“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (FOTOLAR)
Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 29 Mayıs, 2008
6 qalibin 5-i xanım oldu
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar arasından ən çox bal toplayan 6 qalibin, o cümlədən münsiflərin adları açıqlanıb.Qeyd edək ki, məqsədi istedadlı yaradıcı gənclərin üzə çıxarılması, dəyərləndirilməsi və təbliği olan müsabiqə iki nominasiya (şeir və hekayə) üzrə keçirilirdi.
Tədbiri ilk olaraq Təşkilat Komitəsinin üzvü, Lit.az portalının rəhbəri Cavid Cəfərzadə açdı. C.Cəfərzadə iştirakçıları və qonaqları salamlayaraq, müsabiqənin texniki tərəfləri haqqında məlumat verdi.
Müsabiqənin məqsəd və gedişatı haqqında ətraflı məlumatı isə Təşkilat Komitəsinin digər üzvü, Kultaz.com portalının rəhbəri Zahir Əzəmət verdi. Z.Əzəmət həmçinin son ana qədər gizli saxlanılan münsiflərin kimliyini açıqladı:
Münsiflər:
1. Səfər Alışarlı, yazıçı, Bakı Yazıçılar Birliyinin sədri;
2. Teymur Kərimli, tənqidçi, AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun direktor müavini;
3. Rasim Qaraca, şair, Azad Yazarlar Ocağının sədri;
4. Salam Sarvan, şair;
5. Əsəd Cahangir, tənqidçi, “Körpü” ədəbi tənqid dərgisinin baş redaktoru.
Daha sonra tədbirin aparıcılığı münsif heyətinin üzvü, tənqidçi Əsəd Cahangirə həvalə edildi. Əsəd bəy qalibləri elan etmək üçün hər dəfə münsiflərdən və ya qonaqlardan birini dəvət etdi. Bağlı zərflərdən adları çıxan qaliblər elan edildi. Onlara diplomlar və hədiyyələr təqdim edildi. I yerin sahiblərinə “Nəsimi” ödülü təqdim olundu.
Qaliblər
Şeir nominasiyasında:
I Yer- Cavidan- 31 bal;
II Yer- Rəbiqə Nazimqızı- 29bal;
III Yer- Elmin Həsənli- 24 bal.
Hekayə nominasiyasında:
I Yer- Ülviyyə Heydərova - 30 bal;
II Yer- Sevinc Çılğın- 28, 5 bal;
III Yer- Jalə İsmayıl- 28 bal.
Adlarıçəkilən 6 nəfərə diplom və simvolla bərabər “Zəkioğlu” nəşriyyatı və AMEA H.Cavidin ev muzeyi tərəfindən təqdim olunan kitablar da hədiyyə edildi.Sonra söz alan münsiflər və qonaqlar müsabiqənin təşkilatçılıq səviyyəsinə və nəticələrə münasibət bildirdilər. Çıxış edənlər- Rasim Qaraca, Tehran Əlişanoğlu, Məsiağa Məhəmmədi, Salam Sarvan, Məqsəd Nur, Səfər Alışarlı və başqaları təşkilatçılara təşəkkür edərək, nəticələrdən də razı qaldıqlarını, ümumi prosesin obyektiv keçdiyini bildirdilər. Çıxışçılar həmçinin finala adlayan, amma qaliblər siyahısına düşməyən iştirakçılardan da danışdılar, onların istedadlı olduqlarını vurğulayaraq, ruhdan düşməmələrini istədilər.Sonda çıxış edən qaliblər də münsiflərə vətəşkilatçılara təşəkkür etdilər.
Onu da bildirək ki, ümumiyyətlə, müsabiqəyə 39 nəfər 120-dən artıq əsərini təqdim etmişdi.
Xatırladaq ki, müsabiqəyə qatılanların 10-u Güney Azərbaycandan, 7-i Azərbaycanın rayonlarından, 1- Rusiyadan, 1-i Gürcüstandan olub. Digərləri paytaxt Bakıda yaşayıb yaradan gənc yazarlardır.













(4 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
Qaliblərin hamısını təbrik eliyirəm!!! Müsabiqənin təşkilatçılarına “lit.az”-a və”kultaz.com”-a- xüsusən də Cavid bəyə və Zahir bəyə xüsusi təşəkkürlər!!! Bu gün ən böyük qalib sizsiniz!!! Bu müsabiqənin təşkili və keçirilməsi ədəbi mühitdə bir dönüş nöqtəsi olacağına əminəm. Qaliblər, uğurlar sizə!!!
Mübarəkdir. Hətta çox mübarəkdir!
Bu ki, əladır.
Kaş ki, qalib seçilən şeir və hekayələri də bura yerləşdirəydilər. Axı yazan yox, yazılan önəmlidir. Mən bilən, hərə yalnız bir şeir, yalnız bir hekayəyə görə dəyərləndirilib, həmin şeir-hekayənin bura yerləşdirilməsini nəzərdə tuturam.
Cavidan, şəkildə yaxşı düşməmisən.
Normal bir munsifler heyeti var, artiq sechimin de obyektiv olduguna inaniram… Musabiqe’ye verilen yazilari da yavash-yavash bura yerleshdirsez lap ela olar…
O axirinci shekildeki balaca qiz hardansa tanish gelir… -))
Qaliblərə təbriklər! Qoy bu mükafat onların yaradıcı taleyinə düşərli olsun!
P.S. amma bu 28 və 28,5 bal da yaman məzəli görünür… Nədir, yoxsa hekayələri zərgər tərəzisində ölçmüsüz…
Butun qalibleri tebrik edirem… Achigi munsiflerin kimliyini bilmediyim ucun neticelere shubhe edenler sirasinda idim…
Chox shukurler ki, yanilirammish… Ekser qalibler musabiqenin obyektiv kecirildiyinin subutudur…
Ugurlar… Davami gelsin…
Rebiqenin meseleye dexlini çözeleye bilmedim de… -)
lolita, sen öz təbrik sözündə də nəsə acilamasan olmur də? yazmısan: “Axı yazan yox, yazılan önəmlidir.” sən hələ başa düşməmisən ki, bu tədbir məhz yazanları tanıtmaq və onları təbrik etmək üçün idi. bu tədbirin mənası “yazanlar önəmlidir!” demək idi.
usaqlar hamınızı tebrik edirəm. bütün əziyyət çəkənlərə eşq olsun deyirəm. (cavidan, sən isə şəkildə lap əla görünürsən?)
qalibləri təbrik edirəm.
müsabiqənin obyektiv keçdiyinə şübhə yoxdur.
teşkilatçılara və münsiflərə isə təşəkkürlər!
BELƏ YAXŞI İŞLƏRDƏN TEZ-TEZ GÖRMƏK LAZIMDIR.
Her kesi tebrik edirem.
teskilatcilarin ellerinden opurem.
qaliblerin gozlerinden.
K stati, Suleyman Seferov,
Lolita cox yaxshi qizdi.
kajdiy ponimaet po mere svoey isporchennosti. Bes sen hele bilmirsen ki, Lolitaya irad tutmaq olmaz?
Loli, Cavidan shekillerde yoxdu. Emisi qizi var.
Men de qalibleri tebrik edirem. Maraqlidir, hansi sheirlerine gore onlar mukafatlandiriliblar. O sheirleri yeqin ki oxuyacagiq ya onlarin oz saytlarinda, ya metbuatda, ya da ki ele burada.
pechorin, Lolita Cavidanin shekilde yaxshi dushmediyini yumorla yazib. Cavidanin shekilde olmadigini bilir.
Men sadece qrupyoldashim Sisini tebrik edirem,her sheye gore…
Qalibleri tebrik edirem..Sevinc xanim,size ugurlar ve basarlarin devamini dilerim.
ehtiram adlı istifadəçi, May 22, 2008 tarixində, saat 18:26 yazıb: finala cixanlara baxdiqda melum olur ki,ugursuz 1 musabiqedir.bunlarin choxunun ozleriyle ve etraflarindaki insanlarla problemleri var.bunlardan ne yazar?ne shair?xanimlari ise istisna edirem.
proqnozlarımız ozunu doğrultdu.
hami tebrik etmekdedir. gec de olsa men de tebrik edirem. layihe ise superdir. beyenilsin ve davamli olsun. munsifler heyatini bilenden sonra mence subhe etmeye yer yoxdur. ugurlar tekcilatcilara ve qaliblere…
Xahiş edirəm iştirak edenlerin hekayələrini yayınlayın.
Qalibləri təbrik edir onlara həyatda və yaradıcılıqlarında uğurlar diləyirəm. Bu müsabiqədə əməyi keçən hər kəs böyük minnətdarlığa layiqdir. Qaliblərin yazıları ilə tanış olmaq istərdim.
Xaqani bey,
size linkler vere bilerem
sheir uchun
Cavidan – http://www.ryabina.azeriblog.com
Rebiqe – yeni men – http://www.sozlerim.azeriblog.com
Elmin – elminh.blogspot.com (Elmin, sehv deyil ki?)
nesr uchun
Ulviyyenin blogu yoxdu mence.
Sevinc – http://www.chilgin.azeriblog.com
Jale – http://www.jale.azeriblog.com