3-cü sərxoş da ötdü məni
Səndələyə-səndələyə.
Bütün meydanların
sonbeşiyidir bu meydan!
Bayquş dilində danışır ətrafım;
mənim dil xətalarım
bu meydanlara sığışmaz !
Bütün sərxoşlara
hörmət əlaməti olaraq baş əyirəm
və üzərimdə silah gəzdirirəm…
Mənə
ürək lazımdır, ürək… Davamı…

May
24
Nurəddin Şaya. Şeirlər.
Bölmə: Ədəbiyyat | ≅ 7 şərh var
May
24
Anormal düşünməyi bacarın!
Bölmə: Publisistika | ≅ 24 şərh var
Rasim Qaraca
rasim.karaca@gmail.com
Bir inşaat mühəndisi tanıyırdım, inşaatı dövləti idarə edərcəsinə yönləndirərdi, bir dəfə elə beləcə də demişdi: “İnşaat işi at yarışı kimidir, qapı açılır, bizim at sağ tərəfə gedir. Niyə? Mən səhər otlamamışam”.
Dövlət qurmaq da at yarışı kimidir, millət olmaq da (millət gərək yaxşı otlasın, yarışa qatılmağa gücü olsun).
Eyni zamanda yazarlıq, hətta qəzet buraxmaq da buna bənzər. Əsas məsələ irəliyə doğru qaçmaq ikən öz şəxsi problemlərinin içərisində oynaqlamaq ölümə bərabərdir. Yaradıcılıq bir yarış meydanıdır. Tənqid silahı hər zaman ayaqda olmalıdır. Davamı…








