Qaynar xəbər portalı

Elmin HəsənliI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin III yer mükafatçısı (Müsabiqə mətni)

m. üçün birinci şeir

aradakı  5 yaş fərqi narahat edir səni
hmmm…bilirəm
bilirəm dünyada fərqi olan o qədər şey var ki…
yaş nədir ki onların yanında?
bilirsən, milena
insanları ona görə sevmirəm ki,
mən də insanam, onlardan biriyəm…
mən insanları ona görə sevirəm ki,
onlar mahnı oxumağı bacarırlar,
gitarada ifa edə, adamı sevindirə bilirlər Davamı…


Rəbiqə NazimqızıI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin II yer mükafatçısı (Müsabiqə mətni)

Tapıntı

sənə qədər bilmirdim
belə də ola bilər
hissə-hissə yaşana bilər məhəbbət.
məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi.
pencək əlləri çağırar. Davamı…


Ülviyyə HeydərovaI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi (Müsabiqə mətni)

Rüstəm babasının adını daşıdığından ona diqqət bacısıyla müqayisəyə gəlməz dərəcədə çoxuydu. O, uşaq kimi əzizlənər, səbirsiz olduğu üçün kiçik istəyi bir an hüzurunda hazır olardı. Amma hərdən istəməsə də arzularına qoşulub gözləmək məcburiyyətində idi.
Artıq bir aydır ki, istəklərindən biri son cərgədə gözləməkdən təngə gələrək özünü irəli çəkib birinci yerə keçmişdi. Elə o vaxtdan Rüstəmin gecəsi gündüzünə qarışmışdı, özünə yer tapa bilmirdi. Kəsəsi, o, ad günündə əminliklə noutbuk gözlədiyi halda atasının evə kompüterlə yox, tortla gəldiyini görüb, qəzəbindən dişlərini bir-birinə elə sıxdı ki, az qala onlar yerindən oynayacaqdı. Davamı…


cavidanI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi  (Müsabiqə mətni)

Səndə sığar ikən cahan
Sən bu cahana sığmadın…
Mənsə
Boyuna biçildim
Həm zamanın,
Həm cahanın…
Qoca Şərqdə
Gənc bir qadın
Nə yaşaya bilərdisə yaşayıram,
Öz xaçını
Tək daşıyan İsa kimi
Bir ömürlük məğlubiyyət,
Bir ömürlük məhrumiyyət
Daşıyıram… Davamı…


Fransada mühacirət həyatı yaşamış azərbaycanlı yazıçı, Fransa klassik ədəbiyyatının nümayəndəsi sayılan Ümmülbanunun ədəbi irsi Azərbaycana gətirilə bilər. Bunu “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, professor Həsən Quliyev “Mühacirət ədəbiyyatı kontekstində Rusiya-Azərbaycan ədəbi əlaqələri” mövzusunda Bakıda keçirilən beynəlxalq elm-praktik konfransda çıxış edərkən bildirib. Davamı…