Qaynar xəbər portalı

Kitab dünyası


Salam SarvanBaş nazirin müavini Elçin Əfəndiyev və Mədəniyyət Nazirliyi onlara göndərilən siyahıda “plastik əməliyyat” aparıb

Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir illik prezident təqaüdünə təqdim etdiyi yazıçı və şairlərin siyahısı Mədəniyyət və Turizm Nazirliyində ixtisara məruz qalıb. Bu haqda “Şərq” qəzetinin dünənki sayında dərc edilmiş məqalədə deyilir. Qəzetin yazdığına görə, ötən ilin avqustunda yaradıcı insanların fəaliyyətini genişləndirmək məqsədilə onlara bir il ərzində təqaüd verilməsi haqda sərəncam imzalanıb.
AYB-dən qəzetə verilən məlumata görə, sərəncama əsasən birlik nazirliyə 70 nəfərlik siyahı təqdim etsə də nazirlik orada ixtisar apararaq cəmi 60 nəfərin adını saxlayıb. “Qayçılama”dan keçmiş siyahıdan yetərincə tanınan və sevilən 10 ədibin adı ixtisara düşüb.
“Bizim yol” qəzeti də bu məsələyə toxunaraq çağdaş poeziyanın ən istedadlı ədəbi nümayəndələrindən olan şair Salam Sarvanın adının yekun siyahıya düşmədiyini qeyd edib. Qəzet yazır ki, AYB sədri Anarın iştirakı ilə hazırlanan siyahıda Salamın adı olub. Deyilənə görə, siyahı AYB-dən Mədəniyyət və Turizm Nazirliyinə, oradan isə Nazirlər Kabinetinə - baş nazirin müavini Elçin Əfəndiyevin masasının üstünə gedib və hər iki instansiyada “plastik əməliyyat”a məruz qalıb. Adı ixtisar edilmiş yazarların yerinə siyahıya ədəbiyyata heç bir dəxli olmayan şəxslərin adı salınıb. Hətta belə söhbət də gəzir ki, nazirlikdə işləyən məmurlardan biri öz övladının adını o siyahıya saldırmağa nail olub.
Araşdırmamız zamanı bəlli oldu ki, istedadlı şair Salam Sarvanın adını o siyahıdan Elçin Əfəndiyevin göstərişi ilə çıxarıblar. Adının çəkilməsini istəməyən bir məmur bunun səbəbini Salamın “Gündəlik Azərbaycan” qəzetində dərc olunan köşə yazıları ilə əlaqələndirdi. Başqa bir mənbəmiz isə fərqli fikirdədir. O, deyir ki, Salamın bir vaxtlar Elçinin ədəbi yaradıcılığı haqqında yazdığı tənqidi yazı sonuncu tərəfindən hələ də unudulmayıb deyə o, öz məmur postunun imkanlarından yararlanıb və Salamın adının üstündən xətt çəkib.
Məsələyə aydınlıq gətirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Amma iş günü olmadığından telefonun dəstəyini qaldıran olmadı. //Yeni Müsavat






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, May 25th, 2008 tarixində 12:42 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. sabutay adlı istifadəçi, May 26, 2008 tarixində, saat 14:32 yazıb:

    fərman şahin ola bilər…Əslində SALAMIN adının siyahida olmaması sevindiricidir.Ən azı ona ğörə ki o siyahıda olan adlar ədəbiyyatda yoxdur.Əsəd Cahanğir istisna o da SAlamdan yaza-yaza təqaüdünü xərcləyə bilər.


  2. yafəs adlı istifadəçi, May 26, 2008 tarixində, saat 14:41 yazıb:

    Aydınxana verilən təqaüd əlillərə verilən təqaüd kimi bir şeydir.Ədəbi əlillərə təqaüdolar


  3. Cavid adlı istifadəçi, May 26, 2008 tarixində, saat 23:32 yazıb:

    Bizim bashimizin gullesi ile
    kimse bash qatmaga TIRe gedecek.
    (Salam Sarvan)

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: