Sevməyi səndə gördüm
Dərd çəkməyi
Həsrətdən qovrulmağı
Nigarançılığı
Səndə gördüm
Peşmançılığı da səndə gördüm
təkcə
günahı səndə görmədim.
Sevgi ucalığı
Çəkilib dar ağacına
Saralıb, solub ümidim.
Bircə telefon zəngindən
Asılı qalıb ümidim.
Qətlinə fərman verilib,
Neçə arzu, diləyimin.
Məni asmaqçün hörülüb
Şah damarı ürəyimin.
Ucaldar məni bu sevda,
Ömrün qalarsa yarıda.
Cismim sizdən aşağıda
Ruhum sizdən yuxarıda.
Uçuruma dərdimi danışdım
“bir addım da qabağa gəl” - dedi.
Dənizə ürəyimi açdım
“bir az da dərinə baş vur” - dedi
insandan məsləhət istədim
əvvəlcə qiymətini söylədi
istədim tanrıdan kömək istəyim
qorxdum ki, köməyimə əzrayılı göndərə.
Gülbuta
Bu da sonuncu gün…
Xəyalı təqvimində
Sonuncu günün üstündən
İki xətt çəkir
Divardakı aboyun
Solğun naxışlarını
Başının altındakı pulları
Son dəfə sayır Gülbuta
Az qalıb arzularına çata…
Uzanıb “çörək ağacı”nın üstündə -
Bu qəbirə oxşar çarpayıda da son gecə uyuyacağı
Gələndə 20 ədəd kapron kalqotka
Heç yana çıxmadığı üçün
Burdan ala bilməyəcəkdi.
Kalqotkası da sonuncu idi
Süzülsə neyləyəcəkdi?
Uzanıb Gülbuta
Xəyala gedib
Doğma, indisə ona yad kəndinə.
Gələndə qaynaq etdirdiyi
Qara, uzun saçları
Dağılıb üzünə
Donub romantika
Onun yüz baxışlarında
Leonardo do Vinçinin
Barmaqları quruyar
indi burda olsa…
kəndə çatan kimi
əvvəlcə ərzaq dükanına
olan borclarını ödəyəcək
sonra…
təzə paltarlar alacaq
evini yüngülvari təmir etdirəcək
qızı ad gününə sinif yoldaşlarını
qaçıra biləcək daha.
Daha əri də nisyə siqaret almaq üçün
Onu Məhərrəmin dükanına göndərməyəcək
pulu çatsa 5-6 damazlıq qoyun da
alacaq hələ
gələndə özü kimi
adı da dəyişmişdi…
o bir kənd gözəli idi
başı yaylıqlı
uzun yubkalı
üzündə abır-həya
sonuncu dəfə döyüldü qapı -
“Gülya!”"”
sonuncu dəfə bu səsdən
ürəyi əsdi.
Vücudu titrədi
Az qaldı qəsilə nəfəsi
“məhrəba hanım əfəndi! -
sonuncu” dəfə eşitdi bu səsi
sonuncu səhnəni oynadı
“gülya” obrazında…
pərdələr endi
mental dəyərlərimizin üstünə.
« Kann festivalının qalibi Fransa filmi oldu | Əsas səhifə | Kamal Abdullanın Fransada yeni kitabı nəşr olunub »




Bölmə: 










bextiyarhidayet adlı istifadəçi, May 27, 2008 tarixində, saat 10:57 yazıb:
salam,xuraman xanim.sheirlerinizi beyendim.ugurlar dileyirem.chox kishilerden qeyretlisiniz siz.qazaxdan bextiyar
Stilyaga adlı istifadəçi, May 27, 2008 tarixində, saat 14:54 yazıb:
Xuramanin seirleri klassik eneneler (gadina klassik kisi baxisi, kisiye klassik kisi baxisi ve sair) uzerinde yazilib. Yaxsi seirlerdir, insallah Xuraman xanim daha yaxsilarini yazar. Cunki o bu serefe layiqdir.
men adlı istifadəçi, May 28, 2008 tarixində, saat 11:46 yazıb:
birinci seir menim xoduma geldi.acigi seiriyyetine gore yox,semimiyyetine gore.
Nicat adlı istifadəçi, May 31, 2008 tarixində, saat 13:27 yazıb:
Salam Xuraman xanim. Necesiz. 525-ci qezetde meqalelerinizi her defe yarimciq saxlayib oxumaga basqa meqale axtariram. Cunki standart ifadeler, bir birine benzer cumleler ve s.
Amma serlerinizi ilk defe oxudum ve cox beyendim. Xususile Gulbuta-ni cox beyendim. Size her iki sahede- hem meqale, hem de ser yazmada ugurlar dileyirem.
Dayandur Sevgin adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 17:44 yazıb:
Hormetli Xuraman xanim $eirlerinizi oxudum. Sizi tebrik edirem. Gulbutanin taleyine acidim. $eirlerinizin hamisinda yenilik gordym. Size ugurlar dileyirem. Hormetle D Sevgin.
Savalan TALIBLI adlı istifadəçi, Oktyabr 6, 2008 tarixində, saat 00:05 yazıb:
Bir oxucu kimi Xuraman Huseynzadenin imzasini beyenirem.Serleri mezmunca maraqlidir.Ulduz jurnalinda derc olunan serlerinin hamisi gozeldir.Diqqetimi daha cox merhum sairimiz Akif Semede yazilan ser cekdi.Akife yazilan serler hec vaxt bayaqi olmuyub,birde mezmunca maraqli serlerden biride bu şəhərin küçələri əjdaha sanki,şeiri idi.
Ugurlar dileyirəm Xuraman xanim.