Yazıçı Kamal Abdullanın Fransada sayca ikinci kitabı nəşr olunub.
«Parlons Azerbaidjanais» - «Azərbaycan dilində danışaq». Fransanın «Harmattan» nəşriyyatında nəfis tərtibatla çap olunmuş sözlük-məlumat kitabı belə adlanır. Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev və Fransalı alim Mişel Malerbdir. Kitab Fransanın məşhur Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda(«İNALKO») və digər ali təhsil ocaqlarında Azərbaycanşünaslıq üzrə təhsil alan tələbələr, eləcə də ölkəmiz, onun dili, mədəniyyəti, tarixi və s. haqqında bilgilər əldə etmək istəyən istənilən fransızdilli oxucu üçün əvəzsiz vəsaitdir. Davamı…

May
26
May
26
Xuraman HÜSEYNZADƏ. Şeirlər.
Bölmə: Ədəbiyyat | ≅ 6 şərh var
Sevməyi səndə gördüm
Dərd çəkməyi
Həsrətdən qovrulmağı
Nigarançılığı
Səndə gördüm
Peşmançılığı da səndə gördüm
təkcə
günahı səndə görmədim. Davamı…
May
26
61-ci Kann festivalı başa çatıb. Festivalın ali mükafatı olan “Qızıl palma budağını” 1987-ci ildən ilk dəfə olaraq bir fransız filmi- rejissor Loran Kantenin “Sinif” (”Divarlar arasında”) filmi qazanıb.
Müəllimin yuxarı sinif şagirdləri ilə münasibətlərindən danışan film gənclərin müasir fransız cəmiyyətinə çətin inteqrasiyası problemlərinə müraciət edib. Filmdə Fransanın ən iri meqopolislərinin ucqarlarında hazırki böhranın, həmçinin fransızların müxtəlif nəsilləri arasında ziddiyyətlərin səbəblərinin dərin və hərtərəfli təhlili verilib. Davamı…
May
26
“Kultaz” Həftələri Başlayır
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
İyun ayında “Kultaz” Mədəniyyət Portalının 1 yaşı tamam olur. Bu münasibətlə portalımızda yeni bir lahiyəyə başlayırıq. Lahiyə çərçivəsində “Kultaz”da ayda bir dəfə xüsusi HƏFTƏlər keçiriləcək: tənqid həftəsi, kino həftəsi, teatr həftəsi və s.
Bu həftələrdə seçdiyimiz mövzu portalda ana xətt təşkil edəcək, yerləşdirilən materiallar daha çox həmin sahəyə, o sahə ilə məşğul olan insanlara və problemlərə köklənəcək. Davamı…
May
26
Aslan Quliyev. Otçalan. (Hekayə)
Bölmə: Ədəbiyyat | ≅ 2 şərh var
Hektarına yüz manat verəcəyəm, dedi, amma təkbaşına iyirmi hektarı çala bilməzsən, qonşu kənddən də kömək çağırım. Heç kimi çağırma, etiraz elədi, otu özüm çalacağam. On günə qurtaracaq, on birinci gün gedəcəyəm.
Ən yaxşı ot çalan gün ərzində yarım hektar çalırdı, on günə qurtaracaqdısa, gündə iki hektar ot çalmalıydı. Meşənin ətəyindəki biçənəyin ucu-bucağı görünmürdü, on günə gəzib qurtarmaq olmazdı, qalıb otunu çalasan. İnanılası deyildi, ancaq mübahisə eləmədi. Davamı…








