Qaynar xəbər portalı

Kitab dünyası


Dövlət başçısının dünya ədəbi əsərlərinin Azərbaycan dilində   çap olunması məqsədilə imzaladığı sərəncamın icrası yubanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, bu problem bəzi xarici müəlliflərin bunun üçün müəyyən miqdarda qonorar tələb etməsi ilə əlaqədardır. Əks halda onlar müəllifləri olduqları əsərlərin Azərbaycan dilinə tərcümə olunaraq çap olunmasına razılıq verməyəcəklərini bildiriblər. Artıq bir neçə əcnəbi müəllif və yaxud onların varisləri ilə   aparılan danışıqlar zamanı konkret miqdarda qonorar tələb etdikləri məlum olub. Ancaq sözügedən layihə qeyri-kommersiya xarakteri daşıdığından bunun icrası mümkün deyil. Buna baxmayaraq, təqdim olunan təkliflər Azərbaycan hökumətinə çatdırılıb. İndi hökumət həm tərcümə olunacaq əcnəbi əsərlərin dəqiq siyahısını verməli, həm də qonorar məsələsinə aydınlıq gətirilməlidir. Yalnız bundan sonra həmin əsərlərin çapı üçün alınacaq icazə hüquqi xarakter daşıyacaq. //OLAYLAR






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, May 27th, 2008 tarixində 17:56 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. pechorin adlı istifadəçi, May 27, 2008 tarixində, saat 20:41 yazıb:

    Sen Allah, bu ecnebi yazarlarin derdine bax da…Onlar bilmir ki bu olkede qonarar nedir yazar nedir?.. bu iki anlayisin bir-birine dexli yoxdur…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: