Əməkdar incəsənət xadimi, professor Elşad Quliyev bu gecə saat 3-də 66 yaşında vəfat edib.
Bu barədə məlumat verən E. Quliyevin oğlu, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev atasının şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Son 6 ayda vəziyyəti ağır idi. Evdə müalicə olunurdu”. Mərhum bu gün şəhər qəbiristanlığında torpağa tapşırılacaq.Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi kimi başlayan C. Quliyev sonralar bu komitədə baş redaktor, sədrin I müavini və sədr vəzifələrində çalışıb. Son illər “Bilik” Cəmiyyətinin sədri olub. //APA




Bölmə: 









nurlane melikova adlı istifadəçi, May 27, 2008 tarixində, saat 23:26 yazıb:
Allah rehmet elesin…