Qaynar xəbər portalı

Kitab dünyası


KultAz: Qazax rejissoru Sergey Dvortsevoyun Kann festivalının “Xüsusi baxış” pralel proqramında nümayiş olunan “Tülpan” filmi “Gənclik” xüsusi mükafatını qazandı.
Fransa nazirliyi tərəfindən təsis olunan mükafat 1982-ci ildən bəri Kann kinofestivalı çərçivəsində təqdim olunur. Mükafat 16 yaşdan 25 yaşa qədər olan yeddi gəncdən təşkil olunmuş xüsusi jüri tərəfindən ilk addımlarını atan rejissorlara verilir. Mükafatın məqsədi – “kinematoqrafiyaya yeni nəfəs vermək və geniş publikaya məlum olmayan yeni müəlliflər kəşf etməkdir”, eləcə də “gənclərə dünyanın ən mühüm kinofestivalında iştirak etməyə və öz zövq və seçimlərini bəyan etməyə imkan yaratmaqdır”.
Rejissor Sergey Dvortsevoy seksiyanın gənc müəlliflərə həsr olunmuş “Xüsusi baxış” müsabiqə proqramında Qazaxıstandan olan rejisssor kimi təqdim olunub. Onun “Tülpan” adlı ilk oyun filminin istehsalında Qazaxıstandan başqa, Rusiya, İsveçrə və Almaniya da iştirak etmişdi.
Qazax dilində çəkilmiş bu film ordudakı xidmətindən sonra bacısının və bacısının ərinin köçəri həyat sürdüyü qazax çöllərinə geri dönən Asa adlı gənc insandan bəhs edir. Asa gənc gözələ aşiq olur. Gözəl isə çox iri qulaqları olan bu cavana ərə getmək istəmir. Film yumor hissslərinin və yüksək keyfiyyətli çəkilişlərin olmasına görə tənqidçilərin və jurnalistlərin diqqətini çəkib.
Qeyd edək ki, 61-ci Kann festivalı laureatları mayın 25-də (bu gün) mərasimin bağlı elan olunması zamanı elan olunacaqlar. Əsas mükafat - “Qızıl palma çələngi” mükafatı uğrunda mübarizədə 22 uzunmetrajlı film iştirak edir.
Xatırladaq ki, 2007-ci ildə “Qızıl palma çələngi” mükafatını Rumıniya rejissoru Kristiana Munciunun çəkdiyi “4 ay, 3 həftə və 2 gün” filmi qazanmışdı.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: