Qaynar xəbər portalı

Kitab dünyası


Cavidan. Namə


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 437 oxunma

cavidanI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi  (Müsabiqə mətni)

Səndə sığar ikən cahan
Sən bu cahana sığmadın…
Mənsə
Boyuna biçildim
Həm zamanın,
Həm cahanın…
Qoca Şərqdə
Gənc bir qadın
Nə yaşaya bilərdisə yaşayıram,
Öz xaçını
Tək daşıyan İsa kimi
Bir ömürlük məğlubiyyət,
Bir ömürlük məhrumiyyət
Daşıyıram…
Gözüm nuru,
Ucalardan bir bax mənə,
Bax,
Ovcumun içinə necə mismar çalınmış,
Bax,
Ovcumun içindən necə qan damır yenə…
“ey daad, aman, ey daad…”
Oxuyur kimsə
Buludlardan o yanda…
“Özünü lənətə bandır,
Namazın oda at anda…”
Ey daad, aman, ey daad…

“Səni bu hüsnü cəmal ilə,
Bu lütf ilə görüb…”
Sənə də qıydı bu dünya…
Bir bax…
Insan insanı doğur burda,
Insan insanı boğur

Insan insanı
Torpaqda gizlədir
Tanrı görməsin deyə…
Adamlar Tanrıya yox,
Cənnətə can atırlar
Tanrısa gülümsəyir…
“Cənnət
Anaın ayaqları altındadır” deyir…
Sən də gülümsə…
Mənim ayaqlarım altda
Yer var…
Yerin altındasa
Tanrıdan gizlədilən
Adam balaları…
Ahh…
Ovcumun içindən
Necə qan damır yenə…

Gözüm nuru,
Sən onları bağışla…
Çünki onlar
Neylədiklərini bilmirlər…

İnsan Tanrının Yerə düşən SÖZüdür…

Öncə xaos vardı
onda çabalardım…
hər şey soyuq
hər şey donuq…
Səbəbsiz mərhəmət dolu

səbəb okeanındaykən

darıxdım…

darıxdım…

öz-özümə pıçıldadım:
SEV…
baharın ilk bazar günü…
öncə
səmaya vuruldum
sevdim
dəli kimi sevdim göyləri…

sonra
Günəşi sevdim
sonra
Ayı
ulduzları…
saçlarımı qarışdıran
küləklər də sevildi
sonra bütün canlılar,
mələklər də sevildi…
dərindən nəfəs aldım
havaya da vuruldum…

Ah!..
yadıma nələr gəlir…
sularda yuyunmağım…
əllərimi
belimi
ayaqlarımı sevdi Su
mən də Suyu sevdim…

elə çay sahilində
kiçik bir süfrə açdım
bir az çörək sevdim
bir az su
bir az bal…

sonra…
sonra
ney səsinə oyandım…
mən o səsi
axtarıb da hər tərəfə
boylandım
və gördüm ki
indiyədək sevdiklərim
rəqs edirlər
və gördüm ki
indiyədək sevdiklərim
dönüb məni sevirlər…
o ney səsi
ürəyimin içindəydi
düz-dünyaya yayılırdı
sevgi tək…
mən də təkdim
sevgi də…

kimsə mənə bənzəmirdi…

mən 40 gecə ağladım
tənhalığım
göz yaşlarım
diz çökdüyüm
torpaqlara qarışdı
övkələdim bu torpağı
tənhalığım
əllərimə qüvvət verdi
və mən
SƏNi yaratdım…

SƏN
MƏN idin…

gözlərində
saçlarında
səsində
öz ruhumdan
pay verdiyim nəfəsində
bir MƏN vardı…

Ah!
necə də gözəlmişəm!
Ah!
necə də sevimli…
bir andaca
mən sevdiyim
hər bir şeyi unutdum
səni
məni indiyədək
sevənlərdən uca tutdum…
heç kimsəyə
açmadığım
ürəyimi açdım sənə
“Gəl, içində yaşa…” dedim…

Sən
ömrümə belə gəldin…
Sən
qəlbimə belə girdin…
Sən
sevgimi belə aldın…
ürəyimdə
rəqs elədin səhər-axşam…

Sən
sevdiyim Günəşi də
Ayı da
ulduzları,
mələkləri
küləkləri
havanı da
suyu da
öz rəqsinlə
öz sevginlə məhv elədin
mən
hər dəfə
baxıb susdum
içim yandı
amma səni sevdiyimçin
yenə
yenə əhv elədim…

və bir səhər
ürəyimdə
ağrı duydum…
bu
Sən idin…
ürəyimi
ta kökündən
qoparmışdın…
al-qanıma bələnmişdi
dörd bir yanım…

niyə bunu elədin sən,
niyə, canım?…

səni alıb
olmadığım səhralara
sevmədiyim ümmanlara
atdım o gün…

və ağladım
və sızladım
dalınca…

mənsiz
ömrünə bax bir
sənsiz
günümə bax bir

“Dön…” deyirəm…
“Sən mənimsən…
sən mənə də
dönəcəksən”
söyləyirəm…

məni tənha qoyma burda…

olmadığım səhralarda
sevmədiyim ümmanlarda
dörd yana bax
yenə
məni görəcəksən
ocağının odundayam
çörəyinin
suyunun da
dadındayam…

məni tənha qoyma burda…

bulud kimi qaralmışam
sənə olan qəzəbim də
sevgidəndir
dön bax mənə
bu rəngimə
boyan da gəl…

bir kədərli ney səsinə
oyan da gəl…

yoxsa
yenə ağlayacam
göz yaşıma qərq olarsan
mənə
mənim özüm boyda
dərd olarsan…
dön deyirəm
sən mənimsən
sən
mənə də dönəcəksən
söyləyirəm

məni tənha qoyma burda…

REİNKARNASİYA

Bu mənim əllərim, bu ayaqlarım,
Bu mənim topuğum, bu da dizlərim,
Bu mənim tellərim, bu barmaqlarım,
Bu da ki, arxamca ayaq izlərim…

İlahi, bu görkəm, bu boy, bu sima
Mənim taleyimə düşüb beləcə,
Bu bədən adlanan paltarımı da
Ruhum soyunacaq dəli bir gecə.

Ruhum soyunacaq ölüm önündə,
Çılpaq varlığıyla nazlanar elə,
Ömrün son, ölümün ilkin günündə
Hər nə yaşamışdım, dönəcək külə…

Üşüdər ruhumu Tanrı baxışı,
Utanar özünün çılpaqlığından,
Yağacaq üstünə ulduz yağışı,
Dönər bu dünyaya söküləndə dan…

O gah alışaraq, o gah sönərək
Süzər səmalarda, quş kimi süzər…
Sonra da sakitcə Yerə enərək
Əyninə geyməyə bir bədən gəzər…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (5 səs, təxmini: 4.2 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, May 31st, 2008 tarixində 18:31 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

11 şərh var


  1. Serxan adlı istifadəçi, May 31, 2008 tarixində, saat 19:38 yazıb:

    ikinci seir xosuma geldi,
    Cavidan.Name- de maraqli seirdi.
    bu seir mene Ramiz Rovsenin Carmixdaki ISA seirini xatirlatdi.belke de tesirlenmedir?
    ucuncu seirde ise,ne bilim qeyri adi bir sey tapmadim.
    seni tebrik edirem.


  2. nurlane melikova adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 09:33 yazıb:

    birincini oxumaga sebrim catmadi amma ikincini cox beyendim. ucuncu de maraqli geldi-fikri ile uslub ise bu sheirde adami iteleyir.
    tebrikler cavidan…


  3. duman erdem adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 09:54 yazıb:

    salam.bir genc shairden hec bele mezmunlar gozlenilmir.eyer sende ilahiyyatdan isada musadan ne bilim taleden yazacaqsansa onda bes ramiz rovshenle senin ne ferqin var.bizim sherimiz goylerde yox belke yashadigimiz sheherde/metbexde.mistaraqda …bash vermelidi.mence eliminin melinaya birinci sheri hamisindan gozeldi


  4. şərif adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 09:17 yazıb:

    birinci şeir yaxşıdır. ikinci V.cebrayılzadənin, üçüncü isə r.rövşənin zəif, cavidana heç yaraşmayan imitasiyası.
    ehtiyatlı olmaq gerek!
    müsabiqə qalibi olmaq sadəcə bir mərhələdir.


  5. Novarg adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 09:34 yazıb:

    Sherif, GORA’ya baxmamish olmazsan, orda 4-cu element kimi taxta chixarir haa, Cem Yilmaz bir yerinden, bax, sen de imitasiya chixarma burda, sheirleri oxu, hezz al… Bosh şeylərə hemishe imkan tapacaqsan…


  6. S.M. adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 10:08 yazıb:

    Cavidan xanım, siz istedadlı və yəqin ki, səmimi şairəsiz. Ona görə mən bunu yazmağa özümü borclu bilirəm ki, sizə xoş sözlər yazıb başınızın altına yastıq qoyanlara inanmayasız. Mən müsabiqə qalibi olmuş şeirlərinizi oxuyandan sonra bu qərara gəldim ki, düzlüyünə ümid elədiyim adamlar belə yalançı çıxıblar. Bu şeirlər nəinki birinci heç beşinci yerə də layiq deyil. Xahiş edirəm, bu sözlərimi səmimi qəbul edin. Siz yaxşı yaza biləcəyiniz halda höcələmiyin və bu insanlara, jüriyə, heç kimə inanmayın. Sizi aldadıblar. Şeir yazın!


  7. R/N adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 12:54 yazıb:

    S.M. adli dostuma (deyesen, artiq sabiq olacaq) - adam qerezli olmaz…
    Ustelik, senin qerezin artiq tekce mene qashi deyil, Cavidana ve musabiqenin munsiflerine qarshi chevrilir…
    Belke, dayanasan?..
    Umid edirem bu, bu movzuda yazdigim son sherh olacaq…


  8. şərif adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 11:38 yazıb:

    novarq bey
    men sheire yalniz hezz menbeyi kimi baxmiram. Heyvani dushuncedir bu


  9. Novarg adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 12:04 yazıb:

    Rebiqe, yuxarida podruqan olan o arxadash kimdir…? Yoxsa siz tereflerde dostu adinin ilk herflerinden tanimaq adetdir…? Tepin dostlarina, dostlarimizla ishleri olmasin…


  10. terlan adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 19:23 yazıb:

    salam cavidan.sherlerin semimi olduqu ucun teshekkur.tesirlenmek qorxulu deyil,tesirlenmemek tamam basqa bir shey…


  11. Mirmehdi Agaoglu adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 20:14 yazıb:

    cavidan xanim menim uchun qisa sher yazarsinizmi?:) 1 anliq munsidflerin halina acidim

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: