İyun ayında “Kultaz” Mədəniyyət Portalının 1 yaşı tamam olur. Bu münasibətlə portalımızda yeni bir lahiyəyə başlayırıq. Lahiyə çərçivəsində “Kultaz”da ayda bir dəfə xüsusi HƏFTƏlər keçiriləcək: tənqid həftəsi, kino həftəsi, teatr həftəsi və s.
Bu həftələrdə seçdiyimiz mövzu portalda ana xətt təşkil edəcək, yerləşdirilən materiallar daha çox həmin sahəyə, o sahə ilə məşğul olan insanlara və problemlərə köklənəcək.İlk həftəmiz “Tənqid həftəsi” adlanır. İyun ayının birinci həftəsində start götürəcək ilk layihəmizdə sizlərə tənqidi məqalələr, tənqidin problemləri, müsahibələr, tərcümələr və s. maraqlı materiallar təqdim edəcəyik.
Dəyərli tənqidçilərimizi, yazarlarımızı əməkdaşlıq etməyə, lahiyəmizə dəstək verməyə dəvət edirik. Oxucuların da mövzu ilə bağlı müzakirələrdə aktiv iştirak etmələrini arzu edirik.




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)





