Qaynar xəbər portalı

Kitab dünyası


Nurəddin Şaya 3-cü sərxoş da ötdü məni
Səndələyə-səndələyə.
Bütün meydanların
sonbeşiyidir bu meydan!
Bayquş dilində danışır ətrafım;
mənim dil xətalarım
bu meydanlara sığışmaz !
Bütün sərxoşlara
hörmət əlaməti olaraq baş əyirəm
və üzərimdə silah gəzdirirəm…
Mənə
ürək lazımdır, ürək…
***

Sir- sifətimdə kürənin istisi…
Döyüşlərdə toqquşan qılıncları
tanıyıram bir-bir
Nə qədər ölümə fətfa verdim,
Ölkələr dağıtdım sayı yox !
O zamanlar fateh idim,
Ölümün yaxınlaşdığını hiss edib
imtina etdim bütün hakimiyyətdən,
ölmədim!
Mən katorqada olmuşam,
görmüşəm
insanların bir-birini yediyini,
arzularını ürəklərində dəfn etdiyini
gözlərindən oxumuşam;
ölümü alıqışlayırdı onlar!
Budur saclarımda yağış damcıları,
Şose yolunun ortasında it ölüsü-
maşınları ləngidir.
Bunu kim demişdi
Ölüm belə olur?
Mən katorqa görmüşdüm,
mən fateh olmuşdum,
bu it it idi axı!

***

Yolumun içindəsən,
hər gün çölündəyəm yolların-
üzərimdəki toz torpaqla
Səni sevmədən yaşadım –
Yaşandı sevdiklərimin ölümü!
Hasarlar,
Çəpərlər,
tikanlı məftillər
saxlamaz səni
Qərarım yox
bu qədər meyit içində
Ayaqlarımın altındasan
mənim zamanım,
məndən uca baş daşı yox
bu şəhərdə!

***

Nifrətimin son həddidi
Bütün sevdiklərim.
Qaranı ağ etməkdi,
Nifrət etməkdi, sevməkdi;
demək yaşamaqdı.
Qara ən mükəmməl sevgi.
Sevdim o kəsləri-
dünyanın boşluğunda dolu,
ağ etməkdən ağdı,
ağ etmək zamanı doğdu;
ağ et,
ağ etmək alnımıza yazılıb
Xatırlamıram
ovcumda boğulan yolu,
Nifrətimin son həddində!

***

Ölmək
yaşamaq qədər faciəli
ətrafımız
yarıya bölünmüş müstəvi-
yarı sənin, yarı mənim;
istədiyimizi götürdük.
Hər ikimiz zamanın dayanacağı,
Zamanı parçalayıb bitirdik!
Sən humanist,
mən faşist…
Haqqın varmı
məni mühakimə etməyə?!

***

Mən kəşf eylədim
insanların qul olduğunu!
Mən çevirdim zəncirlərə
damarlarında axan üsyanları;
hansı ki boyunlarını gəmirir
dəmir halqalar!
Canavarlar mənim ixtiralarımdır;
onlara azadlıq,
Sizə zəncirləri bağışladım
əziz qullar!
Sizdən ötrü
Mən qədər
Baş qoruyan yox bu dünyada!

***

Hər gün bir dəyər qazandım,
özümçün təkcə
Hər gün fərqim artır
Çıxıldıqca düşüncələrim.
Nə vecimə,
tənhalığım durulacaq,
qanımın qap-qarasını
çəkəcəyəm ayaqqabılarıma,
ayaqlarımı sıxmasın
payız küləkləri.
Hər gün özündən çıxma
Yeni bir toplanma.
Məni necə görəcəklər?
Gözümün içində ölmüşəm-
görəcəklər amma…
Gözümə girib böyüdüm,
Duymazlar ta bunu!…

***

Axşamüstü yağan
soyuq yağışdan
qarışır gölməçələrin üzü.
Tənhalıq çökür hər tərəfə.
Qapıda zingildəyən itin gözləri
kimsə xatırlayır
və mən bütün xatirələrimi atıram
itin ağzına …

***

Küçələri bir yola yığıb
düşürsən hər gün əjdaha ağzına.
Öz içində nə qədər küçələr yığılıb
toz qarışıq!
Coxluq anlayışı
itib-batır azlıq yığımında ;
dünyanın xəritəsini cızıb atmaq olar!
Bir ömrün yoxluğunu yaşamaq üçün
bir neçə küçə obrazını
yaratmaq olar!
Yoxluğunu addımlaya-addımlaya
dünyanın şəhərləri kimi
küçələri də böyüyür!

***

Yalanın doğru olması,
doğrunun
yalan olması ilə eyni…
gecədən sonra gecə,
gündüzdən sonra gündüz gəlsə,
doğulduğumuz gün ölsək
məntiqə ehtiyac qalmaz .
Bu səbəbdən
bütün məntiqləri yığıram
Zibil qutusuna!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, May 24th, 2008 tarixində 15:24 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. Raset Pirisoyu adlı istifadəçi, May 24, 2008 tarixində, saat 19:40 yazıb:

    Əziz Nurəddin!
    Mən Sizin şeirləri birinci dəfədir ki, oxuyuram. İlk təəssüratım məni sevindirir. Çox istərdim, Sizin başqa şerlərinzlə də tanış olum.

    Başlanğıc üçün deyim ki, şeir dənə - dənə yazılır. Bir şeiri bir neçə dəfə yazmaq gec - tez oxucunu yorur. Hər halda bir oxucu kimi bunu deməyi də özümə borc bildim.
    Uğurlar arzulayıram


  2. Ryabina adlı istifadəçi, May 24, 2008 tarixində, saat 23:19 yazıb:

    Salam, Nurəddin…
    “Duyğu” yadındamı?…-))
    Ordakı uşaqlardan kiminləsə əlaqən varmı?
    Bəlkə LDUda bərpa edəsən, hə?
    Sənə uğurlar…
    Amma “bütün məntiqləri zibil qutusuna” yığma…bir gün üst-üstə qalanıb çürüyər də, üfunətdən nə edəcəyini bilməzsən…suyun axarına burax hər şeyi, məncə yetər…


  3. terlan adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 10:20 yazıb:

    nureddin bey dunen sizin yazilerinizi tezece oxumaqa bashlamishdim ki ishiqlar sondu qalsin bashqa vaxtda uquuurlaaar


  4. Nurəddin Şaya adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 10:59 yazıb:

    Salam Raset fikirlərinizə görə
    təşəkkür edirəm. Digər şeirlərimlə yaxın günlürde tanış olacaqsınız.


  5. Nurəddin Şaya adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 11:04 yazıb:

    Salam Ryabina. Saq olun fikirlərinizə görə. Yaxşı yadımdadır, “Duyğu”. Təssüf ki, həmin uşaqların hec biri ulə əlaqəm yoxdur. LDU-dan cox uzaqlardayam.


  6. Nurəddin Şaya adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 11:20 yazıb:

    Hörmətli Tərlan bəy siz mənim şeirlərimi oxumaq istəsəydiniz işıqlar sönməz idi!!!


  7. terlan adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 18:29 yazıb:

    nureddin bey, men sizin sheirlerinizi oxumaq sherefine nail oldum!sheirleriniz meni razi saldi. allah elektroset ishcilerinden razi olsun!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: