“Oğuznamə”nin ilk nəşri işıq üzü görüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Mayıs, 2008

Berlin Dövlət Kitabxanasında saxlanılan əlyazma əsasında hazırlanan “Oğuznamə” ilk dəfə nəşr edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, əlyazmanın XV əsrə aid olduğu ehtimal edilir: “Əlyazma üzərində tədqiqat aparan almaniyalı qorqudşünas-alim Fridrix fon Dits orada olan cəmi 400 atalar sözünü nəşr etdirib. Əlyazmanın surətini Azərbaycana almaniyalı tədqiqatçı Əhməd Şmide göndərib. Bu, “Oğuznamə”nin ilk mükəmməl nəşridir”.Kitab filologiya elmləri doktoru Şamil Cəmşid Qorqudşünasın tərtibatı və ön sözü ilə işıq üzü görüb. “Oğuznamə”də yer alan atalar sözləri ilə “Kitabi-Dədə Qorqud”un leksikası arasındakı oxşarlıq və eynilik tədqiqatçılara və oxuculara yeni, mühüm elmi fakt kimi təqdim edilib.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın