Çingiz Aytmatovun Nobel mükafatına namizədliyi irəli sürülüb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Mayıs, 2008Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatovun Nobel mükafatına namizədliyi irəli sürülüb. Bununla bağlı türk ölkələri mədəniyyət nazirlərin şurası xüsusi komitə yaradıb. Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərinə müraciət edərək bildirib ki, Çingiz Aytmatov təkcə Qırğız ədəbiyyatını zirvələrə qaldırmayıb. O, həm də türkdilli ədəbiyyatı şərəfləndirib, dünya ədəbiyyatını bəşəri ideyaların yuksək bədii təcəssümü ilə zənginləşdirib. Türksoyun Ankarada keçirilən 4-cü iclasında, Aytmatov təşkilatın beynəlxalq mükafatı ilə təltif edilib. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Atatürk Mərkəzi də bu ilin fevral ayında ölkəmizdə səfərdə olan zaman Çingiz Aytmatovun Nobel mükafatına namizədliyini irəli surmüşdü.





Yüklənir...