Qaynar xəbər portalı

Kitab dünyası


Seymur Verdizadə“Ana sözü” dərsliyi haqqında qardaş söhbəti

Seymur Verdizadə

Rəhmətlik nənəm nəvələrini başına yığıb Məlikməmmədin nağılını danışanda cəmi dörd yaşım vardı. Qardaşlarının Məlikməmmədin kəndirini kəsdiyini eşidəndə bərk qorxmuşdum. Nənəm gənc Məlikməmmədin quyudan çıxandan sonra böyük və ortancıl qardaşını öldürdüyünü deyəndə isə əməlli-başlı sarsılmışdım. Həmin vaxt ağlıma gələn ilk sual bu olmuşdu: heç qardaş da qardaşın kəndirini kəsər?
Təkcə mənim mənsub olduğum nəsil deyil, indi baba-nənə olan insanlar da uşaq vaxtı bu cür nağılları dinləyə-dinləyə böyüyüblər. Səhv etmirəmsə, bizim yalnız bir nağılda ağ atlı oğlan divi öldürür. Uşaq vaxtı eşitdiyim əksər inağıllarda ya qardaş qardaşın, ya da ata oğulun başını kəsir. Azərbaycanda nadinc uşaqları hələ də divlə, zalım padşahla qorxudurlar: “Sakit ol, yoxsa, div gəlib səni yeyər”.
Təbiətin al-əlvan rəngə boyandığı bu gözəl yaz fəslində qayğısız uşaqlıq illərimizin qorxulu röyasına çevrilən qara divi xatırlamağım səbəbsiz deyil. Bu günlərdə təsadüfən əlimə orta məktəbin 2-ci sinfində tədris olunan “Ana sözü” kitabı keçdi. Kitabın adı ilə məzmunu arasında heç bir əlaqə tapmasam da, bunu müzakirə predmetinə çevirmək istəmirəm. Amma müzakirə edilməyə layiq olan bəzi məqamlar var ki, onların üstündən sükutla keçmək günah olardı. Məlumat üçün deyim ki, “Ana sözü” adlı bu yöndəmsiz kitab şeir, nağıl və atalar sözlərindən ibarətdir. Şeirlərin hamısı təxminən eyni məzmunda və eyni ruhda olduğu üçün bu barədə ətraflı danışmaq istəmirəm. Amma kitabda yer alan nağıllardan bəhs etməmək mümkün deyil. Cəmi bir neçə saniyə ərzində nəzər saldığım nağılların adları təxminən belə idi: “Tülkü, tülkü, tənbəki”, “Ac qurd”, “Axmaq canavar”, “Siçan və pişik” və s. Diqqətli oxucu bu nağılların adını oxuyanda onların məzmunu barədə müəyyən təsəvvür sahibi ola bilər. Bəli, yanılmamısınız, orta məktəblərin ikinci sinfində tədris olunan bu nağılların birində şirlə pələng canavarı diri-diri parçalayır. Başqa bir nağılda isə siçanın öz dostuna xəyanəti “tərənnüm” olunur. Üçüncü nağılda isə tülkünün hiyləgərliyindən bəhs edilir. Etiraf edim ki, nə qədər çalışsam da, bu nağılların tərbiyəvi əhəmiyyətinin nədən ibarət olduğunu müəyyənləşdirə bilmədim. Görəsən, qardaşının kəndirini kəsmək, həmcinsini diri-diri parçalamaq, dostunun gözünü çıxarmaq nə vaxtdan müsbət əməl sayılır? Əcəba, Təhsil Nazirliyi və hörmətli Misir müəllim bu cür nağılların tədris edilməsinə icazə verməklə nəyə nail olmaq istəyir? Doğrudanmı, “Ana sözü” dərsliyinin müəllifləri dostluq, sədaqət, səmimiyyət kimi gözəl hislər aşılayan nağıllar bilmirlər?
İkinci sinifdə “Ana sözü” dərsliyi ilə paralel tədris olunan “Oxu” kitabı isə daha bərbad vəziyyətdədir. Yəhya Kərimovun müəllifi olduğu bu kitabda yer alan şeir parçalarının hansı kriteriyalarla seçildiyi mənə aydın deyil. Məncə, bu qənaətimizi əsaslandırmaq üçün xalq şairi Fikrət Qocanın yazdığı “Göy göl” şeirinə istinad etmək kifayətdir. Üç bənddən ibarət olan bu şeirin birinci bəndində şair Göy gölü “dağların zərif qızı”, ikinci bəndində isə “quzu” adlanıdırır. Üçüncü bənddə isə… Yox, gəlin, bu bəndi birlikdə oxuyaq:

Qəhrəman Həcərimin
Sən mavi örpəyisən.
Bu dağlarda çırpınan
Koroğlu ürəyisən.

Günel Mövlud demişkən, heç dəxli var?!
Şübhəsiz ki, müəllif bu şeiri dərsliyə daxil edərkən Fikrət Qocanın hörmətini qazanmaqla yanaşı, həm də Göy gölü təbliğ etmək istəyib. Halbuki bu günə kimi Göy gölü tərənnüm edən yüzlərlə şeir yazılıb. Gərək Yəhya müəllim özünə əziyyət verib, həmin şeirlərdən birini seçəydi. Çünki bu cür zəif şeirlərlə şagirdlərdə Göy göl haqqında ancaq mücərrəd təsəvvür formalaşdırmaq olar. Bu isə heç kimə lazım deyil.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, May 27th, 2008 tarixində 13:06 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

6 şərh var


  1. pechorin adlı istifadəçi, May 27, 2008 tarixində, saat 20:38 yazıb:

    Hormetli Admin.
    Sizden xahis ederdim ki, Seymur Verdizadenin yazilarini burada yerlesdirmeyin. Adam sayta daxil olur onun seklin gorur reski de sayti baglayir. =)

    Vallah..hec olmasa sheklinin evezine basqa sey qoyun… hec olmasa onun seklinin evezine seymur baycanin seklini qoyun, camaat saytdan qacmasin.


  2. S.M. adlı istifadəçi, May 28, 2008 tarixində, saat 10:14 yazıb:

    Sən yazıları oxuyursan, yoxsa şəkillərə baxırsan! Seymurun yazılarını hər həftə yerləşdiurmək lazımdı! Qoy,adamlar müəlliflərə göz qoymaqdansa, yazıları oxusunlar!


  3. men adlı istifadəçi, May 28, 2008 tarixində, saat 12:15 yazıb:

    bu yazinin Fikret Qoca hissesi menim xosuma geldi.
    amma onu deyim ki bu bezi hekayelerin verilmesinde ne var ki?mence o hekayelerin sonunda gunahkarlar cezasini cekir.yeni oralarda pis xususiyyertler yox,onlarin pis neticeleri gosterilir.mes;sican in oz dostuna xeyaneti yox,bu xeyenet neticesinde cekdiyi ceza terennum olunur.men Oxu kitabini oxumamisam,amma dusunurem ki nagillarimizda yaxsi seyler terennum olunur.


  4. scorpion adlı istifadəçi, May 28, 2008 tarixində, saat 12:33 yazıb:

    Təklifim var onda Seymur “Duraçok İvanuşka” haqqında nağılı tərcümə eləsin və balalarımıza ərməğan eləsin…


  5. Səma adlı istifadəçi, May 30, 2008 tarixində, saat 10:56 yazıb:

    pechorin, səni qınamıram, uşaq vaxtı bu cür nağıllar oxuduğun üçün əlinə yaxşı nə keçirsə, kəsib baltalayırsan.Camaatın şəklindən sənə nə var? Hələ özün bir üzə çıx görək nəyə oxşayırsan


  6. men adlı istifadəçi, May 30, 2008 tarixində, saat 11:44 yazıb:

    insallah men kiminlese qarisdirlimiram

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: