Qaynar xəbər portalı

Kitab dünyası


Rasim QaracaRasim Qaraca
rasim.karaca@gmail.com

Bir inşaat mühəndisi tanıyırdım, inşaatı dövləti idarə edərcəsinə yönləndirərdi, bir dəfə elə beləcə də demişdi: “İnşaat işi at yarışı kimidir, qapı açılır, bizim at sağ tərəfə gedir. Niyə? Mən səhər otlamamışam”.
Dövlət qurmaq da at yarışı kimidir, millət olmaq da (millət gərək yaxşı otlasın, yarışa qatılmağa gücü olsun).
Eyni zamanda yazarlıq, hətta qəzet buraxmaq da buna bənzər. Əsas məsələ irəliyə doğru qaçmaq ikən öz şəxsi problemlərinin içərisində oynaqlamaq ölümə bərabərdir. Yaradıcılıq bir yarış meydanıdır. Tənqid silahı hər zaman ayaqda olmalıdır. Ədəbi-tənqid xüsusi məsələdir, bunun üzərində ayrıca dayanmaq lazımdır. Təəssüf ki, bizim tənqidçilər döyüş silahından yalnız ov məqsədilə yararlanırlar. Ən obyektiv sayılan və nisbətən gənc tənqidçiləri – Əsəd Cahangiri, Tehran Əlişanoğlunu və ya Cavanşir Yusiflini belə hər zaman “güc mərkəzlərinin” yanında görmək olar, onlar üçün ədəbiyyat döyüş meydanı deyil, sadəcə bir doylaq yeridir demək olar. Xalq şairlərindən, partiyalı ədiblərdən gələn bu ziyanlı sovet ənənəsinin Azərbaycan Yazıçılar Birliyi adında qalası hələ də ayaq üstədir. Tənqid edə bilməyəcəyin adam haqqında yalnız tərifli sözlər söyləmənin adının “yaltaqlıq” olduğunu bu təşkilatın giriş qapısından asmağın zamanı çoxdan çatıb məncə. Nədənsə, artıq bizim hörmətli “tərifşünaslıq namizədləri”, şair Qabil demişkən, istər qart tənqidçilər, istər sütüllər Hüseynbala Mirələmovu yaddan çıxarıblar, onun əsərləri haqqında bəh-bəhlər səngiyib, deyilənə görə Mirələmovu tutduğu vəzifədən uzaqlaşdırıblar. İndi Kamal Abdulla dəbdədir. Bir söz demirəm, Etmad Başkeçid, Salam Sarvan onun haqqında yüksək sözlər söyləsinlər, nə olar, hər ikisi Slavyan Universitetində çalışır, ancaq bir nöqtəni unutmasınlar; buyurun tərifləyin, həmin adam haqqında eyni dərəcədə tənqidi fikirləri səsləndirə bilirsinizsə, sizə heç bir sözüm yok!
Hələ Kamal Abdullaya mat qalmışam, nə qədər olmasa böyük bir universitetin rektorudur, Fransada kitabı çıxıb, öz  tabeçiliyi altında olan insanlardan tərifli sözləri necə qəbul edir? Fransızların yaxşı bir məsəli var: “Tərif də rüşvətin bir ayrı formasıdır”.
Odur ki, mən deyirəm, ənənəvi düşüncədən qopmalıyıq, bizi məğlubiyyətə gətirmiş bütün dəyərləri qırıb atmalıyıq.
Bütün pisliklərə qarşı indi yalnız “Alatoran” var!
Türkiyə vətəndaşı Midhat Gücbilməz adlı həmin adamın inşaatçılara dediyi sözlərdir: “Normal düşüncədən çıxın, anormal düşünün, abuk-sabuk düşünün, yoxsa bu işin içindən çıxa bilmərik, manyak kimi çalışmalıyıq”. İnşaatın disiplinə oturmamış zamanında baş verdiyi üçün kiçik bir xətanı bağışlamaq istəmirdi həmin mühəndis, “əgər inşaatın 5-ci ayında baş versəydi, heç əhəmiyyət verməyəcəkdik bu nöqsana” deyirdi. Bir haşiyə çıxaraq qeyd edim ki, Türkiyə bu cür prinsipial vətəndaşları sayəsində bu gün güclü dövlətdir.
Bu gün mətbuatda Azad Yazarlar Ocağı və ya “Alatoran” qrupu haqqında yazılan, söylənən fikirlərə nəzər salarkən türkiyəli mühəndisin həmin sözləri yadıma düşür; biz anormal düşünməliyik, manyaklar kimi çarpışmalıyıq. Bizim üçün normal mövzuların zamanı gələcək, ancaq indi, ölkəmizin disiplinə oturmadığı dövr anormal mövzular zamanıdır.
“Alatoran” bu sayaq anormal düşüncənin məhsuludur. Bu gün “normal” düçüncəylə bütün əlaqələrini kəsmiş gənc yazarlar “Alatoran” dərgisi ətrafında birləşiblər. Onlar manyakcasına yazıb yaradırlar. Etimad Başkeçid, Salam Sarvan, Elçin Hüseynli, Cavanşir Yusifli, Orxan Fikrətoğlu kimi “normal” insanlar onları həzm edə bilməz, hələ uzun müddət həzm edə bilməyəcəklər, “Alatoran” erası zəfər çalıncaya qədər.
(“Böyük xaos” özü-özülüyündə resursdur, dərinliyində böyük enerji vardır və öz-özünü tənzimləmək xassəsinə malikdir. “Alatoran”ın silahı entropiyadır, xaosdur, düzənsizlkdir. “Alatoran” qaranlığın övladıdır, arasıkəsilməz xaos situasiyası yaratmaqla rəqiblərini çaş-baş salır, normal düşüncəyə söykənib onu dərk etmək mümkün olmadığı kimi, bu sayaq düşüncə ilə ona qarşı çıxmaq da sadəcə axmaqlıqdır. Hər hansı mübarizədə xaosu artıran tərəf qalib gələcək, “Alatoran” xaosu artıran tərəfdir, xaos rəqib üçün anlaşılmaz haldır, professional olmaq burada, uduzmağa bərabərdir.)
Etimad Başkeçidin “Proloq”un ötən sayındakı müsahibəsində xoşuma gələn çox maraqlı bir cümlə var idi: “Mənə görə xalq, kütlə yoğrulmuş xəmirdirsə, yazıçı bu xəmiri acıxdırmaq üçün ona qatılan maya olmalıdır” - əsl aqrar təfəkkür məhsuludur. Yazıçılıq sənəti haqqında belə dərin ümumiləşdirmələr sahibi “Divlərin yürüşü” adlı roman üzərində “işləyir”, Sartrdan danışır, Avropanın necə olduğuna dair fikir yürüdür, maraqlı burasındadır ki, Salam Sarvan da özünün “Proloq”dakı müsahibəsində “Etimad Başkeçidlə ədəbiyyat söhbətlərinin bir ayrı ləzzəti var” deyir. Modern düşüncəni mənimsəyə bilməyən qoşma ustası bu iki şairin biri-birləri üçün təsəlli mənbəyi olduğunu anlayıram, ancaq onların Azərbaycan gənc ədəbiyyatının avanqardı olan bir təşkilat - Azad Yazarlar Ocağı haqqında nə üçün neqativ fikirlər səsləndirdiklərini, bu təşkilatın sıralarında birləşənləri “başıpozuq dəstə” adlandırdıqlarını başa düşməkdə çətinlik çəkirəm. “Proloq” qəzetinə minnətdarlığımı bildirirəm, kimin kim olduğunu açıb göstərir.
Bu tələsik və qatmaqarışıq qeydləri bir məsələyə münasibətimi bildirməklə tamamlamaq istəyirəm: yazan, yaradan, əli qələm tutan hər kəs ədəbi proeses haqqında hökmlər verir, “filankəsin ədəbiyyata dəxli yoxdur” deməkdən tutmuş (misal üçün, Salam Murad Köhnəqala haqqında “həyatda istedadlı olmaqla ədəbiyyatda istedadlı olmaq ayrı-ayrı şeylərdir” dediyi kimi), “yazıçı olmaq nə deməkdir” hökmünü verməyə qədər (E.Başkeçidin “yazıçını xəmir mayası”na bənzətdiyi kimi), bu cür mülahizələrə tez-tez rast gəlmək olur mətbuat səhifələrində və ya dost məclislərində. Kimlərsə kimlərisə ən birinci sayır, təsnif edir, yuxarı başa keçirir və s. Bunu hər kəs edir, Ə.Əylislinin Ramiz Rövşən və ya Fikrət Qoca haqqında, Rafiqin Əkrəm və ya Anar haqqında və ya Anarın, Elçinin gənc ədiblər haqqında (“denşik”, “lümpen”) söylədiklərini yada salaq, Yafəs Məftunun ədəbiyyata dəxli olan və olmayanlara aid siyahısını xatırlayaq. Lap elə mənim burada kimlərsə haqqında nələrisə yazmağımı buna misal göstərmək olar. Bunlar təbiidir, ictimai rəyin formalaşmasına hər kəs öz töhfəsini verir, bəlkə də bunlar ədəbi prosesin tərkib hissəsidir, olmasa olmaz. “Oğuznamə”də deyildiyi kimi, iddianı dəvə kimi sürmək lazım. Yazıçılıq bir mənada haqq davasıdır, “kim daha haqlıdır” sənətidir. Nə üçün bu gün birmənalı şəkildə hakimiyyətə sığınmış Əkrəm Əylislinin sözü kəsərli deyil, Elçin Əfə ütülənmiş təsiri bağışlayır, Anar Rza hakəza. Bəxtiyar Vahabzadə təcrübəsi uzaq keçmişdə qalmayıb. Nə üçün bu adamlar ədəbiyyata “ustanovka” verə bilməzlər, o cümlədən Etimad, Salam, Əsəd, Səlim, İlqar, Elçin Hüsü, Rəşad, Cavanşir, Qəşəm “ədəbiyyat filan şeydir” və ya “filankəsin ədəbiyyata dəxli yoxdur” deyə bilməzlər? Haqq necə qazanılır? Bu suallar haqqında düşünməyə dəyər. Joze Saramaqonun “həqiqəti söyləmək lazımdır, əgər o təhlükəli olsa belə” sözləri bunları düşünərkən sizə bələdçi ola bilrər. Yazıçının kişiliyi, həyatda tutduğu mövqe, həqiqətə tərəfdaşlığı onun əsərlərinə dəyər qazandırır, və ya əksinə, yaxşı yazıçı hər zaman həqiqətin tərəfində olur. Nazim Hikmətin, Əli Kərimlinin zəif əsərləri də mənalıdır, insanı təsirləndirir.
Oğru qanunlarına görə, hər kim çörəyi azadlıqdan üstün tutarsa, həm çörəyi, həm də azadlığı itirər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, May 24th, 2008 tarixində 12:45 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

24 şərh var


  1. Sima N. adlı istifadəçi, May 24, 2008 tarixində, saat 13:49 yazıb:

    1. Əslində anormal deyil, fərqli düşünmək lazım.
    2. Manyakcasına yazmaq, qrafomanlıq demək deyilmi? Məncə, deməyə sözün varsa, yazmalısan, manyaklıqla bunun əlaqəsi yox.
    3. Kimin ədəbiyyata dəxli olub-olmadığını müasirləri deyə bilməz. XVII əsrdə yazmış Şekspirin əsərləri öz layiqli qiymətini 200 il sonra tapdı. Öz dövründə isə Şekspirin faciələrini məzəli, komediyalarını bayağı sayırdılar.


  2. Rebiqe adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:44 yazıb:

    Rasim bey, mence, yazar bele sheylere fikri vermese, oz eserini yazsa yaxshidi… Anmma manyakcasina yox, adam kimi, sakitce…


  3. Çılğın adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:46 yazıb:

    Yox, Rebişka, doğrudan da hərdən monyak olmaq işə yarayır. Amma əgər yazı yazanda nəyi necə yazmağı düşünə bilsək, heç nə alınan deyil. Məqsəd lazım deyil yazmaqçun. Ölməməkçün yazmaq lazımdı!


  4. artyazar adlı istifadəçi, May 24, 2008 tarixində, saat 20:35 yazıb:

    Əllərinə sağlıq Rasim: qələmindən hərdən elə şeylər çıxır ki, adamın lap xoşu gəlməyə başlayır səndən…


  5. Sarxan adlı istifadəçi, May 24, 2008 tarixində, saat 23:13 yazıb:

    Bu, sözün hərfi mənasında anormal düşünən, özünə vurğun, insanlara sevgidən məhrum,hamını qaralamaqdan manyakcasına ləzzət alan bir adamın özü demiş, qatmaqarışıq qeydləridir. Rasim Qaraca özünün dediyi güc mərkəzlərinə yaxınlaşmaq üçün neçə ildən bəri apardığı çarpışmanı uduzub (təbii olaraq) və özü də bunun fərqindədir. Odur ki, gah Nobel sevdası ilə, gah da bu cür qəlp “inqilabi” çıxışlarla məsələdən artıq agah olmuş AYO-çuları girov saxlamağa çalışır. Amma artıq gecdir - qatar gedib. Söyüş toplusuna isə Nobel vermirlər.


  6. Guntay Gencalp adlı istifadəçi, May 25, 2008 tarixində, saat 00:11 yazıb:

    Bu yazidan xoshlandim. Rasim Qaraca deyir ki: “ənənəvi düşüncədən qopmalıyıq, bizi məğlubiyyətə gətirmiş bütün dəyərləri qırıb atmalıyıq.” dogrudur, cünkü hər bir qopuş bir yeniliyə doğru irəliləyişdir. Yeniliklə əskilyin arasında daima kəskin mübarizə olmalidirş İnkişaf bu mübarizədən doğur. Bu mübarizədə hər kəs ız məntiqini, ız bilgisi ortaya qoyur.
    Mənim fikrimcə də “ALATORAN” Azərbaycanda yeni bir yolda yürümək istəyən gəncləri topluma tanıtdı. Bu gün Azərbaycan düşüncə həyatında danılmaz gerçəklər olaraq bilinən bu gəncliyin yaradıcılığı təqdir və tənqidlə qarşılaşır. Belə bir durum varsa deməli bu gənclik başarmışdır. yalnız daha böyük başarı üçün elə əsərlər yaratmaq lazımdır ki, daima tənqidlə qarşılaşsın. Bizim cəmiyətimiz keçmişi, inancı, cəhaləti ilə etibarı ilə modernitənin gətirilərini asanlıqla qəbul etməz. Cəmiyət tərəfindən gec qəbul olunmaqç ortada bir şeyin olmaması anlamına gəlməz. Sənətci toplumla danışmır, ilk öncə öz-özü ilə danışır, yazışır. Bunu Nitsche yaxshi deyir: “Əgər öz-özünlə danışa bilmirsənsə, mənimlə gəlmə.” Yazida adıçəkilən şəxslərin çoxunu tanıyıramç ancaq onların tənqidço olduqlarına bilmirdim!


  7. Raset Pirisoyu adlı istifadəçi, May 25, 2008 tarixində, saat 13:12 yazıb:

    Deməli, belə, əzizim Rasim, bizi, yəni Azərbaycan xalqının məğlubiyyətə gətirmiş hər şeydən manyakcasına imtina etmək lazımdır. Bizi məclubiyyət gətirib çıxaran hər şeyin kökündə isə məhz manyaklıq dayanır.

    Biz Vətən uğurunda mübrizəyə manyakcasına qalxırıq, manyakcasına bütün dünyaya barmaq silkləyirik, torpaqları manyakcasına qoyub naçırıq, 28 yaşlı Müşfiqi manyakcasına güllələyirik, manyakcasına xoşbəxt və böyük cələcək uğrunda yazıb yaradırıq, maynakcasına insanları tankın qabağına itələyrik, manyakcasına partiaylara sədrilik edirik, manyakcasına seçkilərə gedirik, manyakcasına Azərbaycan yazıçılarına başçılıq həvəsinə düşürük, keçmişə manyakcasına «yox» deyirik, gələcəyi manyakcasına arzulayırıq, manyakcasına qəzetlər buraxırıq, manyakcasına mətbuat birlikləri təsis edirik, manyakcasına petyaforumlar yaradırıq, mənyakcasına tərcümələr edirik, manyakcasına uca binalar tikirik, manyakcasına bayramlar keçiririk, və sair və ilaxir və qeyri … içərimizdə kimsə özünü manayk kimi apara bilməyəndə əvvəl əsəbələşirik, ə, bu özünü nə hesab edir,ə… Ə, bu kimə arxalınır,ə… Ə, vurun bu kopəyoğlunu deyib üsütünə yeniyirik….
    Belə belə işlər, Rasim bəy.
    Məndən Midhət Gücbilməzə(!!!) salam de.


  8. Rebiqe adlı istifadəçi, May 25, 2008 tarixində, saat 14:38 yazıb:

    Raset beyle raziyam…


  9. azer adlı istifadəçi, May 25, 2008 tarixində, saat 17:10 yazıb:

    Raset m-m, sizin serhinizi oxudum, uslubunuz maraqli gorundu.Sorusmaq isteyirdim ki siz ozunuz sairsiniz yoxsa yazici, nece yasiniz var?


  10. Olmaz adlı istifadəçi, May 25, 2008 tarixində, saat 20:44 yazıb:

    Cavanshir Yusifli “Azerbaycan edebiyyatinda neler bash verir” yazisinda Rasim Qaracanin edebi ve heyati simasni deqiq analz edib. “Uzaq sahillerde” filminde deyildiyi kimi “serrast atirsan, oglum”. Rasim bey butun enerjisini bedii yazilarindaki tefekkur kohneliyini ve besitliyi meqalelerindeki saxta “Yenilikchilik!”, “ANORMALLIQ!”, “MANYAKLİQ!” shuarchiligiyla ort-basdir etmeye serf eleyib.Buna QABAQDANGELMISHLIK de deyirler.Fikir vermisinizse, Rasimin sechdiyi yol da chox kohnedir. Yeni, hech ne yaza bilmeden ozunu edebiyyata soxmaq ve mehshurlashmaq yolu Elibala Hacizadeden Vuqar Ehmede qeder choxlarinin kechdiyi yoldur.
    Rasimin haram yolla qazandigi “edebi movqe” haqqinda esl heqiqetin ne vaxtsa achilacagi qorxusu daim bu adami sekseke ichinde saxladigindan ele hey qabaqlayici ozunuxilas hoqqalariyla meshguldu. Ancaq xeyri yoxdur, bataqliqda el-qol atdiqca bataqliq adami daha suretle ozune chekir.Budur artiq Rasim psixoloji veziyyetini gizlede bilmir,ozune nezareti itirib. “Mene sherait yaratsinlar, Nobeli Azerbaycana getirim” kimi gulmeli ve bayagi chixishlar eleyir. Budur, Rasim artiq edibi muhitin Aydin xan, Dayandur kimi gulush ve lag-lagi obyektine chevrilib.Artiq onu AYO yoldashlari da orda-burda laga qoyb gulurler.


  11. Rebiqe adlı istifadəçi, May 25, 2008 tarixində, saat 21:56 yazıb:

    Haram yolla nece edebi movqe qazanmaq olar, OLMAZ bey, bu ifade mene maraqli gorundu, achmasi varmi?
    Haram yolla her shey qazanmaq barede eshitmishdim, amma edebi movqe meselesi biz az qaranliq qaldi axi… sualimi hech bir motivsiz=filnasiz tam ciddi ve semimi qebul edin, mumkunse


  12. Raset Pirisoyu adlı istifadəçi, May 25, 2008 tarixində, saat 22:15 yazıb:

    Azər m-m, elə Sizin də üslubunuz mənə maraqlı göründü. Məşədi İbadın sözü olmasın; bəs Siz özünüz kimsiniz, şairsiniz, yoxsa yazıçı, yaşınız neçədir?

    Adınızı da bütöv yazmamısınız ki, internetdə axtarış verib Sizin haqqınızda məlumat toplayım.


  13. Stilyaga adlı istifadəçi, May 26, 2008 tarixində, saat 10:23 yazıb:

    Rasim Garacanin yazisini oxudum, yadima “Tupurmeyin zibil gutularina, orda menim mehebbetim yatir” deyen Aydin Uluxanli dusdu.
    Aydin Uluxanlinin 90-ci illerin evvelinde bir seirini oxumusdum. Strukturu xosuma gelmisdi.

    Yene payiz, yene payiz, yene payiz
    Yene kulek, yene kulek, yene kulek
    Yene yagis, yene yagis, yene yagis!

    Rasim Garacanin da yazisi bu laddadir

    Yene Anar, yene Anar, yene Anar
    Yene Cavan, yene Cavan, yene Cavan
    Yene Salam, yene Salam, yene Salam!

    Gardasim, yazmak lazimdir, yazmak!
    Amma Anardan yok!!!
    Resuldan yok!
    Oz icini yaz, oz dunyani gur, ortaya edebiyyat numunesi goy!!!


  14. Türkeş adlı istifadəçi, May 26, 2008 tarixində, saat 14:17 yazıb:

    Rasimlə dördəlli razıyam. Bu yazıdan narazı olanlar isə ya tənqid olunanlardır, ya da istedadsızlar. Yenilikçi ruh daşıyan adam bu yazı ilə razılaşmalıdır.

    Rasim haqlıdır…


  15. Turkmen adlı istifadəçi, May 26, 2008 tarixində, saat 16:26 yazıb:

    Rasimlə 5 əlli razıyam. 5-ci “əli” şəxsən özüm ona təqdim etmək istərdim.


  16. Nicat Intiqam adlı istifadəçi, May 31, 2008 tarixində, saat 13:55 yazıb:

    Salam Rasim bey. Yazinizi oxudum yaxsi yazidir. Amma coxdandir meni dusunduren bir meseleye aydinliq getirmeyinizi xahis edirem. Qardasim, men basa duse bilmirem ele Sen ozunde daxil olmaqla bizim genc yazarlar niye oz isleriyle mesgul olmurlar. Yeni ve maraqli eserler ortaya qoymaqdansa yaradiciliqla mesgul olun qardas. Sen onu soy, o Seni soysun. Yeni bu islerin axiri gedir. Vallah Senin bu yazini oxuyandan sonra qeribe hissler kecirdim. Inan Sen bu yazidan sonra Menim gozumde ATV maqazinde qalmaqal edib gundemde qalmaga calisan mugenni Reqsane seviyyesindesen.
    Eslinde bu sozler tekce Sene yox bos bos seyler yazib adini Publisistika adlandiranlara unvanlanib.
    Bir az kobud yazdimsa bagisla. Bir oxucu kimi edebiyyatimizin halina esebilesmemek olmur…


  17. usyankar adlı istifadəçi, May 31, 2008 tarixində, saat 23:32 yazıb:

    salam Nicat Intiqam, meni uyardiginiz ucun tesekkur edirem, belke haqlisiniz, men bedii yaradiciliqdan daha cox publisistik yazilarla cixis edirem, hesab edirem bu lazimdir. hem men peshece jurnalistem. ancaq bu yazilari yazarken ozumu reklam ve ya shou meqsedi gudmurem - buna inanmaya bilersiz, - lakin edebi muhiti caxnasdirmaqda bir fayda var dusuncesindeyem, belelikle edebiyyat ve yaradiciliq meseleleri aktualliq qazanir. gorursunuz, illerle (belke on illerle) susmush Cavanshir Yusifli kimi insanlar da herekete gelir, bu menim ve basqalarinin yazdigi ve sizin lazimsiz bildiyiniz tenqidi meqalelerin sayesinde bash verir. C.Yusifli bu forumdan da gorunduyu kimi lazimli adamdir, edebi gencliyin eserlerin analizine ehtiyaci var, ancaq tenqidciler agizlarina su aliblar. sizce ne etmek lazimdir? edebi prosesi sadece yaxsi eserlerle canlandirmagin mumkun olmadigini men oz tecrubemden bilirem. siz menim bedii yazilarimi oxumusuzmu? onlari Azerbaycan oxucusu hezm ede bilibmi? ozumden razi gorunmek istemirem. ancaq bele passiv yazarlara ve oxuculara yeni eserler vermek hevesinde olmadigimi bilmenizi isterem. saygilar.

    Rasim Q.


  18. olmaz adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 18:45 yazıb:

    Hörmətli Rasim müəllim!
    Mən bir neçə məqamı aydınlaşdırmaq istərdim: 1)Cavanşirin “Azərbaycan ədəbiyyatında nə baş verir?” məqaləsinin qəzetdə çap ediləcəyini hardan bilirdiniz və nəyə görə səbirsizlik göstərib qəzetin elə həmin sayında Cavanşiri qaralamağı lazım bildiniz? Qəzetin redaksiya heyətinin yazıldığı səhifəni açırıq: onun sonrakı sayında Cavanşirə Qanturalı cavab verir. Qanturalının adı qəzeti çapa hazırlayan və ona imza edən şəxslərin arasındadır. Sual: ayıb deyilmi? Bu yaşda adi polemika mədəniyyətini öyrənmək yerinə, belə “əksinqilabi turyuklara” sizi nə vadar edir? Vallah, mən sizinlə (siz, qanturalı, elnur…) YAB dəstəsinin bəzi üzvləri (məsəslən, Qəşəm, Elçin Hüseynbəyli) arasında heç bir fərq yoxdu… Sadəcə yeriniz fəyişik düşüb? Nobeli bununla almaq istəyirsiniz? Cavanşir demişkən, çox gülçəlidir…
    2) Qanturalı, məlumdur ki, şantaj janrına üstünlük verir və sizi, elnuru müdafiə edə-edə Cavanşiri Anarın əsgəri adlandırır. Təsəvvür edin ki, Qanturalı əlində çerpak tutub və AYO-çulara yemək çölüşdürür, onun çəkdiyi yeməyi yeyərdinizmi?
    Ancaq… hadisələrin gedişi göstərir ki, uduzmusunuz, söhbət Nobeli əldən verməkdən yox, cavab yazanı seçməkdə səhv etmisiniz. Belə ki, Qanturalı, kin-kidurətdən ibarət olan yazın yarıyolda “partlayıbmış”.
    Sənə nə deyim?
    Əslində kinlə oxuduğun maqalədə sənin bu cızma-qaranın da cavablı var.
    Sən sadəcə fikir verməmisən.
    Niyə? Sənin ədəbi kruteriyalara əsaslanmağa deyil, şər atmağa meylli olduğunu hamı bilir.
    Ən azı bu yazıda “fitil sürətlə yanaraq birdən sönüb”.
    Yazının şantaj üslubu üzdədir.
    Ancaq şantajdan başqa işlərlə də məşğul olursan, məsələn, ara-sıra kimlərinsə (daha çox qadın müəlliflərin) köşələrini oğurlayıb çap etdirmək. Bəlkə bu bardə yazasan? Özün!
    Bağlandığın şər ağacı-dor ağacı, yadından çıxarma, anidən dəyişib dar ağacı da ola bilər.

    Sayıqlığınızı itirməyin,
    Möhkəm olun!
    Sonda Ramiz Rövşənin adını çəkirəm ki, yuxunuz ərşə çəkilsin.
    Bu - ədəbi psixozun üzdə olan bəlirtisidir! Bütün işiniz kimisə kimləsə müqayisə edib aşağılayıcı mənəzə yaratmaqdır.


  19. usyankar adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 16:42 yazıb:

    Hormetli Olmaz, eger edaletden danisirsansa o zaman oz gercek adini aciqlamalisan, anonim suallara menim durust cavablar yazmaga hevesim yoxdur. hansi “qaralamaqdan” danisirsan, men cavansirin adini toplu adlar sirasinda cemi iki defe cekmisem, ve bu adam bizim tenqidi yazilarimizin ebedi personajlarindandir. sen de Cavansir de bilmelidir; bir alayarimciq meqale yazmaqla qehreman olmaq olmaz, ustegel eger men C. Yusiflini qaralamaq istesem (kimese qarsi bele meqsedim hec zaman olmayib) dasi das uste qalmaz, cunki bir tenqidci kimi ve bir edebiyyatsunas kimi bu adam cox nasidir, kiminle tereziye girdiyinin ferqinde deyil. men kesinlikle Qan Turaliya ona qarsi nelerise yaz dememisem, belke Elcin Selcuq oz qezetini maraqli etmekden otru bele bir sifarisde buluna biler. en acinacaqlisi da budur; Qan Turali haqlidir, Elcin Efendiyevi terifleyen tenqidcinin menevi gostericileri sifir (zero) heddine dusur, ister tenqidci ister yazici oz menliyini, cozunun cekisini qorumalidir. Men ve ya biz bu edebi mubahiselere mumkun qeder edalet prinsiplerini getirmek isteyirik, bosbogazliq ortadan qalxmalidir, danisan adam sozunun mesuliyyetini bilmelidir. eger biz bunu ede bilmirikse buyurun bizi de tenqid edin, haqli tenqidinizi etiraf etmeye her zaman haziram, ancaq anonim deyil. maraqlidir, siz ne ucun teref tutursunuz, Cavansirden soracaq hec bir sozunuz yoxdurmu? belke o da Anarin sifarisi ile yazib bu meqaleni, ve ya adini teqaudculer sirasina salmaq ucun bunu edib. Bax gorursuz, sual vermenin ozu de asan mesele deyil, hetta anonim olsa bele…

    Zahir beyin diqqetine: eger muzakirelerin produktiv olmasini isteyirsinizse her kes gercek adiyla yazsin. o zaman istirakcilarin sayi coxalacaq ve muzakirelerin seviyyesi artacaq

    saygilar: Rasim Qaraca


  20. olmaz adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 18:31 yazıb:

    Hörmətli Rasim bəy Qaraca!
    Sovet dövrü tənqidində hərbi terminologiya işlək idi: vurdu, yıxdı, top atəşinə tutdu və sair. Siz “yıxmaq”, “sürümək”… kimi terminlərdən istifadə edirsiniz. Məncə, mahiyyətcə fərq yoxdu.
    Birincisi, siz sual verə bilmirsiniz, dərhal əsəbləşirsiniz və sürəkli nitq bəyan etməkdə bulunursunuz. Siz müqayisələri çox sevirsiniz. Filankəs filankəsin topuğundandı, yadınıza düşürmü Ramiz Rövşən sənin haqqında nə yazmışdı? Bir də yazırsan ki, guya səni həzm edə bilmir oxucular. Sən oxucuların fikriylə maraqlanmayıb belə hökmü hardan çıxardın? Bir də: Cavanşirlə Anarın münasibətlərinə toxunursan, ayıb deyilmi tanımadığın içlər ağlına gələni danışmaq. Məsələn, sənin kiminsə yanına minnətlə gedib ordan üzüqara qayıtmağın haqqında əlimdə dəqiq fakt var. Nə deyirsən? Açıqlayaqmı?
    Bu faktı açıqlayandan sonra söz verirəm yaradıcılığından seçmə nümunələri faktdan dərhal sonra yerləşdirəcəyəm. Nə deyirsən?


  21. usyankar adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 22:29 yazıb:

    Olmaz, sene ancaq Turkun Meseli kitabimdan bir cumleyle cavab vere bilerem: 57-ci sehife 1-ci madde, tap oxu!


  22. Nicat Intiqam adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 11:11 yazıb:

    Bir daha salam Rasim bey. Cavabinizi oxudum, tesekkur edirem.
    Dediyim kimi Meni ve ele menim kimi diger gencleri narahat eden yegane meqam yazarlarimizin yeni-yeni eserler ortaya qoymamasidir. Yeni bizim bozbash mugenniler bir-birini tehqir edib qalmaqalla gundeme geldikleri kimi deyil, yazarlarimizin istedadlarini ve enerjilerini yeni ve maraqli eserlere serf etmekle gundeme gelmelerini arzulayiriq…
    Menasiz ve mezmunsuz, bir qepiklik qalmaqallar torpaqlarinin 20 faizi isgal altinda olan, her addimbasi ermeni seri, lekesi ile uzlesen bir xalqin yazarlarina yarashmir.
    Bu qeder eziz qardash. Istenilen halda Sene bedii yaradiciliginda ugurlar arzulayiram. Hormetle, Nicat Intiqam


  23. OBYEKTIV adlı istifadəçi, İyun 8, 2008 tarixində, saat 21:51 yazıb:

    Rasim Qaraca elbette ki, shair deyil. Bedii yaradiciliq uchun istedadi ve tefekkuru yoxdur. Ahcaq bu meqam onun AYO sedri kimi teshkilatchiliq qabiliyyetinin ustune kolge sala bilmez.Yeni yaradici qrumun rehberinin yaradici olmasi mutleq deyil. Nece ki, futbol klublarinin prezidentleri futbolchu olmaya da biler.
    Ugurlar, Rasim bey!


  24. Dost adlı istifadəçi, İyun 9, 2008 tarixində, saat 12:13 yazıb:

    Rasim yaxshi shairdi, bunu inkar etmek mumkun deyil!
    Rasim yaxshi teshkilatchidi bu da melum…
    Amma nese mene koshe yazilari bir qeder zeif gelir…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: