirlər. Bütün hallarda mənim üçün onların öz yaradıcıqlarına istinad edib təhlillər aparmaq daha maraqlı və “gözlənilməz” nəticələrin meydana gəlməsinə səbəb olur. Çünki məhz belə olduqda yekə-yekə bəyənatların arxasında əslində ucuz kampaniyaların, nimdaş reklamların dayandığının şahidi olursan. Məsələn, geniş təhlillər aparmağa imkan verməsə də (mən demədim – layiq olmasa da-!) E.Astanbəyli adlı şairin yazılarına diqqət yetirin:
Nə qədər ki küçədəki qadınlar
həyatımızdakı qadınlardan çoxdu,
deməli,
dünyada “ilahi ədalət” deyilən şey
yoxdu yoxdu yoxdu!
Sonra:
Sən olmayanda heç nə olmur
Nə gün doğur, nə qar yağır
Çəkdiyim siqaretlərin acısı
İçdiyim şərabların dadı olmur
Bəlkə bir az şablon çıxır,
Amma
Mən indi çox səmimiyəm –
Sən olmayanda
Yaşamağın belə adı olmur!
Bu cızmaqaralara baxıb iki göz lazımdır ki, ağlasın. Bu şəkildə, daxili obrazın quruluşu bir yana dursun, heç rüşeym forması belə olmayan (təkhüceyrəli varlıq, yəni amöb-!), adicə mənasız söz sıralarından ibarət olan cəfəng şeylər bu gün də qəzet və portallarda yayılırsa və insanlar da bunları bəh-bəhlə qarşılayırsa, demək yuxarıda təsvir etdiyim, Aydın Xanın ocaqbaşı işlədiyi finiş xəttinə az qalıb! Sözüm onda deyil. Belə bir tezisi götürək: bəzən bizə belə gəlir ki, dünyanın bizim dildə, yaxud ayrı bir dildə yaranan bütün ən gözəl əsərlərini tanıyırıq, bunlardan da artığını yaratmışıq, ancaq bizi görən yoxdur. Mən qətiyyən belə düşünmürəm. Yəni, keyfiyyətsiz şeylərin əlbəəl başa düşülməsi (özü də havada tutulub başa düşülməsi) heç zaman problem yaratmır, həmişə təzə, yeni, son dərəcə orijinal əsərlər zaman-zaman dərk edilir. Bax, burada məsələ bir az qəlizləşir. Son dövr qəzet və jurnallarımızı vərəqləsəniz qəribə statistika alınar: “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, H.Mirələmovun qeydsiz-şərtsiz bütün əsərləri haqqında resenziya və traktatları toplasaq, məlum olar ki, enerjimiz havada “top-top oynamaqla” keçib. Böyük əsərlərin böyük zaman içində dərk edilməsinə başqa bir zarafatsız nümunə: “Eşitmişəm ki, ədəbiyyat mütəxəssislərindən biri “Eynşteynə peyğam” şeirinin tərcüməsini zəmanənin o böyük riyaziyyatçısına və dahisinə oxuduğu zaman Eynşteyn Şəhriyarın şərəfinə ehtiramla və heyranlıqla üç dəfə oturduğu yerdən qalxmışdır. Onun gözlərini sevinc yaşları bürümüş və o, dodaqları altında özündən və Allahdan başqa heç kəsin eşitmədiyi zümzümələr etmişdir” (professor Q.Beqdeli “Şəhriyarın şöhrəti”). Bununla əlaqədar başqa bir mənbə belə deyir: “Çağdaş cənublu alim-ədəbiyyatşünas doktor Rəhim Çavuş Əkbəri bizim haqqında danışdığımız problemə və bu kontekstdə Eynşteyn-Şəhriyar münasibətlərinin təfsilatına həsr edilmiş tədqiqatında Eynşteynin məşhur düsturunu (”E-Ms”) misal gətirir və göstərir ki, cisimlər enerjinin özüdür, enerji hərəkətdir, hərəkət isə zamanın əyaniləşən, gözlə görünən təcəssümündən başqa bir şey deyildir. Onlar hamısı birlikdə məhz ruhun (mütləq ideyanın) mövcudluq formalarıdır. Elə bu məqam – həm Şəhriyarla Eynşteynin, həm də irfanla ən yeni riyaziyyatın, Şərqlə Qərbin təmas və görüş məqamıdır”. (Y.Qarayev. Min ilin sonu). Şəhriyarsa yazırdı:
Eşq açarını ələ alıb,
Bu müəmmanı həll et,
Əgər açar düşsə, elm yolu ilə
Bu köhnə qıfılı aç!
Eynşteyn, daha yuxarı qalx,
Allahın özünü tap!
Bu uzun şeiri oxuduqdan, özü də dəfələrlə oxuduqdan sonra yuxarıda yazılan və sitat vermədiyimiz onlarla mənbənin və məqalənin patetikadan başqa bir şey olmadığını anlayırsan. Eynşteynin öz ifadəsi belədir: “Mən indi nə olsam da, aydındır ki, öz kölgəmin üstündən uça bilməyəcəyəm”. Şəhriyarsa Eynşyeyni öz kölgəsinin üstündən uçmağa çağırırdı. Yəni, ən müxtəlif tədqiqatçıların düşündüyü kimi, bu şeirdə nə qatı heyranlıq, nə də “Şərqlə Qərbin görüşdüyü” məqamlardan söz açılmışdır. Burda dəhşətli bir ironiya var! Məncə Eynşteyn də E.Astanbəylidən, R.Qaracadan, N.Kamallardan (-!) fərqli olaraq enerjinin əsl qaynağının bədii sözün nüvəsində olduğunu bilirdi. Ancaq….
İllərdir eyni cümlələr, eyni qarğışlar və eyni bəsit alqışlar təkrar edilir – bu dahidir, o, talantsızdır, hər yer hökm, hər yer cəllad baltasının ağzında laxtalanmış qan qoxuyur. Özünə görə (yəni, yalan-doğru) şairlərdən biri müsahibələrinin birində Müşfiqə meydan oxuyur, ancaq mənim fikrimcə, Müşfiq Stalinə həsr etdiyi şeirlərində və digər bu gün üçün “iyrənc” yazılarında daha səmimi idi, nəinki məsələn, ultra-müasir şair şaman dualarında… Onun yazılarındakı süni kədər, yalançı qüssə effekti həmin o qan qoxusunu bir az da artırır və adamın başı çatlayır.
Bircə ayrıntını qabaqcadan nəzərə çarpdırmaq istərdim: bu gün şou aləmində “iş qrafiki” necədirsə, ədəbi qruplaşmalarda da eyni vəziyyəti bir az başqa təfərrüatlarla izləmək mümkündür. Təsəvvür edin: mügənninin səsi var, artıb-böyümə imkanları var – ancaq o, bütün enerjisini şou-biznes (cəngəllik) qanunları ilə yaşamağa sərf etdiyindən o səs sahibsiz qalır, bizə intiriqalar, boşboğaz söhbətlər və cəfəng qeylü-qallar təqdim edilir. Müğənnini artımına xidmət eləməli olan efir var gücüylə üfürüb bu səsi qovur, daş-qalaq eləyir. Bu kontekstdə Rasim Qaracanın “nobel mükafatı” mövzusunda fikirləri şəxsən mənə çox gülməli görünür. Mən onun vətənimizə NOBEL gətirmək yanğısını (mən inanmaq istərdim ki, bu bəyanatında bir damcı da möhtəkirlik yoxdur) yaxşı başa düşürəm, ancaq ortada əsər olmalıdır, SÖZ olmalıdır və bu söz, bağışlasın məni, R.Qaracanın bəsit və amöb sözündən qat-qat fərqli olmalıdır.
Diqqət yetirin:
iyirmi üç yaşımdakı siluetimlə sarıldım
qum saatına bənzər bədəninə
sonra yatırdım yanı üstə
zaman dayansın deyə
bu qadın saatı –
çünki eşq zamanın fövqündə bir şey əslində
yaxud:
heyhat
həyat avtomobilə minib
bir gözəlin yanından
sürətlə ötməyə bənzər.
Rasim buna iddia edirsə, eyni cürətlə gərək Adil Mirseyid ən azı iyirmi dəfə Nobel mükafatçısı olmuşdu. Halbuki Adil Rasimlə müqayisədə qat-qat təbii (!) və bənzərsizdir (-!!!!).
Mənim fikrimcə, Rasimin şeirlərinin əsasında (?!-!) montaj dayanır. Rasim “görmür”, yalnız montaj edir, obrazlar və gündəlik hadisələrin “ani reaksiyalarından” hasil olan təəssüratlar səth boyu “sürüşür” və yalnız sürüşmə effekti yaradır. Onun istənilən yazısını alın (söhbət təbii ki, şeirlərdən gedir), dərhal ağlınıza izafət tərkibi gələcək, tərkibin bir hissəsini görən kimi o biri hissə “doğulur” və “mexaniki” plagiat effekti yaranır. “Birlər”dəki istənilən şeir həmin təəssürat üstündədir. Oxuyan kimi dumanlı şəkildə olsa da mənbə yadına düşmək istəyir, amma tapa bilmirsən, çünki mənbənin özü montaj edilib. Rasimin ədəbi boyu artmaqdansa “kiçilir”, yuvarlaqlaşır, özünü, oxuduqlarını, böyür-başındakı gəncləri montaj (istismar) edə-edə “azalır”, yəni… ömrü boyu Rəsul Rzanı tənqid etsə də “Ərk qalası”nın bircə misrasını da yazmağa gücü çatmır (Qarqantua və Pantaqruel…). Onda bəs bu iddialar necə oldu birdən belə dəhşətlə püskürdü? Nə baş verdi? Rasim şəxsən mənim çoxdan tanıdığım bir gəncdir, müəyyən müşahidə qabiliyyəti olan, bir-iki babat şeirin müəllifi… sonra, türk və dünya poeziyasının xülasəsini verən, belə deyək, torpağın üstündə “yanıq yeri” qalmış dəhşətli dərəcədə gözəl şeirlərə illüstrasiyalar “çəkən” bu adam necə oldu özünü ötüb keçərək iddialarını reallaşdıra bildi?
Bəzən olur ki, məhz iddia insanı böyüdür – sadəcə döyüşmək, görünmək, özünü bir başqa biçimdə təsdiq etmək, alınmadıqda bir də, bir də təsdiqə can atmaq və sonsuza qədər iddianın əsirinə çevrilmək. Ömrü boyu ağzı sulana-sulana modern ədəbiyyatdan və “dekonstruksiyadan” bəhs edən bu adamlar özlərinin də dekonstruksiya qurbanlarına çevrilməsindən xəbərsizdirlər. Bəli, müəyyən istedadı olan Rasim Qaraca günlərin bir günü “qəzaya uğradı”, dekonstrukiya maşınından qaça bilmədi. Yazıda asan yol tapdı (inkar mübarəkdir-! Avaz pis deyil…), onun bütün tənqidlərinin mayasında qəribə bir nifrət mənbəyi var: bu mənada onun “təşkilatçılığı” həsəd doğura bilər, ancaq… illər boyu özünü yox, yazısını qabağa versəydi, indi vəziyyət yəqin ki, fərqli ola bilərədi. Eyni fikirləri Q.Nəcəfzadəyə və S.Babullaoğluna da aid edə bilərəm. Qəşəmdə “ədəbiyyata tapınma-məhrəmlik” yoxdur, bu adam nədən istəsən yaza bilər, bütün şeirləri eyni ladın, eyni intonasiyanın buxovundadır. Bu ritm və intonasiya onun canından, şeirlərindən deyil, süni mənbədən gəlir – misralar sona doğru yıxıla-yıxıla gəlir və axırda Qəşəm tək qalır, əli boş, üzü qara… Səlim bəzi səmimi şeirlərini çıxmaqla əksər hallarda şair rolunu oynayır, əcaib-qəraib ibarələr içində itib-batır, orijinallıq mərəzi artdıqca orijinallıq özü qaçır ki, biabır olmasın…
Ancaq… Allaha çox şükür ki, bu imzalarla “eyni damın altında” sabaha böyük ümidlər doğuran adlar və imzalar da var.
Rəbiqə Nazim qızı bu imzalardan biridir. Rəbiqənin şeirlərində hüznlü bir sakitlik var. Şeirin ritmi “puçur-puçur açır”, bir anın içində insana ən müxtəlif və fərqli rəng spektrini göstərir.
Bu imzalar orijinal və yetərincə təzədir. Onların məziyyətlərini sadalamqçün kimlərinsə uğursuz çabalarından bəhs etmək tələb olunmur. Bu imzalardan biri, haqqında bir az ətraflı danışmaq istədiyim CAVİDANDIR!
Biz Cavidanın şeirlərini kiminsə zəif qaralamalarıyla müqayisə edib tərifləmək, bu yazıları o yazılara qarşı qoymaq və arada üstünlük “amplitudası” yaratmaq və bununla da öz fikrimizi yeritmək siyasətindən tamamilə uzağıq. Hər bir orijinal mətn nüvəsi etibarı ilə təkdir, ondan zaman-zaman ayrılan “hissəciklərin” hesabına necə deyərlər, öz oxşarlarını yaradır, ona görə yox ki, yaşama, mövcudluq tərzi “paralel zaman” oxuna dirənir, ona görə ki, təbiəti etibarı ilə dünyanın üstünə getməyi, onu tutub zəbt etməyi xoşlayır, bütün cəng-cidalı məhz bu simə köklənir. Cavidanın şeirlərində sözün yerinə düşüb-düşməməsi, havadan asılı qalması… məsələsi ortaya çıxmır, buna sadəcə imkan yaranmır, yəni “məna seqmentləri” arasındakı hava maksimum dərəcədə sıxılıb, belə bir mühitdə söz bir ox misalı dəyişə-dəyişə süzür, çevrilmələrdən keçir, bircə anın içində milyon transformasiya prosesini adlayır, izah olunmaq ehtiyacı yaranan kimi “əldən sürüşür”, hər şey ona toxunduqda və məhz bu andan sonra yeni məna qazanır, doğulur, artır, çoxalır, dünyanı tutur, dünyanı dəyişdirir. Qədimlərdən bu günə qədər poeziya məmləkətində mövcud olan və dəyişməyən şey budur – həmişə yeni donda meydana çıxmaq, görünmək və bircə anın içində qocalmaq – pirə çevrilmək!
Mən Cavidanın şeirlərini oxuduqda hafizəmdə yeni sözlər cücərir, onları tam şəkildə anlaya bilməsəm də hiss edirəm ki, şüuraltında onların istisi qalır. Bu hiss onun şeirlərinin xassəsidir, yaddaşa ilişib qalan, köz kimi basılan keyfiyyətidir. İndi bu keyfiyyətlər və ayrıntılar haqqında çox danışmaq olar, ancaq niyyətimiz bu olmadığı üçün məsələnin başqa bir aspektindən bahs etmək istərdik. Bu aspekt hər bir şairin, qələm adamının sözə, ruha, YAZIDAN doğan ilahi missiyaya münasibətidir. Bu yazıda mən çox yox, ancaq bir müəllifdən sitat gətirmək istərdim:
“Poeziya əsl həqiqətdə mütləq, real olandır. Bu, mənim fəlsəfəmin əsasıdır. İçində Poeziya nə qədər çox olsa, həqiqətə bir o qədər yaxın olarsan. Poeziya – fəlsəfənin qəhrəmanıdır. Fəlsəfə poeziyanı əsas prinsip mərtəbəsinə qaldırır. O, bizə poeziyanın dəyərini anlamağa kömək edir. Fəlsəfə poeziyanın nəzəriyyəsidir. O, bizə nəyin poeziya olduğunu göstərir – poeziya hər şeydir. Şairlə mütəfəkkirin ayrılması yalnız görüntüdür və bu onların hər ikisi üçün itkidir. Bu, xəstəliyin və xəstə şəraitin əlamətidir” (Novalis).
Diqqətinizi Novalisin sözlərinin mahiyyətinə yönəltmək istərdim: şeirin hikmətdən və ya əksinə, hikmətin şeirdən doğması sual şəklində qoyula bilməz və onların bir-birindən ayrı yaşaya bilməsi də yalnız görüntüdür. Bu iki substansiyanın əslində bir-birinin içinə kip oturması gözümüzü alacalandıran mənzərələrin dəyişməsi üçün kifayətdir. Əslində yaxşı şeir durmadan, dayanmadan danışan bir dildir, kitab diliylə yox, adam diliylə…
Cavidanın şeirlərində faktura – nədən bəhs edilməsi məncə bir o qədər də önəmli deyildir, necə danışmağın da xüsusi bir ayrıntısı yoxdur, sadəcə danışmağın, dərdini-sovunu dilə gətirməyin özü əsasdır. Fakturaya, hadisəyə qalsa, bunları eyni sıra ardıcıllığı ilə demək olar bütün gənc və qocalıqda yorğa düşənlərimiz danışır, ancaq bu söyləmlər mənə sadəcə müqayisələr kimi gəlir, kimlərsə nəyəsə oxşadılır, assosiasiya, təəssürat yaradılır, sözün qabığı soyulduqca məna gizlənir, rəngdən rəng alınmır, rənglər adamı boğur. Bu yerdə istədim Elnur Astanbəylinin naftalin iyi gələn qaralamalarından misal gətirim, əlim gəlmir, çünki bütün hallarda bu pis bir müqayisəyə meydan açacaq və mən açığı bunu arzulamadım. Elə buna görə də Cavidandan misal gətirmək istəyirəm:
Dəmir barmaqlıqları
sıxıb-sıxıb yorulmuşam…
öz barmaqlarım ağrıyır
bu gün
şeir yazıb
küçəyə ata bilməyəcəyəm…
küləklər
darıxacaq
kağız tikələriyçin…
Cavidanın şeirlərində, bu şeirin daxili obrazında düşüncənin, hərəkətinin necə başlanmasını, hərəkət halına keçməsini kəsdirə bilmirsən. Bu ələ gəlməyən hərəkətin özü mətn boyunca ən müxtəlif dəyişikliklərə məruz qalır, yəni hiss, duyğu… daim çevrilir, dönür, qiyafəsini, şəklini, obrazını dəyişir və bütün bunlar bir göz qırpımında baş verir. Bütün bunlar haqqında bəhs edilən mətnlərin xüsusi bir sistemə söykənməsini sübut edir. Böyük Azərbaycan şairi Əli Kərimdə də bu mənada heç bir “ilk şeir”, “zəif şeir” olmamışdır, istisnasız olaraq onun bütün yazılarında “Babəkin qolları” iştirak edir, əslində bu dahiyanə şeir Əli Kərim adlı metaforanın poetik nəticəsidir, Əli Kərimi diri saxlayan, köhnəlməyə qoymayan məhz bu cəhətdir – bütün mətnlərdə, bütün poetik komponentlərdə onun özünün tam şəkildə, bir bölünməz metafora kimi hifz edilməsindədir.
Belə bir sistemin əlamətləri Cavidanın yazılarında da duyulur. Burada istənilən nəsnə özündən başqa sonsuz sayda nəsnələri ehtiva edir, mətnin alt yaruslarında onlardan danışır və bütün bu “söhbətlər” dil baxımından bəhsləşə-bəhsləşə canlı, diri, heç zaman sönüb-sozalmayan hərəkət obrazını yaradır. Məsələn, aşağıdakı şeirdə olduğu kimi:
Gecə uçan kəpənəklər
Ağca-ağca
Balışlara qonarlar
Uzun-uzun
Saçların arasında gizlənərlər.
Qarasında itərlər…
Qanadları nişastalı, ütülü…
Gecə uçan kəpənəklər
Xəfif mehdən uçunarlar,
Xəfif nəfəsdən də…
Divarlarda
Kölgələr sevişəcək,
TV ekranında
Fransız aktyorları…
Və
Kəpənək öpüşü
Fransız öpüşündən
Daha isti,
Daha dadlı…
Gecə uçan kəpənəklər
Günəş gətirər qanadlarında…
Yaat…
Şirincə yat, canım…
Mən
Gedirəm
Kəpənək tutmağa…
Məqalənin sonunun bu şəkildə alınmağı mənimçün bir qədər gözlənilməz oldu. Kəpənəklər haqqında düşünün, ÇOX BÖYÜK mətləbləri bir az sonraya saxlayın.
Gedirəm kəpənək tutmağa…
Mənbə: Lit.az
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə, May 23rd, 2008 tarixində 12:35 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 










Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 23, 2008 tarixində, saat 13:26 yazıb:
Eyni fikirləri Q.Nəcəfzadəyə və S.Babullaoğluna da aid edə bilərəm. Qəşəmdə “ədəbiyyata tapınma-məhrəmlik” yoxdur, bu adam nədən istəsən yaza bilər, bütün şeirləri eyni ladın, eyni intonasiyanın buxovundadır. Bu ritm və intonasiya onun canından, şeirlərindən deyil, süni mənbədən gəlir – misralar sona doğru yıxıla-yıxıla gəlir və axırda Qəşəm tək qalır, əli boş, üzü qara… Səlim bəzi səmimi şeirlərini çıxmaqla əksər hallarda şair rolunu oynayır, əcaib-qəraib ibarələr içində itib-batır, orijinallıq mərəzi artdıqca orijinallıq özü qaçır ki, biabır olmasın…
Cavansir, bu ne metndi, ozunden uydurursan, niye esaslandirmirsan, niye menim seirlerimden bu dediklerine aid fakt getirmirsen.
Onda men de sizin haqqinizda fikirlerimi esaslandirmadan bele yaza bilerem
Cavansir Yusufli Azerbaycan edebi tenqidinde ozune yer tuta bilmeyen ve bunun ucun deriden-qabiqdan cixan, ortababdan da asaqi ve v. yusiflinin himayesinde olan bir cizmaqaracidir.Onun tenqidi elmi olmamaqla yanasi, ancaq ozunun anormal tesevurlerini / ya da ozune uyqun, oturub durduqu adamlarin cizmaqaralarindan ibaret olan / ehate eden ve bezen de metne dexli olmayan sayiqlamalari qeleme almaqdan ibaretdir. eger bu qelem varsa. bu cur adamlar istedadli ola bilmezler. Bu adamlar bir-birine oxsayirlar. yeqin ki siz edebiyyat ofisine fikir verseniz cavansirin oxsarlarini aydin tapa bilersiniz. Bu adamlar sozden yaniq adamlar olurlar
Qadjiyev adlı istifadəçi, May 23, 2008 tarixində, saat 13:42 yazıb:
Qeshem muellim, deyesen bu yazini oxuyanda hec gulmediz axi…
Çılğın adlı istifadəçi, May 23, 2008 tarixində, saat 13:47 yazıb:
İşə ki professional qarışdı, deməli, sevinməyə ümid yeri var!
Amma lütfən (şablonlaşsa da) axırıncı deyil, axarıncı olsun. Kənardan görüb yazmağa ərinməyin. Bir də bu plagiat məsələlərini tez-tez ağardıb, necə deyərlər, işin üstünə düşsək, əla olar.
Uğurlar, Cavanşir bəy!
Novarg adlı istifadəçi, May 23, 2008 tarixində, saat 13:52 yazıb:
Cavanshir muellim, bax, sen Baki’nin edebi olmayan muhitinde bir-birinin qanina susamish istedadli-istedadsiz adamlari bu shekilde teqdim edirsen, buna sozum yoxdur, amma chalishmaq lazimdir ki, bu adamlar bu yazini behane getirib eyaletde oturub hech bir intriqada adi hallanmayan ve original eserler yaradan Cavidan’ni oz intriqa ve mubahiselerine qatmasinlar… Ugurlar…
Rebiqe adlı istifadəçi, May 23, 2008 tarixində, saat 14:19 yazıb:
Xosh sozlere gore Cavanshir beye bir daha minnetdarliq etmek isteyirem. Amma Novarqin fikirleriyle raziyam…
Ve ne Rasim Qaraca ile, ne de Selim babullaoglu ile bagli fikirleri qetiyyen bolushmurem…
şərif adlı istifadəçi, May 23, 2008 tarixində, saat 14:28 yazıb:
cavidan barədə yazılanlarla şərikəm. o çox maraqlı bir nəfəsdir. elnur barədə bir az hissi davranıb cavanşir bey. elnur - barəsində belə tez qənaətə gəlinəsi qələm adamı deyil. qələminə hörmət bəslədiyim cavanşir bəyə bir az daha diqqətli olmağı arzu edərdim.
o ki qaldı qəşəmə… quş gözündən vurublub.
yeni yazılar arzusuyla…
Çılğın adlı istifadəçi, May 23, 2008 tarixində, saat 15:02 yazıb:
A-a! Yaxşı ki, Rebiqenin şərhini oxudum. Yoxsa yalnış etmiş olacaqdım:)
Mənim şərhimdə duyulan əsas məmnunluq Rasim bəylə ilgili deyil a. Özünü ədəbiyyata sırımaq istəyən Qəşəm Nəcəfzadə ilə bağlı….
savalan adlı istifadəçi, May 23, 2008 tarixində, saat 16:48 yazıb:
Lənkəran meşəsində dəmirağacı adlı çox möhkəm bir ağac var. Tərifi göylərə bülənd… Amma indi o ağac bizim ədəbi mühitdə bitib. Hərə ayrı-ayrılıqda öhdəlik götürüb ki, heç nə qanmayacaq. Qəşəmi gətirin!
Deyə meşələr padşahı əmr edir. Qəşəm gəlmir, yerinə özünə oxşayan bir adam tapıb göndərir. Gediş sən demə yalançıymış. Meşələr şahı Qəşəmin bütün mükafatlarını, o cümlədən Hollandiyanın giriş qapılarının açarını qəşəmin oxşarına təqdim edir. Qəşəm pərt olur. Sonra öz oxşarının tənqidçisi kimi fəaliyyət göstərir.
Məsiağa Məhəmmədi adlı istifadəçi, May 23, 2008 tarixində, saat 17:05 yazıb:
Axır ki, Cavanşirin simasında ədəbi tənqid Cavidan xanımı gördü. O indiki şeirimizdə yeni bir səsdir. Bu baxımdan Cavanşirin Cavidan xanımın şeirlərini belə geniş təhlil etməsini yalnız alqışlamaq lazımdır. Mən çox istərdim ki, digər tənqidçilər də (xüsusən Əsəd Cahangir) bu şairin (eləcə də Rəbiqə xanımın və Sevinc Çılğının) yaradıcılığına diqqət yetirsinlər.
Uğurlar Cavanşir! Yadındadır, bir dostumuz deyərdi: Sənin tənqidin əbədidir!
Cavanşir Yusifli adlı istifadəçi, May 23, 2008 tarixində, saat 17:23 yazıb:
O dostumuz indi də yaşayır.
Müasir dövrün çox böyük kulturoloqunun yetişməsində onun əvəzedilməz rolu olub. Onun “mən ədəbiyyatdan gedirəm” bəyanatına sərt təpgi göstərərək, əslində doğru yolundan döndərib. Yuxarıdakı fikrinə görə ona alqış, o növcavanı yolundan dayandırdığına görə yenə alqış düşür!
Yoxsa…
Stomotoloq adlı istifadəçi, May 23, 2008 tarixində, saat 17:27 yazıb:
Cavansir bey, cesaretli movqeyinize gore saq olun.Kimin disleri yoxdursa, bextinden kussun.Siz yolunuzdan donmeyin.
Zaur adlı istifadəçi, May 23, 2008 tarixində, saat 18:02 yazıb:
Salam
Dostum? bloqlar padshahi, USTAD Cavanshir muellim. Sizin her yaziniz yeni bir ruhdur, insani dushundurur.Herden senin zaraftlarin o qeder tenqidi gersenir ki,))) derhal zarafat obyektine chevrilen terefi arashdiri boshluq varsa doldurmaga chalishram.
Allah sene deymesin Cavanshir muelim.
Hormetle,
Raset Pirisoyu adlı istifadəçi, May 23, 2008 tarixində, saat 18:11 yazıb:
Mənim bu gün Azərbaycanın çayxanalarında gedən ədəbi söhbətləri izlmək imkanım yoxdur. Kim kimin dostudur, kim kimin düşməni, bilmirəm.
Məni bütövlükdə Azərbaycan ədəbiyatında gedən proseslər maraqlandıdır. Məsələn, XX əsrin əvvələrində özünü göstərən hər hansı hadisənin, deyək ki, 37-ci ildə, yaxud 60-cı illərdə, lap elə 70-80-cı illərdə özünü necə göstərdiyni müşahidə etmək bu gün Azərbayca ədəbiyyatında nə baş verdiyni təyin etmək üçün kifayət qədər informasiya verir.
Plagiat təkcə bədii əsərlərdə olmur.
Plagiat həm də nəsilllər arasında olur.
Və heç nə heç bir mərkəzdən ildarə olunmur, hər şey mərkəz rolu oynayan GENLƏRİN işə salınması ilə idarə olunur.
Ədəbiyyat, xüsusən də Azərbaycandakı ədəbiyyat heç bir vaxt özbaşına buraxılmayıb.
Dünənə qədər Azərbaycan yazıçılarını susdurmaq üçün onları tərbiyəsiz elən edirdilər, sonra Yazıçılar Birliyndən xaric etməyə, ən nəhayət tutmağa başladılar.
Bütün bunların nəticə vermədiyini görənlər - ən etibarlı vasitəyə - GENLƏRİ işə salmağa əl atıblar.
Bu gün Azərbaycan ədəbiyyatında istedadların ovlanması prosesi başlanıb.
Çətin günlər gəlib, dostlar.
Möhkəm olun.
Stilyaga adlı istifadəçi, May 23, 2008 tarixində, saat 18:15 yazıb:
Cavansir beyin tenqidi Mirze Celilin nesteri kimidir. Onun hem de sefaverici xassesi var. Elbette ki, basha dusen, obyektiv tenqidci yanasmasindan duzgun netice cixarmagi bacaran, guzgude ozune baxmaga qorxmayan, vicdani garsisinda hesabat vermeye cekinmeyen yaradici adam ucun!
Egerin kiminse buna cesareti catmirsa, gunahi ozunde axtarsin.
Inaniram ki, meqsedli tenqidden cana doymush Azerbaycan edebi ictimaiyyeti Cavansirin yazilarina dozumle, sebrle yanasmalidir!
Cunki bu, her kesin xeyrinedir!
Umimilikde Azerbaycan edebiyyatinin xeyrinedir.
Cavansir bey, ellerinizi sixir. Size bu serefli mucadilenizde ugurlar arzulayiram!
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 23, 2008 tarixində, saat 19:48 yazıb:
Ay can, ay can Qesheme hucum, gorun daha kimi tapib getirirsiniz. calisin elnuri amnistiyaya salin
orman adlı istifadəçi, May 23, 2008 tarixində, saat 22:39 yazıb:
Deyrisniz, qəshəm pis şairdir. Mən razi deyiləm, bu şerini oxuyun, diliniz yanacaq:
Cənab, səhiyyə naziri
Bizim şəhərdə aritmiya var.
Diqqətdən qaçırmayın
İşləmir xəstəxanalar.
Adamların üzünə baxıram payız-
Ritm pozğunluğunun havasıdır.
Siz həkimsiniz, bilməlisiniz
Unutmaq işemiyanın növüdür
Bunu əvvəlcədən
düşünməlisiniz.
Sıx binalar tıxac
Bir sözlə, stenokardiya.
Məmməd Əmini unutduq
Başladı taxikardiya.
Laqeydlik səyrici aritmiyadır,
Birdən şəhər ritmləri
musiqi notları kimi itir.
Yelmarın ölümü
ən kəskin ritm pozğunluğu-
Şəhər hələ də nəbz kəsirini
düzəldə bilmir.
Müasirliyin tez-tez İçərişəhəri
çimdikləməsi
Bakının ozan sinirinə toxuna bilər.
Ən hündür binaların
qan təzyiqi qəflətən düşər,
Bina yıxılar.
Bakının ən böyük bəlası unutmaqdı
Unutduqca içindən ritm düşər.
Adamların yerişindən
addım kəsilər.
Baş küçələr faytonları yuyar.
Müğənnilərin səsində bir avaz çatmaz
Zənguləsindən bir tel itər.
Qız qalası ürəyindən
nəbz kimi sürüşər,
Daşından bir toz qopar.
Yağışından bir damcı əksilər,
Qadını uşaq doğmaz.
Bakının biləyi
şəhər merinin əlində,
Baxır…
Ritm kəsirlərini sayır
Bina yerləri kimi,
Sağalmağa güman yoxdur.
Belə susarsınız!
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 23, 2008 tarixində, saat 23:55 yazıb:
Cavansir bey serifin sozu olmasin, Sizden xahis edirem o meqalenizden rasimin adini da cixarin. Ele Qeshem besdi. Sevinc cilqin da bir soz demez.
cavanşir yusifli adlı istifadəçi, May 24, 2008 tarixində, saat 09:36 yazıb:
Yolun ortası da olsa, hamıya təşəkkür edirəm. Məsələ o zaman əhəmiyyətli və doğrudan da mübahisəli olardı ki, mənim kimi Qəşəm də kənarda duraydı. Bu adam hər dəqiqə özünü atır ortaya. Məqalədə ondan mahiyyəti üzrə bəhs edilmir. Heç Rasimdən də. Qəşəm insanlara imkan versəydi, daha yaxşı olardı.
Çılğın adlı istifadəçi, May 24, 2008 tarixində, saat 09:38 yazıb:
:)))))))))))
Qurban adlı istifadəçi, May 24, 2008 tarixində, saat 13:26 yazıb:
Cavanşir Yusiflinin bu məqaləsini mən lit. az-da oxumuşdum, indi bir daha təkrar, özü də şərhlərlə birgə oxudum. Məqalədəki prinsipiallıq dəyərləndirlməyə layiqdir. Cavanşir itmiş, basdırılmış, məqsədli şəkildə oğurlanıb bir kənara atılmış ədəbi meyarların tətbiqinə çalışıb və məncə, yazının canı, gərəkliliyi - kimin hansı imzanı amnistiyaya çıxarmasına çalışmasından asılı olmayaraq - bundadır!
Bu, ədəbi mənəm-mənəmlikdən, “məndən və dostumdan başqa dahi yoxdu!” təkəbbüründən ortaya çıxmış xaosu yoluna qoymaqdı.
VƏ MƏSƏLƏ QƏŞƏMDƏ DEYİL, MƏHZ QƏŞƏM NƏCƏFZADƏ İMZASINDA DEYİL! Xaosun özündədi ki, orda filan-filan imzalar asanca hamıya meydan oxuya, hamıdan istedadlı və haqlı (!) görünməyə nail olurlar.
…Amma şərhlərdə yenidən diqqəti Q.N-yə yönəltmək cəhdləri var, hətta Rəbiqənin və səhv eləmirəmsə Cilginin, bir də Ağayarın “Yazı əladı, razıyıq, amma Filankəsləri barədə yazılanlarla yox…” düsturlu yanaşması bir balaca (cox yox…) dodaq qacırır. NİYƏ? Tənqid ancaq Qəşəm üçündü?
Görünür, Rəbiqənin də səmimiyyəti artıq ədəbi qrupların cənginə keçib və bu, çox təhlükəli oyundu, RƏBİQƏ…
Ola bilsin, Cavanşirin tənqidinin müəyyən hissəslərində, tərifinin müəyyən detallarında ifrat şeylər, yaxud kiminsə razılaşmayacağı xırda məqamlar tapmaq tapmaq olar.
Di gəl, xəstə ədəbi mühit üçün Cavanşirin qoyduğu diaqnoz dəqiqdi.
Misal üçün, ədəbi auditoriya Fəxri Uğurlunun silsilə hekayələri haqda niyə susdu?.. Halbuki məncə, Fəxrinin bu hekayələri ədəbi hadisə idi…
Ona görə ki, şou-ədəbiyyat bütün səsləri batırıb, yalnız onlarınkı “raskrutka” olunur.
Bir daha hamıya, xüsusən, obyektivlik hissini itirməmiş insanlara uğurlar!
cavanşir yusifli adlı istifadəçi, May 24, 2008 tarixində, saat 13:34 yazıb:
Beləcə, hər şey başlayır və başa varmır. Mən bu nəqalənin, Aydınxan demişkən virtual müzakirəsindən özüm üçün heç bir xeyir gedmürdüm. Ancaq, qəza baş verdi və Qəşəm Nəcəfzadə özünü atdı ortaya. Qəza deyirəm, həmin məqalədə çox təəssüf ki, bir cümlə yaddan çöxmışdı: Azərbaycan ədəbiyatını başına götürmüş bu adamlar hadisə deyil, insidentdir, yəni bədbəxt hadisə.
Qəşəm bunu hərəkətlətləri ilə sübut etdi. Təəssüf.
Bir daha hamıya təşəkkürlər.
Dərin hörmətlə,
Cavanşir.
Çılğın adlı istifadəçi, May 24, 2008 tarixində, saat 13:41 yazıb:
Qurban, şəxsən mən məqaləni saf-çürük edib münasibət bildirməmişəm ki. Heç kimin haqda nə deyilməsinə də. Mən işə bir tənqidçinin qatılmasına sevinc hissimi ifadə etmişəm sadəcə. Qəşəm N. öz yazısına yazılan şərhlərdə qıdıqlanırdı, biz də zü tutduq da:))
Qurban adlı istifadəçi, May 24, 2008 tarixində, saat 13:58 yazıb:
eh, Cilgin, sizə olar…
Rebiqe adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:37 yazıb:
Qurban bey, men hech bir edebi qruplashmada deyilem. Men yazi barede xosh ve ya eksine bir soz soz dememishem. Sadece, ozumle ve Cavidanla bagli qeydlere gore teshekkur etmishem. Qeshemle bagli hisse barede de soz dememishem. Belke de, chox az adamlardanam ki, hech bir qruplashmada deyilem.
Amma… bir meqam var - hansi qruplashmada olmasindan asili olmayaraq, yaxshi metnlerin muelliflerini ozume yaxin hesab edirem… O ki qaldi tenqide, mence, qarshiya meqased qoysan ele qoymasan da, butun shairlerde zeif metn tapa bilersen. Bunlardan tutub filankes istedadsizdi demek olmaz…
Çılğın adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:44 yazıb:
A edebi mühitdə də qruplaşmalar olur? Onda gəlin birləşib kimisə çıxardaq:)))
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:45 yazıb:
Goresen Qurban ve Cavansir fikirlesirmi ki,Men artiq 20-ci serhde reaksiya vermisem bu serhe qeder bu adamlar meni niye didirler. Qurban, bu barede fikirlesdinmi hec/Gulmelidir, cox gulmelidir ki, indi cavansirden serif elnurun xahisini eleyir. Burada kime is kesilir.Cavansir bunun ferqindemi. Niye hami menim eleyhimedir. Bir dene ferqli danisan adam yoxmi. Cavansirin tenqidcilik vicdani gormurmu ki,bu bir terefli is en boyuk edaletsizlikdir. O eslinde menim haqqimda hec ne yazmayib, umumi soz deyib, men de fakt istemisem/ Bu da sevincin xatirine deyib. Bura da ne ferq var.
Qurban, bu meselelere bax, obyektiv ol.
Qurban adlı istifadəçi, May 24, 2008 tarixində, saat 15:04 yazıb:
Qəşəm, əzizim, bagışla, “sən”ə keçdim, heç cür mən sənin məntiqini anlaya bilmirəm. bəlkə də sən çoxdan zarafat keçmiisən… Mənim də yumor hissim var. Nə isə. Bir daha təkrar eləyirəm öz adımdan, mənim səninlə və şeirlərinlə heç bir işim yoxdu…
Həqiqi sözümdü. İstəsən and içərəm.
Sən deyəsən, bu cür polemikada, özü də çoxdan mənasılığa gedib çıxmış polemikada maraqlısan, mənsə yorulmuşam.
Mən hardan bilim, hamı niyə sənin əleyhinədi, bu haqda özün fikirləş.
Postmodernpərvərpərəst adlı istifadəçi, May 24, 2008 tarixində, saat 15:46 yazıb:
Qəşəm, “Yazar” qəzetində “Kişinin ölümü”nü plagiat deyə ittiham edəndə ədəbi vicdanını kimə borca vermşdin..? Dava yorğan davasıdır! Qəbul edin, Onun kimi yaza bilmirsiniz!..
Xanim adlı istifadəçi, May 24, 2008 tarixində, saat 15:46 yazıb:
burdan esiderek Cavidani oxudum.Onun eyaletde yashamasina ve bele seirler yazmasina tecub eledim.mene ele gelir ki bu işde onu destekleyen ailesine, heyat yoldashina da teshekkur elemek lazimdi.yaxshi ki bele kishilerimiz var.
turkhan genceyi adlı istifadəçi, May 24, 2008 tarixində, saat 17:05 yazıb:
Müəyyən mənada, - həm də məslənin positiv aspekti baxımından yaxşı şou alındı. Ancaq insanlar yenə də yaxşı şeylərdən çox, könül bulandıran şakərlərdən danışdılar. Neyləmək, günümüzün faktıdır - qaçmaq olmaz. Ancaq Qəşəm səbrli olsaydı, heç kəsin çayı daşmazdı. Fikir verirsinizsə, hamıdan çox o özü-özünə istedadsız deyir, - məncə bu, ədəbi mühitdəki pisixoloji (xəstə psixoloji) halətinin avtomatik aşkarlanmasıdır. Rasimin yazısına baxın - bu bedbaxt da eyni hisləri qışqırır.
Aydınxana gəlincə - burada Mirza Cəlilin bir əsəri yada düşür - dəlilər xəstəxanadan qaçıb şəhərə doluşur.
Allah şafa versin!
turkhan genceyi adlı istifadəçi, May 24, 2008 tarixində, saat 17:29 yazıb:
Qəşəm yazar qəzetində ucuz bir priyomu kullanmışdı, yenə təkrar edirəm, bütün bu hərəkətlərin cəmi o deməkdir ki, Qəşəm bizə imkan vermir, qəşqırır: mən bezdarniyam. Amma mən şəxsən Qəşəmlə razı deyiləm. Qəşəmin istedadı var və təyinatı üzrə istifadə edilir.
Uğurlar sənə Qəşəm!
scorpion adlı istifadəçi, May 24, 2008 tarixində, saat 18:00 yazıb:
Gülməli olan odur ki, burada bəziləri Cavanşir Yusiflini həm ciddi tənqidçi kimi qəbul eləmədiklərini deyirlər, həm də onun fikirlərindən cırnayırlar…
Yazı məncə çox obyektiv yazılıb… Bəlkə də daha geniş yazmaq olardı… Arzu eliyərdim ki, bunun silsilə yazılar şəklində davamı olsun. Cavidanın və Rəbiqənin yaradıcılığı haqqında yazılan fikirlərə görə isə Cavanşir bəyə xüsusi təşəkkürlər…
Uğurlar Cavanşir bəy!!!
Raset Pirisoyu adlı istifadəçi, May 24, 2008 tarixində, saat 19:12 yazıb:
Bəli, dostlar, bütün dövrlərdə bütün Meydanlar qurban tələb edib.
Söhbət təbii ki burda şərh yazan qardaşımız Qurbandan getmir.
Meydan İsa peygəmbəri dar ağacına apardı.
Qorbaçovun Meydanı SSRİ-nin dağlıması ilə nəticələndir.
Azərbaycanın Meydanı Qarabağı qurban verdi, öz güyndəlik və əsas işiylə - alverlə və çalçağırla - məşğul olmağa başladı.
Bugünki ədəbiyyat Meydanın da bir qurbanı olmalıdır, yoxsa yox…
Qəşəm, qardaşım, deyəsən hələlik səni seçiblər…
Niyə seçibəlr bilmirlər… Amma seçibələr.
Mən İsa peyğəmbəri yadıma salıb, sənin əvəzinə, bu qəribə Meydana üz tutub demək istəyirəm: «İlahi, onlar nə etdiklərini bilmirlər»
P.S. Ah, sən nə qədər müriksən, Rasət Pirisoyu
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 24, 2008 tarixində, saat 22:45 yazıb:
Raset bey salam, necesiniz.Raset bey, inamim quru cop ustunde qurulmayib. Men tekem. Menim tekliyimin onunde bunlar ne qeder zeifdiler, qurbanliqdilar, bunlar etibarlarini, obyektiv olmalarini elince qalasinda itiribler. Niye sizden basqa bir adam gormur ki, men bunlara men tek cavab verirem. Bunlar kollektiv hallinda qisqirirlar. Ancaq ne fayda. qruplasma deyirler, hani menim qruplasmam.yoxdur. Qurublasan onlardi.
Onlar niye esebidi, yazilarim deyirlerse ki, zeifdi oxumasinlar. Ele kultaz da seirleri zeif men cixdim. Bes bunlar niye qisqirirlar, o biri deyek ki, zeiflere niye qisqirmirlar.Demek mesele yazi da deyil, yazilar normaldi.
Raset bey eger menim yazularima siz zeifdir deseydiniz men ellerimi qaldirardim.Cunki sen yegane tepeden dirnaqa saq qalan sairsen.
men belelerini cox gormusem, qoy qisqirsinlar. Men oz icime, isime, balalarima, yazi stoluma cox arxayinam. bunlar meni casdirmaz. cavansir niye indi baslayir, cunku o menimle r.rza mukafatinin davasini cekir.Bunu da serhinde qeyd edir.
Sarxan adlı istifadəçi, May 24, 2008 tarixində, saat 22:48 yazıb:
Əksinə, Rasət bəy, siz nə yazdığınızı bilimirsiz. Və konkret bu şəraitdə, üzr istəyirəm, əsla müdrik deyilsiz. Sizə olan bütün hörmətimə baxmayaraq, deməliyəm ki, siz bu diskussiyanı adekvat qiymətləndirə bilmirsiz. Ayrı vaxt hamı tənqidin olmamasından gileylənir, normal tənqidi yazı ortaya çıxanda isə hansısa qəsd planı axtarılır. Yazıda Qəşəmdən bir-iki cümlədə bəhs olunub. Daha geniş tənqid olunan isə başqalarıdır. Amma bu başqaları ən azı indiyədək heç bir münasibət bildirməyib, Qəşəm isə özü ortalığa atılıb hamıyla deyişir. Məgər siz bunu görmürsüz? Ayıbdır, İsa Məsih və… Qəşəm.
P.S. İnanmaq istərdim ki, bu şərhi “vurmuş” halda yazmamısız.
Raset Pirisoyu adlı istifadəçi, May 24, 2008 tarixində, saat 23:51 yazıb:
Əziz Sərxan!
Təəssüf ki, 1992-ci il Azərbaycan Yazıçılar Birliyinin Gəncə plenumundan sonra həkimlər mənə nəyin ki «vurmağı», hətta «çəkməyi» də qadağan ediblər.
Ona görə də arxayın ola bilrəsiniz, mən həmişə yüz faiz ayığam.
Adamın hərdən ürəyində vurmaq arzusunun baş qaldırması hələ adamın vurması demək deyil.
Qaldı mənim yazıdığım şərhə…
Axı kim deyir ki, Qəşəm Nəcəfzadəni tənqid etmək olmaz?
Yazırsınız ki, Siz bu diskussiyanı adekvat qiymətləndirə bilmirsiniz. Əslində mənim heç belə bir niyyətim də yoxdur. Görmürsünüz nə baş verir?
Siz tamamilə düz deyirsiniz, məqalədə Qəşəm Nəcəfzadə haqqında bir - iki cümlə yazılıb, amma proses tamamilə Qəşəm Nəcəfzadəyə qarşı yönəlib. Özü də təkcə bu məqalə ilə bağlı yox …
Deyirsiniz ki, Qəşəm ortaya atılıb hamı ilə deyişir. Ağrıyan, özünə qarşı təzyiq görən adam neyləməlidir?
Sərəxan, əzizim, mən bilmirəm, Siz cavansız, yoxsa yaşlı… Amma mən nə yazıramsa, təkcə oxuduqlarıma deyil, həm də yaddaşıma əsaslanıb yazıram.
Yaddaşım isə bu cür «tənqidlərin» nə ilə nəticələndiyi barədə mənə çox şey deyir.
Qaldı İsa Məsihə… İsa Məsih özü bu icazəni mənə verib. İnanmırsınız İsa Məsihdən soruşun.
Axı o həmişə bütün suallara cavab verir.
P.S. Elə bilirəm, gülümsədiniz və biz bu mübahisəni yoluna qoyduq.
Gulya adlı istifadəçi, May 25, 2008 tarixində, saat 12:10 yazıb:
Cavansir muellim, eger sizin uzun iller uzernde dusunduyunuz bu yazi bundan ibaretdirse hec ne. ele bil orta nekteb sagirdinin insa defteridir
Olmaz adlı istifadəçi, May 25, 2008 tarixində, saat 14:00 yazıb:
Cavanshir bey Rasim Qaracanin edebi ve heyati simasni deqiq analz edib. “Uzaq sahillerde” filminde deyildiyi kimi “serrast atirsan, oglum”. Rasim bey butun enerjisini bedii yazilarindaki tefekkur kohneliyini ve besitliyi meqalelerindeki saxta “Yenilikchilik(-!)” shuarchiligiyla ort-basdir etmeye serf eleyib.Buna QABAQDANGELMISHLIK de deyirler.Fikir vermisinizse, Rasimin sechdiyi yol da chox kohnedir. Yeni, hech ne yaza bilmeden ozunu edebiyyata soxmaq ve mehshurlashmaq yolu Elibala Hacizadeden Vuqar Ehmede qeder choxlarinin kechdiyi yoldur.
Cavidanin sheirlerinin analizindeki yanashma da maraqliydi
Rebiqe adlı istifadəçi, May 25, 2008 tarixində, saat 14:44 yazıb:
Teklifim var. gelin bir muddet Qeshem Necefzadeni sakit buraxaq. Ne tenqid, ne terif… o da bir az istirahet etsin… olar?
Postmodernpərvərpərəst adlı istifadəçi, May 25, 2008 tarixində, saat 16:35 yazıb:
Rebiqe, belke pul yığaq Antalyaya tetile de gönderek?-)
Yeri gelmişken, Rebiqe, tebrik edirem,adın artıq Cavidanla yanaşı çekilir… -)
Rebiqe adlı istifadəçi, May 25, 2008 tarixində, saat 17:23 yazıb:
Post, Cavidani men keshf elemishem e Almaforumda -))
qolamreza sebzi tebrizi adlı istifadəçi, May 25, 2008 tarixində, saat 22:33 yazıb:
Rasetin mudrikliyi dushdu yadima ve onun meclisi goz yashlari ichinde terk etmesi mene lezzet elemedi.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 25, 2008 tarixində, saat 23:18 yazıb:
Rebiqe onsuzda men bele seylerde istirahet edirem. siz ozunuz, yeni menden basqa haminiz bir istirahet edin, dincelin, hec olmasa yerinize evezediciler qoyun.
Cavanshir Yusifli adlı istifadəçi, May 26, 2008 tarixində, saat 10:27 yazıb:
Bir daha hamıya saıamlar!
Kultaz-da ən müxtəlif yazıların müzakirəsi ilə bağlı debatların nəticələrindən biri də predmetsizlikdir. Təqdim etdiyim yazıda bircə abzasa güclə sığışan şairciklərin ətrafında tufan yaratdılar- elə onların öz təhriki ilə. Dünyada icrası mümkün olmayan iş, həlli tapılmayan müşkül yoxdur – aqillər belə deyirlər. Ancaq varmış.
Şərhlərin birində yazıldığı kimi, dəmirağacı meşədə gözəl olur, ədəbi prosesin düz ortasında bitəndə - dəhşət. Rasət bəyin bütün şərhlərini, hətta digər yazılara verdiyi izahları, kultaz-da gedən yazılaraına verilən şərhlərə münasibətini diqqətlə oxudum. Təəssüf ki, mənim qənaətim düz çıxdı. Bu insan xeyli, uzun bir yol keçib, görüb-götürüb, amma hər şeydən əl çəkərərk öcəşmə üstündə ixtisaslaşıb. Üzr istəyirəm, Qəşəm saqqız deyil ki, onu hər yerə yapışdırasınız. İnsanlara imkan vermirsiniz bir tar-türbə söz danışsınlar. Məqalədə Şəhriyardan söz açılır, Əli Kərimin “Babəkin qolları”, Cavidanın şeirləri haqqında mülahizələr var, bir sözlə müasir ədəbi prosesin içindəki çalpaşıq problemlərə münasibət bildirməyə çalışmışam. Siz bunlara necə baxırsınız? Qəşəm, Rasim, lap elə Rasət bir episoddur, məni episodik rollar deyil, problemlər maraqlandırır, bir imkan yaranan kimi Rasət təşrif gətirir və Hacı Nurunun kürkünü çiyninə atıb (özü də tərsinə) mətləbə dəxli olmayan sözlər danışır. Bu cavan uşaqlar sizə baxıb nə götürə bilər? Öcəşməyimi? Çətin suallar verib, üzr istəyirəm, üstündən hoppanmağımı? Axi yaş o yaş deyil. Mən axıra kimi inanmaq istəmirdim. Ancaq bu adam özünə “müdrük” deyəndə duruxdum, ovqatım təlx oldu, məni kədər bürüdü. Bu, pis əlamətdir. Rasət, intriqa müstəvisindən uzaqlaş, ədəbiyyat bunların hamısından gözəldir. İnanılmaz dərəcədə! Təsəvvür edin: şeir yazırsınız, mən onun oxucusuyam, yəni bir növ “kənar müşahidəçiyəm”. Siz mən gördüyümü görə bilməzsiniz. İstəsəniz də! Mən də siz çəkəni! Ancaq sən çalışırsan hər ikimizin yerinə danışasan, həm şairi, həm oxucunu, həm də əstəfurullah, ALLAHI əvəz edəsən. Sənin hər şeydən bu şəkildə xəbər verməyin qorxuludur, mən bu yazıda elə belə dəhşətli problemlərdən danışmağa cəhd göstərmişəm. Sənin qatmaqışıq düşüncə tərzin, anlaşılmaz çabaların Azərbaycan ədəbiyyatının problemi olmasa da, bu hal indi qabarıqdır, xroniki hala keçməkdədir. Bəli, bu gün yaranan bədii əsərlərin səviyyəsi qənaətbəxş deyildir, ciddi əsərlər yoxdur, hər şeydən əvvəl ona görə ki, ədəbi prosesin özünə ciddi münasibət yoxdur. Bir tənqidçi deyək ki, 2 ay qabaq dost olduğu nasiri ona görə “biabır” edir ki, münasibətləri alınmır. Bütün bu hadisələrin fonunda səviyyəsiz əsərlərə “düdük çalmaq” vicdansızlıqdan başqa bir şey deyildir. Məmləkətimizdə bəlkə də neçə min, bəlkə daha çox şair var, ancaq onların 90 faizi şair rolunu oynayır – qoy oynasın! Bundan kimə nə ziyanı? Qəşəm deyir ki, onu bütün dünyada tanıyırlar – tanısınlar. Buna kim qısqanırsa – xəstədir! Ancaq ciddi mətləbləri bir kənara atıb, mükafatları hədəfə alan şaircikləri tərif etməklə məşğul olmayın. Kiminsə imkanı var, romanlar yazır, pul xərcləyir – nə istəyir eləsin, lap onu dünyanın bir nömrəli yazıçısı elan etsinlər. İstəməyənin gözü kor olsun. Ancaq gəlin doğrudan da Azərbaycan ədəbiyyatına dəxli olan əsərlərdən danışaq, o əsərlərdən ki, müəllifləri “imkansızdır”, yəni təvəzökardır, əsl istedad sahibi kimi “pintidir”, sabaha gün ağlamır, dünyanın faniliyini o pullu adamlar kimi qanmır. Heç kim Səfər Alışarlıdan, Məmməd Orucdan və Azər Abdulladan yazmaq və danışmaq istəmir. Niyə? Hamının diqqəti bir nöqtəyə zillənib, elə bir yerə ki, içinin boşluğu min verstlikdən bəllənir. Məmməd Orucun “İtmiş hekayənin bitmiş variantı”nda belə bir passaj var. «Uzun bir məsafə qət etdiyindən, yorulub əldən düşmüş, bir qədər üşümüş erkək arı təknəyə girmək istəyirdi. Əlbəttə, öz təknəsinə. Amma dişi arılar onu içrəi buraxmırdılar….».Daha sonra dişi arıyla erkək arı arasında söhbət gedir:
«Mən səni içəri buraxardım, - dişi arı dedi, - amma buna Qanun yol vermir, özün bilirsən ki, bunu.
- Mənim yuvaya girmək fikrim yoxdur, - erkək arı dedi, - gəlmişəm son dəfə yuvamın ətrini alam.
- Ətir qurbandı sənə, nə qədər istəyirsən, al, - dişi arı dedi, amma de görüm bəs bu insanların qəsdi nədi? Bayaqdandı bizə baxırlar…».
Raset Pirisoyu adlı istifadəçi, May 26, 2008 tarixində, saat 15:45 yazıb:
Cavanşir, dostum, böyük yazıçıların yaradıvcılığında həmişə elə şeylər olur ki, adi oxucular (belə oxucular bəzən hətta tənqidçi olmaq həvəsinə düşürlər) onu görə bilmirlər və istinad etdikləri əsərlər bir çox hallarda onların özlərinə qarşı çevrilir. Siz öz gözəl yazınızda məni Hacı Nuru ilə müqayisə etmisiniz. Kultazı izləyənlərin nəzərinə çatıdrım ki, Hacı Nuru Mirzə Fətəli Axundovun «Hekayəti- Molla İbrahimxəlil Kimyagər» əsərindəndir, şairdir, özü də… nuxalıdır.
Qəribə burası deyil. Qəribə bu əsərdəki hadiəsənin baş verdiyi tarixdir; Mirzə Fətəli Axundov yazır ki, «məclis Nuxa şəhərində Hacı Kərim zərgərin evində vaqe olur, 1248-ci ildə. baharın orta ayında»
Yenə də bahardır, tarix də ki 2008-ci ildir.
Amma nədənsə bu dəfə Hacı Kərim zərgər rolunda, məni Hacı Nuruya bənzədən Cavanşir Yusifli çıxış etmək istəyir. Ağ eləmə, dostum, Sən özün yaxşı bilirsən ki, bu gün Hacı Zərəgər rolunda kim çıxış edir və adamları, indiki halda yazıçıları gümüşü qızıla çevirmək nağılı ilə kim yoldan çıxarır. Sən olsa, olsa həmin məclisin yeni iştirakçısısan…
Əvvəl bu məclisdə sənin qardaşın Vaqif Yusifli fəal iştirak edirdi.
Onsuz da bu məmləkətdə kimi aldatmaq istəyirlərsə, ona meymunu yada salmamğı məsləht görürlər…
Bu dəfə deyəsən, sən bunu Rəqibə və Cavidan xanıma məsləhət görmək istəyirsən.
Bu belə…
Rasim Qaraca haqqında… Mən Rasim Qaracanı tənqid etmişəm, bu gün də edirəm. Amma buna baxmayaraq mən Rasim Qaracının müasir Azərbaycan ədəbiyyatında oynadığı rolu da danmıram və danmaq fikrim də yoxdur. Rasim Qaraca nə qədər «xortadana» oxşasa da, o müasir ədəbi prosesin tərkib hissəidir.
Ən nəhayət, mən Qəşəm Nəcəfzadəni niyə müdafiə edirəm. Birinci, istedalı şair olduğuna görə, ikinci mənim Qəşəm Nəcəfzadə qarşısında «günahım» olduğuna görə. Mən Qəşəmlə ömrümdə bircə dəfə görüşmüşəm. Özü də dünən, «Pərvanə» ədəbi məclisində. Onu yazıdığım bir proyektə dəvət etmək istəyirdim.
Bəs mənim günahım nədir? Təqribən iki il qabaq bir yazı yazmışdım: «Fərdi ədəbiyyatdan milli ədəbiyyata doğru». Həmin yazıda üç yazıçıdan danışımışdım, onlardan biri də Qəşəm idi. Mən bu məqaələni çap etdirəndən sonra bildim ki, Qəşəm kimdir və başa düyşdüm ki, Qəşəmə qarşı mütləq hücumlar başlayacaq.
İndi Qəşəmi müdafiə etməyi özümə borc bilirəm.
Ən nəhayət, mənim özüm haqqında dediym «ah, sən nə qədər müdriksən, Rasət Pirisoyu» cümləsi haqqında. Bu cümələni ağlı başında olmayan adamlar müəllifin özü haqqında ciddi fikri kimi qəbul edə biəlr. Yəni bu cümələnin təbbəssüm xatrinə deyiliyini başa düşmək üçün mütləq Mola İbrahim Xəlilin hüzurunda olmaq lazımdır.
Qaldı Səfər Alışarlı, Məmməd Oruc və Azər Abdullya… Onlar haqqında yazamaq barədə hələ göstəriş verilməyib. Göstəriş veriəln kimi Siz bu işə də başlayacaqsınız.
Raset Pirisoyu adlı istifadəçi, May 26, 2008 tarixində, saat 16:51 yazıb:
Zahir,
xahish edirem, yazini axira qeder veresiniz. Men yazida hec bir normani pozmamisham. Edebiyyatdan danishmisham.
Edebiyyat obrazlar uzerinde qurulur.
Eger sen menim xahishimi yerine yetirmesen, Seni Cavanshirin yazisindaki, elece de kultazda menim unvanima deyilen diger tehqirlerin sheriki hesab etmeli olacaqam.
Eger men onlarin tehqirine dozurem, onlar da menim onlarin butun mahiyyetini izah eden normal sherhlerime dozmelidir.
Menim bu gun ancaq bu saytda danishmaq imkanim var. Onun menim elimden alinmasi meni susdurmaq demekdir.
Sen menim bu xahishimi yerine yetirmesen, men bu sayta yazmagi ozum ucun eskiklik hesab edeceyem.
Admin adlı istifadəçi, May 26, 2008 tarixində, saat 17:02 yazıb:
Raset bəy, konkret olaraq hansı postda sizə qarşı təhqir işlədilib? Deyin onu da pozaq.
Və ya konkret hansı ifadəni təhqir hesab edirsiniz?
Cavanshir Yusifli adlı istifadəçi, May 26, 2008 tarixində, saat 17:21 yazıb:
Hörmətli Rasət!
Nə qədər acı olsa da mən sizi Hacı Nuruya oxşatmamışam, söhbət sadəcə onun kürkündən gedir. Haci Nuru tərs obrazdır. Ancaq o, çox mətləblərin sürətlə cərəyan etməsinə yardımçı olur. Mənim rəyimdə söhbət tam əks prosesdən, yəni mane olmaqdan gedir. Bu cavabda və digər yazılarımda söz verirəm: nə sizin, nə də Qəşəmin qardaşımla bağlı atmacalarına cavab olmayacaq. Yəni mən heç bilmirəm sizin qohumlarınız kimdir. Mən özüm üçün məqbul olmayan işə qol qoymaram. Axundov haqqında yazımdan kiçik bir fraqmenti nəzərinizə çatdırıram:
M.F.Axundovun «…Kimyagər» komediyasında belə bir məqam var.
Hacı Nuru şair (bimövqe cibindən bir kağız çıxarır). Həzərat, bir yaxşı əhvalat, yəni, avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu bir oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.
Ağa Zaman həkim. Eh, Hacı Nuru, bu məclis nə şeir məclisidir! Ağzımızda söz danışırıq…
Bu fraqmentdən aydın görünür ki, Hacı Nuru öz «taktiki gedişini» qurarkən mövcud münasibətləri, zamanın sosial portretini və bu qəbildən olan növbənöv məsələləri düzgün hesablamayıb və o, bütün bu «əməliyyatı» zaman-zaman ürəyində, beynində böyüdə-böyüdə gəzdirdiyi bir naqis cizgini üzə çıxarmaq üçün aparıb. Burada böyük bir enerji potensialı əslində havaya atılan gülləyə bənzəyir və bu da o saat çox səciyyəvi bir analogiya doğurur: ictimai əsayişi pozmaq… Belə bir «pozucu» işlə məşğul olan adam isə hökmən o dairədən qəti kənarlaşdırılmalıdır.
Hacı Nurunun aqibəti maarifçi təfəkkürün məntiqinə əsaslanır, desək səhv etmərik. Demək, Hacı Nurunun yaxın keçmişə «səyahəti» başlamamış bitir. Bütün bu dediklərimiz Hacı Nurunun bir ədəbi qəhrəman kimi bədii strukturunun tam açılmasına kömək etmir. Haradan idi Hacı Nurudakı bu qadaqdan gəlmişlik, özünə arxayınmış kimi, sözünə hələ bir yaxın keçmişə ekskursla-səyahətlə başlamaq? Bunun müəyyən izlərini, özü də dünya¬görüşü səviyyəsində müəyyən sümükləmiş izlərini həm Axundovun, həm də Zərdabinin məktublarında görmək mümkündür. O mənzərəni bir az da əyaniləş¬dirmək üçün Zərdabinin başqa bir səciyyəvi qeydinə də müraciət etmək olar: «…Ey millət təəssübü çəkən qardaşlar! Doğrudur, qeyri-millətlər kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş günlük ömrün ləzzətindən milləti, qardaşlarınızı atıb onları kor və sərkərdan qoyasınız. Dünyanın ləzzətinə tamah etməyin, öz qardaşlarınıza xeyir verin. Qoy şairciklər sizə həcv yazsınlar, mollalar lənət oxusunlar, avamlar sizi daşa bassınlar. Anlayın ki, siz millət üçün zəhmət çəkirsiniz…» Qoy şairciklər sizə həcv yazsınlar… Bu söz ağrıyla, acıyla, yüksək pafosla deyilsə də, o dövrdə onlara qulaq kəsilən tapılmazdı. Belə bir qabarıq kontrast nədən yaranmışdı? Kontrastın özü yox, onun anormallığı, «kontrast» anlayışını vurub keçməsi, fövqəladə parlaqlığı… bütün bunlar hansı bədii təfəkkür gücünə peyda olmuşdu?Bu problemin ən ümumi, başlıca tipoloji parametrlərini elə ağıl əsrinin özünün fəlsəfi düşüncə düzümündə, dünyanı dərk yolunda axtarmaq lazım idi.
Yadımıza salaq ki, Avropa maarifçi estetik-fəlsəfi fikrində və ədəbiyyatında da oxşar məqamla rastlaşırıq. XVIII əsr Avropasında ağlın, mücərrəd təfəkkürün görünməmiş cəsarətlə «hər şeyi ayaqdar altına atmasının» bircə motivi mövcud idi: o, özü haqqında illüziya yaratmışdı. Kapitalist münasibətləri şəbəkəsini hörməkdə olan burjua cəmiyyətinin aynasından əks olunan ağıl mifi o dövrdə qələmə alınan əsərlərin mövzu və süjetindən tutmuş ən adi kompozisiya elementlərinə qədər hər şeyə sirayət etmişdi. XVII əsrlə XVIII əsrin, başqa sözlə, klassisizm mədəniyyət tipi ilə maarifçi mədəniyyətin ilkin köklü fərqi də buradan doğurdu. Ağıl illüziyasının yaratdığı normalar maarifçi estetikada butöv bir sistem şəklində çıxış edirdi. Maarifçilik anlayışı və onu ifadə edən termin XVIII əsr maarifçilərinin mühitində onların öz səciyyəsi kimi yaranmışdı. Ona görə də, maarifçilik deyəndə həm XVIII əsr filosofları içində yaradılan mədəni mifi, həm də mədəniyyət tarixi modelini qurmaq istəyən müasir tədqiqatçının işlətdiyi elmi dil anlayışını nəzərdə tutmaq lazımdır. Bu mənada, yuxarıdakı mətləbləri əhatə eləyən məlum problemə də aydınlıq gətirə bilmək mənasında maarifçi dünyagörüşündə və bədii təfəkkürünün strukturunda mövcud olan səciyyəvi oppozisiyaları xatırlamaq yerinə düşər: Təbiət – Xurafat; Təbiət – Ənənə; Təbiət – Tarix və s. Lotmanın qeyd etdiyi kimi, bu oppozisiyalar düzümündə insanın bütün xeyirxahlıq potensiyası Təbiətlə, Şər əməlləri isə Xurafatla bağlanırdı. Jan-Jak Russoya görə, indiyədək qərarlaşmış bütün tarixi normalar «olsa-olsa qədim dövrlərdə baş verən cinayətlərin tarixini təcəssüm etdirir, insanlar çox hədər yerə özlərinə zəhmət verib onları təfərrüatıyla öyrənmək istəyirlər». Volterdə isə bunun tam əksini müşahidə edirik; onun tarixi optimizmi, tərəqqiyə inamı, tərəqqi və sivilizasiya anlayışı ilə bağlı bütün hadisələri ənənə ilə bağlamaq halını da istisna etmir. Demək, «ağlın ideal tarixi ənənəyə qarşı qoyulur».
Maarifçi yazıçının bədii təfəkküründə mövcud olan, hər sənətkarda spesifik şəkildə ifadə olunan bu oppozisiya düzümünü bilmədən onun yaratdığı ədəbi qəhrəmanın genezisi, poetik strukturu barədə də söz açmaq mümkün deyil. Belə bir kəskin cəbhələşmə stixiyası Axundovun bədii təfəkküründən qəhrəmanına miras qalmışdı. Ancaq bu prosesin özünü də mexaniki şəkildə, sadəcə üzdən oxşarlıq kimi almaq lazım deyildir. Hər bir ədəbi qəhrəman kimi Hacı Nuru da müəyyən təkamül mərhələsindən keçmiş, müəllifin bədii dünya¬görüşünə «damla-damla» yığılaraq tamamlanmış, bu yığılan elementlər arasında müəyyən münasibətlər sistemi yaranmış və bu strukturun sümükləşməsi tarixini bilavasitə onun özünün daxili təcrübəsi ilə müəyyənləşdirmək lazımdır. Müəllif Hacı Nurunu oxuculara müəyyən daxili təcrübənin məhz yekunu kimi təqdim etdiyindən o, hazır qəhrəman tipinə uyğun gəlir. Hacı Nuru kitab səhifələrinə elə bil moizə oxumaq üçün gəlir və heç kəsin tikanlı sözlərinə, təhqir və atmacalarına fikir vermədən… kitab-dəftərini bağlayıb çıxıb gedir. O, olsun ki, qapını da çırpıb otağı tərk edir (bunun üçün onun «icazəsi» var idi –!). Ancaq içəridə sonuncu kəlməsi qalır: doğru söz acı olar. Ancaq bu söz də bu kəsif atmosferdə bir az dolaşdıqdan sonra «boğulub» öləziyir, sadəlövh ağıl mifinin aqibətini sonuclayır.Hacı Nuru ən kəskin sözünü deyib gedir (bir daha geri qayıtmır), ondan sonra kimyagərlərin əsatiri başlayır.Kim nəyə layiqdirsə, onu da alır…
P.S. Başqa nə sualınız olsa mən hazıram.
Məndən başqa bir adamın adını çəkmə, yəni, yumşaq desək, həddini bil!
Mənə nə sualın varsa, mən hazıram.
Təhqirə cavab verməyəndə onu deyənin üstünə qayıdır.
Mən yenə də onun sizin üstünə qayıtmasına qıymaram.
Möhkəm olun!
Hörmətlə,
Cavanşir.
Raset Pirisoyu adlı istifadəçi, May 26, 2008 tarixində, saat 20:26 yazıb:
Rəbiqə xanım,
yuxarıdakı şərhimdə adınızı düzgün yazamdığıma görə məni üzrlü bilməyinizi
xahiş edirəm.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 26, 2008 tarixində, saat 21:01 yazıb:
Cavansir, bu yazida uzun illerden beri dusunduyun meselelerin hec olmasa adi gorunutusunu bele vere bilmemisen, cox zeif, seristesiz, saqqiz kimi ciynenmis zef fikirlerdir. her sey oteri sepkidedir. en azi senin bu yazinda musir edebi prosesin zamani yoxdur,ancaq adlar sadalanir,zamansizliq bu yazini oldurub, sadece yazulan serhler bu olmus, daha doqrusu zamansizliqdan ureyi ketmis bu yazinin soykeyine giribler, ayaqa qalxmasa da hec olmasa poeziyanin qucaqinda oturtmaq isteyirler, sen de bununla razi deyilsen, az cox bu yazinizi mudefie edenler ona gore canfasanliq gosterirler ki, belke de gelecekde onlarin adlarini cekeceksen, umidle bunu gozleyirler. Sende ki sifaris vermeseler yazan deyilsen. Qldi ki, rasime, rasete, selime onlar senden daha cox edebiyyatin icindedirler. sen herden bele de, dusenden-dusene… disini deyisirsen
Millətçi adlı istifadəçi, May 27, 2008 tarixində, saat 00:10 yazıb:
Azərbaycan ədəbiyyatında nə baş verir? Mənasız çəkişmələr, didişmələr, mənəmlik, bir-birinə hörmətsizlik, elementar diskusiya mədəniyyətinin olmaması,saxtakarlıq, dəstəbazlıq, səviyyəsizlik… Bir sözlə,yüksək meyarlarla yanaşanda heç nə! Bu gedişlə işin axırını proqnozlaşdırmaq çətin deyil. Didin, parçalayın bir-birinizi, azacıq istedad işığı görən kimi tökülüşün üstünə, söndürün onu, sonra da ədəbiyyatın durumu barədə mücərrəd sözlər danışın. Bu millət yaxşı eləyir sizin yazdıqlarınızı oxumur. Oxuyub sizdən nə əxz edəcək ki?!
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 27, 2008 tarixində, saat 23:44 yazıb:
Cavansirin ve kultaz oxucularinin nezerine, proloq qeztinde menimle musahibe derc olunub ve bu yazi yeni ruh saytinden goturulub, proloqda bu yazinin capindan xeberim yoxdur.musahibenin adi saytda basqadir. Nedense qezetde ayri bir basliqla verilib…/meni dunyada sair kimi qebul edirler/ nezerinize catdirim ki, bu adin qoyulmasindan menim xeberim yoxdur, hetta metnin icinde bele bir cumle de yoxdur.kimlerce musahibeye ozlerinden bele bir ad qoymaqla guya mene zerbe vururlar. Yox, dostlar, yanilirsiniz… Cavansirin son serhlerinde buna isare var idi deye bu sohbete aydinliq getirdim. saq olun
hormetle
Cavanshir Yusifli adlı istifadəçi, May 28, 2008 tarixində, saat 10:49 yazıb:
Yerini bil!!!!!!
scorpion adlı istifadəçi, May 28, 2008 tarixində, saat 12:25 yazıb:
Cavanşir bəy bu adama nə qədər yerini gösrsən də xeyri yoxdu… Sizdən xahiş eliyirəm daha cavab verməyin… Siz ona cavab verəcək səviyyədə birisi deyilsiniz… Səbrsizliklə yeni yazılarınızı gözləyirik…
Bir daha uğurlar!!!
Raset Pirisoyu adlı istifadəçi, May 28, 2008 tarixində, saat 13:41 yazıb:
Məktub!
Zahir, bu mənim kultaza yazıdığım sonuncu yazıdır, Sən bu yazını versən də, verməsən də, mən bu məktubu yayacağam.
Ən nəhayət, bu gün Azərbaycan ədəbiyyaiında nə baş verir?
Bu gün Azərbaycan ədəbiyyatında Azərbaycan yazıçılarının azadlıqlarının əlindən alıması proqramı həyata keçirilir. Azərbaycan yazıçıları bu azadlığı Həmid Herisçini başçılığı altında bütöv bir yazıçı hərəkatı nəticəsində əldə etmişdilər.
İndi həmin yazıçılar jurnalistikası ölmüşh bir məmələktdə canlı, diri informasiyanın yeganə daşıyıcılardır. İnanmırsınızsa, Azərbaycan qəzetilərini nəzərədən keçirin, görün Azərböaycanda Həmid Herisçi hərəkatı nəticəsində meydana çıxımış yazıçılardın başqa diri, canlı bir jurnalist varmı?
Təssüf ki, Həmid Herisçini başçılığı altında azadlığını əldə etmiş yazıçılar təşkilatalan bilmədilər, öz byük həqiqətlərini izah və axıra qədər ifadə edə bilmədilər.
İndi həmin azadlığı, ədəbi üsaynın nə olduğundan xəbərsmiz olan, Rəbiqənin, Cavidanın və onların simasında bütün ən yeni yazıçı nəslinin əlindən almaq istəirələr.
Yazıçı öz azadlığını qoruya bilmirəs, deməli öz istedadını qoruya böilmir.
Yazıçının azadlığının əlindən alınması bütün dövrlərdə ədəbi irticanın başlıca proqrammı olub. Çünki ədəbi irtica öz lakeyliyni ancaq bu yolla qoruyub saxlaya və «xoşbəxtcəsinə» yaşaya bilir.
Əks halda ədəbi irtica heç nəyə nail olmaq iqtidarnıda deyil.
Mikayıl Müşfiqlə də belə olub, Əli Kərim də. Və onlar ilk növbədə oz azadlıqlarının qurabın olublar.
Azadlıqlarını qurban vermiş yazıçıları isə ən yaxşı halda Ramiz Rovşən aqibəti gözləyir.
Qəşəm, qardaşım, sözüm sənədir.
Sən artıq Azərbacan yazıçısı deyilsən.
Sən bu bədəbəxt məmləkətin sərhədəlrini artıq çoxdan adlayıb keçmisən. Mən xahiş edirəm, sən artıq məsub olduğun dünyaının sənəti haqqında düşün. Gəncsən, istedadlısan, dialoqa açıqsan, tənqiddən və təhqirdən qorxmursan, ən azı azadlığını yaradıcılığında qoruyub saxlayırsan.
Artıq sənə qarışı hər hansı hücum sənətə qarşı hücum kimi qəbul olunacaq, sənin bunu sadəcə düynyaya çıxarmağın kifyətdir.
Zahir, mən çox təssüflənirəm, sən mənsub olduğun nəslin məmuru olmağı yazıçı azadlığından üstün tutdun.
Ilisu adlı istifadəçi, May 28, 2008 tarixində, saat 14:18 yazıb:
Hay Allaxxxxxx…)))))))))))))))))))))))))))))))))
topxana adlı istifadəçi, May 28, 2008 tarixində, saat 17:05 yazıb:
Xalis ədəbi psixoz!
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 28, 2008 tarixində, saat 18:19 yazıb:
Cavansir ancaq zeifler bele deye biler.
Raset bey, bunlari men Elince qalasinda hemise uduzan gormusem. Bunlarla bu cur meseleler xirada meselelerdi, boyuk meseleler daha var/
Size yene tesekkur edirem, artiq men cavansiri Novarqin, scorpionun, Sahenenin sirasinda gorurem. Ele yeri de, heddi de buradi
Zorro adlı istifadəçi, May 28, 2008 tarixində, saat 21:03 yazıb:
Qəşəm,sən bəyəm Novargın, Scorpionun və Şəhanənin kim olduğunu bilirsən?
Bu adamların hər birisi səni bütün yaradıcılığınla birlikdə hopp eləyib udmağa qadirdi.Əlbəttə ki intellekti və ədəbiyyatda mövqeyi ilə. Bəsdir də, sən vampirsən nədi? Bu camaatı əsəbləşdirib neqativ enerjiləriylə “zaryadka” yığırsan. Daha bu qədər yox da.
topxana adlı istifadəçi, May 29, 2008 tarixində, saat 09:52 yazıb:
Qəşəmlə ehtiyatlı olun! Bu məqamdan heş kəs ona cavab verməsin. kultaz.com-un əvvəlki səhifələrinə baxın, harda şeirləri gedibsə, şeirləri lağ obyektinə çevrilib. Məqsəd birdir - nəyin bahasına olsa da, biabırçılıq hesabına olsa belə gündəmdə qalmaq - allah kəssin belə məşhurluğu!
Şahanə adlı istifadəçi, May 29, 2008 tarixində, saat 10:24 yazıb:
Qəşəm bəy, Allahı sevərsiz, mənim adımı düz yazın…-)))))))
Heç olmasa bircə dəfə…
Zaur adlı istifadəçi, May 30, 2008 tarixində, saat 16:18 yazıb:
Qəşəm Nəcəfzadə deyəsən Siz özünüzə Cavanşir müəllimin sayəsində imic qazanmaq istəyirsiniz. Axı bu gün ölkədə tanınmaq bu cürədir. Siz tanınan bir şəxsin kölgəsində irəli getmək istəyrsiniz. Cavanşir müəllimdən möhkəm yapışın.Bəlkə Sizi də kimsə tanıdı.
Çoxları belə etdilər. İndi onları yazıların oxuyan var. Sizin də yazdıqlarınızı oxuyanlar tapılacaq belə getsə.
Hər kəsə hörmətlə,
Vacib adlı istifadəçi, May 30, 2008 tarixində, saat 17:45 yazıb:
Bax,Zaur adiyla yazib nedense Cavanshire oxshayan,sene bir shey deyim,dunyada hemishe tengidciler yazarlarin sayesinde taninib,nece deyerler onlarin sufresinin artigi ile dolanib,hetta hemin yazicini Qeshem kimi beyenmesez bele, cunki birinciler ikinciler haqqinda yazib,ona gore ozunu yorma
pazzzooolllliiinnnniii adlı istifadəçi, May 30, 2008 tarixində, saat 19:15 yazıb:
Eladir, bele de davam edin…
Zaur adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 10:10 yazıb:
Vacib
qaqa menim saytima daxil ol ve Cavanshir muellimle menim aramdaki ferqi hiss ele. Eger bunu virtual olaraq hiss etmek bacariqlarin o qeder inkihsaf etmeyibse bunu canli olaraq sene hiss etdirmek uchun butun elimzden gelenleri sene ede bilerik!!!
Tenqdichi bestekardir. Yazhichi ise ifachi. Bestekarin qeleimden chixan notlar olmasa mugeniler sadece qur-qur eden qurbagalara benzeyer.
Esas ses olmaq deyil. Esas sese gezelik veren musiqinin bestelenmesidir.
Yazichi ne qeder yazir-yazsin. Onun eserlerinin bestesin tenqidchiler edir. Vacib adli bir sehxs.
Bir atalar meseli var.”Qizi ozbashina qoysan ya dumbul chalana geder ya da balabanchalana”
Yegin Size izah ede bildim
Hormetle,
Zaur adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 10:12 yazıb:
Elave 01. Men duzu Cavanshir muellimin yazisindan sonra Qeshem Necefzadeni tanimisham. Onun sherhleri artiq onun haqqinda dushunce formalashdirmaga imkan yaradir.
Serxan Xezer adlı istifadəçi, İyun 15, 2008 tarixində, saat 12:41 yazıb:
Hormetli Qesem muellim,Sarxan adli serhci men deyilem,men Raset Pirisoyunu da tanimiram,meni basqasi ile qarisdirmisiniz.Evvela men -Qesem- deye size muraciet edecek yasda deyilem,o kimdise sizinle yasiddir ki size ele muraciet edir.Bu Sarxan kimdirse sizi ve Raset muellimi cox yaxsi taniyan birisidir.Onu oz tanislariniz arasinda axtarin/men tanimadigi insan ucun mudrik deyilsiz filan deye iddia qaldirmaram.Sizleri ise eyani tanimiram.
insallah o Sarxan da kimliyini burda yazar,mesele hell olar.