Qaynar xəbər portalı

Aygün AslanlıAzərbaycan kinematoqrafiyası uşaq filmlərinin sayı ilə fəxr edə bilməz

Aygün Aslanlı

Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdirlər. Bu cümlələr XX əsrdə şüara çevrilib. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İlin bir günü yığışıb kütləvi şəkildə uşaqları müdafiə etmək ideyası da XX əsrin kəşflərindəndir. Amma, məhz, XX əsr uşaqlara qarşı xüsusi qəddar olub. Uşaq əməyindən istifadə, uşaq fahişəliyi bu əsrdə daha geniş miqyas alıb. XX əsrdə Şimali Koreyada anadan xəstə doğulmuş uşaqları elə xəstəxanadaca qətlə yetirirlər - işıqlı və sağlam gələcək naminə… XX əsrdə bombalar uşaqların çox sevdiyi oyuncaqların, şirin konfetlərin içinə yerləşdirilir. Davamı…


Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bu gündən ölkəmizdə «Sabir poeziya günləri»nə start verilir. Əvvəlcə şair Mirzə Ələkdər Sabirin Bakıdakı abidəsi ziyarət olunduqdan sonra, onun Şamaxıdakı məqbərəsi ziyarət ediləcək. Davamı…


Fuad Osmanov“Qardaşlar” serialı Azərbaycanın əməkdar artisti Fuad Osmanovu Rusiyanın ən populyar aktyorlarından birinə çevirib

Rusiyanın ORT telekanalında nümayiş etdirilən “Qardaşlar” (”Bratya”) serialında baş rollardan birini ifa edən Fuad Osmanov indi qonşu ölkədə bəlkə də ən populyar azərbaycanlılardan biridir.
Moskva və Sankt-Peterburq şəhərində isə Azərbaycanın əməkdar artisti küçəyə ehtiyatla çıxır: onu tanıyan ruslar “Brat! Brat!” (”Qardaş! Qardaş!”) qışqırır, aktyorla birlikdə şəkil çəkdirmək istəyir, ondan avtoqraf təvəqqe edirlər. Davamı…