Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatovun Nobel mükafatına namizədliyi irəli sürülüb. Bununla bağlı türk ölkələri mədəniyyət nazirlərin şurası xüsusi komitə yaradıb. Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərinə müraciət edərək bildirib ki, Çingiz Aytmatov təkcə Qırğız ədəbiyyatını zirvələrə qaldırmayıb. O, həm də türkdilli ədəbiyyatı şərəfləndirib, dünya ədəbiyyatını bəşəri ideyaların yuksək bədii təcəssümü ilə zənginləşdirib. Davamı…

May
29
May
29
“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (FOTOLAR)
Bölmə: Müsabiqə | ≅ 18 şərh var

6 qalibin 5-i xanım oldu
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar arasından ən çox bal toplayan 6 qalibin, o cümlədən münsiflərin adları açıqlanıb. Davamı…
May
29
KultAz: İyunun 1-də ölkəmizdə daha bir beynəlxalq səviyyəli tədbirə – «Şərq - Qərb» kinofestivalına start veriləcək. 10-cu beynəlxalq kinofestivalda Polşa, Rusiya, Fransa, Estoniya, Latviya, Qırğızıstan, İran və Azərbaycan rejissorlarının çəkdiyi filmlər nümayiş olunacaq. Davamı…
May
29
NƏSİB PİRİYEV: «MƏQSƏDİMİZ DÜNYA İCTİMAİYYƏTİNİN DİQQƏTİNİ CƏLB ETMƏKDİR»
«Buta» İncəsənət Mərkəzi paytaxt Bakıda festival keçirəcək. «I Beynəlxalq Buta Festivalı» adlanacaq bu tədbir bir həftə ərzində dünya sənətsevərlərinin diqqətini Bakıya yönəldəcək. «Azərcell Telekom» MMC, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Bulvarı İdarəsi, Fransa Səfirliyinin dəstəyilə baş tutacaq bu festivalda yerli və əcnəbi sənət ustalarının iştirakı gözlənilir. 7 gün ərzində Bakının müxtəlif meydanları və mədəniyyət mərkəzlərində incəsənət xadimlərinin, xarici mədəniyyət ustalarının, eləcə də uşaq yaradıcılıq kollektivlərinin maraqlı proqramlarının şahidi olacağıq. Davamı…








