Qaynar xəbər portalı

Dövlət başçısının dünya ədəbi əsərlərinin Azərbaycan dilində   çap olunması məqsədilə imzaladığı sərəncamın icrası yubanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, bu problem bəzi xarici müəlliflərin bunun üçün müəyyən miqdarda qonorar tələb etməsi ilə əlaqədardır. Əks halda onlar müəllifləri olduqları əsərlərin Azərbaycan dilinə tərcümə olunaraq çap olunmasına razılıq verməyəcəklərini bildiriblər. Davamı…


Seymur Verdizadə“Ana sözü” dərsliyi haqqında qardaş söhbəti

Seymur Verdizadə

Rəhmətlik nənəm nəvələrini başına yığıb Məlikməmmədin nağılını danışanda cəmi dörd yaşım vardı. Qardaşlarının Məlikməmmədin kəndirini kəsdiyini eşidəndə bərk qorxmuşdum. Nənəm gənc Məlikməmmədin quyudan çıxandan sonra böyük və ortancıl qardaşını öldürdüyünü deyəndə isə əməlli-başlı sarsılmışdım. Həmin vaxt ağlıma gələn ilk sual bu olmuşdu: heç qardaş da qardaşın kəndirini kəsər?
Təkcə mənim mənsub olduğum nəsil deyil, indi baba-nənə olan insanlar da uşaq vaxtı bu cür nağılları dinləyə-dinləyə böyüyüblər. Davamı…


Elşad QuliyevƏməkdar incəsənət xadimi, professor Elşad Quliyev bu gecə saat 3-də 66 yaşında vəfat edib.
Bu barədə məlumat verən E. Quliyevin oğlu, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev atasının şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Son 6 ayda vəziyyəti ağır idi. Evdə müalicə olunurdu”. Mərhum bu gün şəhər qəbiristanlığında torpağa tapşırılacaq. Davamı…


Ramiz AbutalıbovRamiz Abutalıbov: “Belə kitabları çap edib yaymadınsa, effekti itə bilər”

Uzun illər Azərbaycanı YUNESKO-da təmsil etmiş Ramiz Abutalıbov son illər Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ problemini dünyaya çatdıran kitabların nəşrində yaxından iştirak edir. Özü demişkən, hazırda o, diplomatlıqla məşğul deyil, təqaüddədir, araşdırmaçı-jurnalist və naşirliklə məşğuldur. Bakıya növbəti gəlişində onunla görüşüb söhbətləşdik.

- Üç ildən çoxdur ki, təqaüdə çıxmışam. Evdə oturmağı, fəaliyyətsizliyi sevmirəm. Hazırda həvəskar-naşir kimi fəaliyyət göstərirəm (gülür). Yəni bir var peşəkar naşir olasan, bir də var mənim kimi həvəskar şəkildə bu sahə ilə məşğul olasan. Burada məqsəd məsələsi əsasdır. Çalışıram azərbaycanlıların müəyyən kitablarının Rusiyada çap olunmasına kömək edim. Davamı…


Berlin Dövlət Kitabxanasında saxlanılan əlyazma əsasında hazırlanan “Oğuznamə” ilk dəfə nəşr edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, əlyazmanın XV əsrə aid olduğu ehtimal edilir: “Əlyazma üzərində tədqiqat aparan almaniyalı qorqudşünas-alim Fridrix fon Dits orada olan cəmi 400 atalar sözünü nəşr etdirib. Əlyazmanın surətini Azərbaycana almaniyalı tədqiqatçı Əhməd Şmide göndərib. Bu, “Oğuznamə”nin ilk mükəmməl nəşridir”. Davamı…


“Microfost” korporasiyası dünyanın ən böyük virtual kitabxanası ilə bağlı apardığı işlərin hamısını dayandırıb. Şirkətdən verilən məlumatda bildirilir ki, “Live Search Books”“Live Searcş Academics” layihələri ləğv olunacaq, onların İnternetdəki saytları isə bu həftə qapadılacaq. Davamı…


Azərbaycan prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb. Davamı…


Bu mövzuda müzakirələr keçiriləcək

İyunun 10-11-i  “Cənubi Qafqaz - Müstəqil Kino Xadimləri Assosiasiyası” (İFA-SC) Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ictimai mühazirə və kinoların nümayişi keçirəcək. Görüş AKİ-nin zalında baş tutacaq. Davamı…