Azərbaycanlı aktyoru indi bütün Rusiya tanıyır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Mayıs, 2008

Fuad Osmanov“Qardaşlar” serialı Azərbaycanın əməkdar artisti Fuad Osmanovu Rusiyanın ən populyar aktyorlarından birinə çevirib

Rusiyanın ORT telekanalında nümayiş etdirilən “Qardaşlar” (“Bratya”) serialında baş rollardan birini ifa edən Fuad Osmanov indi qonşu ölkədə bəlkə də ən populyar azərbaycanlılardan biridir.
Moskva və Sankt-Peterburq şəhərində isə Azərbaycanın əməkdar artisti küçəyə ehtiyatla çıxır: onu tanıyan ruslar “Brat! Brat!” (“Qardaş! Qardaş!”) qışqırır, aktyorla birlikdə şəkil çəkdirmək istəyir, ondan avtoqraf təvəqqe edirlər.Çəkilişinə $15 milyon xərclənən “Qardaşlar” teleserialında başıbəlalı Rüstəm rolunu oynayan Fuadın ekranda onun arvadı olan 37 yaşlı Mariya Odeqova ilə münasibətləri də romantikləşib.
Hər dəfə Bakıdan Moskvaya gələndə F.Osmanov elə hava limanından birbaşa Mariyanın yanına tələsir.
“Maşa ilə əla, gözəl münasibətlərimiz yaranıb. Son görüşümüz zamanı vidalaşanda qucaqlaşıb öpüşdük. Çox gözəl aktrisa, çox gözəl qadındır!” – F.Osmanov bildirib.
Ekranda Fuadla Mariyanın qəhrəmanları nikahda ən pis dönəmi yaşayırlar. Çəkiliş meydançasından kənarda isə onların münasibətləri tam tərsinə olduğu iddia edilir.”Filmdə hətta öpüşmədik. Amma ekrandan kənarda təmaslarımız ərla-arvad arasındakı münasibətlər kimidir. O dəqiqə dostlaşdıq. Aramızdakı münasibətlər sırf dostluqdur. Normal, dost münasibətləri – vəssəlam”, – F.Osmanov söylədi.
Bakıdakı Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru F.Osmanov bundan əvvəl “Rus tərcüməsi” (“Russki perevod”) serialında mayor Mənsur rolunu oynasa da, “Qardaşlar”dakı Rüstəm onu Rusiyada fenomenal dərəcədə populyarlaşdırıb.
“Hər halda Moskvadakı “Domodedovo” hava limanın gömrükxanasında da məni artıq tanıyırlar. Görəndə gülümsəyir, “buyurun, keçin” söyləyirlər”, – F.Osmanov deyib.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın