61-ci Kann festivalı başa çatıb. Festivalın ali mükafatı olan “Qızıl palma budağını” 1987-ci ildən ilk dəfə olaraq bir fransız filmi- rejissor Loran Kantenin “Sinif” (”Divarlar arasında”) filmi qazanıb.
Müəllimin yuxarı sinif şagirdləri ilə münasibətlərindən danışan film gənclərin müasir fransız cəmiyyətinə çətin inteqrasiyası problemlərinə müraciət edib. Filmdə Fransanın ən iri meqopolislərinin ucqarlarında hazırki böhranın, həmçinin fransızların müxtəlif nəsilləri arasında ziddiyyətlərin səbəblərinin dərin və hərtərəfli təhlili verilib.“Bu, gözəl filmdir, bizim qərarımız yekdilliklə olub”, deyə yekun mətbuat konfransında münsiflərin prezidenti, məşhur Amerika aktyoru Şon Penn bildirib.
Festivalın əhəmiyyətcə ikinci mükafatı olan Qran-prini İtaliya rejissoru Matteo Qarronenin “Qomorra” filmi qazanıb. Film İtaliya jurnalisti Roberto Savyanonun eyniadlı bestselleri əsasında çəkilib. O, müasir cəmiyyəti dağıdan və təbiət üçün də təhlükəli olan Kamorra neopolit mafiyasından bəhs edir.
“Qızıl kinokamera” mükafatı Britaniya rejissoru Stiv Makuinə “Aclıq” filminə görə verilib.
Bu il münsiflər 61-ci Kann festivalının iki xüsusi mükafatını təsis etmək qərarına gəlib. Onlar əfsanəvi fransız aktrisası Katrin Denev və Amerika rejissoru və aktyoru Klint İstvuda yaradıcılıq nailiyyətlərinə görə verilib. Denev əsas müsabiqədə iştirak edən “Milad nağılı” filmində baş rolu ifa edib, İstvud isə hazırki festivalda yeni “Dəyişmə” filmini təqdim edib.
Ən yaxşı qadın roluna görə mükafatı “Keçid xətləri” filmində kasıb ailənin anası rolunu ifa etmiş Braziliya aktrisası Sandra Korveloni qazanıb.
Ən yaxşı kişi roluna görə mükafat “Çe” filmində Çe Gevara rolunu ifa etmiş Puertorika aktyoru Benisio del Toroya təqdim edilib.
Festivalın münsiflərinin mükafatı siyasi satira janrında çəkilmiş İtaliyalı Paolo Sorrentinonun “Ulduz” filminə çatıb.
Ən yaxşı ssenariyə görə mükafat Belçikalı Dardenn qardaşlarının “Lornanın susması” filminə verilib.
Ən yaxşı rejissor nominasiyasında mükafat məşhur türk rejissoru Nuri Bilc Ceylanın “Üç meymun” filminə verilib.
Qısametrajlı film üçün “Qızıl palma budağı”nı Rumıniya rejissoru Marian Krizan (”Meqatron” filmi) alıb.
Ümumilikdə hazırki festivalın rəsmi proqramında dünyanın 31 ölkəsindən 54 film nümayiş etdirilib. Festivalın əsas müsabiqəsində 22 film iştirak edib.




Bölmə: 









nurlane melikova adlı istifadəçi, May 27, 2008 tarixində, saat 00:52 yazıb:
salam kultaz. evvala evvelceden 1 yashinizi tebrik edirem, bu il erzinde ekseriyyetin sevimli ve mutamadi baxdigi saytlar sirasina adinizi yaza bildiniz.
…ugurlar ve bir de ugurlar…
indi ise icaze verin kicicik sehvinizi duzeldim.
nuri bilge ceylan-festivalin en yaxshi tamasha yox en yaxshi rejissor nominasiyasinda qalib olub.