I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin III yer mükafatçısı (Müsabiqə mətni)
m. üçün birinci şeir
aradakı 5 yaş fərqi narahat edir səni
hmmm…bilirəm
bilirəm dünyada fərqi olan o qədər şey var ki…
yaş nədir ki onların yanında?
bilirsən, milena
insanları ona görə sevmirəm ki,
mən də insanam, onlardan biriyəm…
mən insanları ona görə sevirəm ki,
onlar mahnı oxumağı bacarırlar,
gitarada ifa edə, adamı sevindirə bilirlər
onlar baqlıqqulağından insan çəkə bilirlər
qırmızı çaxır, dadlı pivə istehsal edirlər
amma mənə pivədən çox insan lazımdır
çünki mən tək qala bilmirəm…
Başa düşürsən, milena?…
təklik məni acından öldürər
havasız qoyar,
əlləri ilə boğar məni gecə yarısı
milena…gör bu şeirdə nə qədər mən var…
nə qədər sən…nə qədər insan…
ətrafımdakı insanlar it sürüsü kimi çox olsa da
mən darıxıram
onların sevgisi, sevgililəri darıxdırır məni
milena…
bilirəm, mən “yaxşı oğlanam”
yaxşı olmağın çətinliklərini çəkirəm,
dostlara pivə alıram mənimlə içsinlər deyə
dost olsunlar deyə
isanlara gülümsəyirəm
sevinsinlər deyə
yaxşı adam olmasam da,
elə görsənməyə çalışıram
tək olsam da
özümü elə göstərmirəm
amma
amma
amma…mən tənhayam, Milena
tənhalıq xoşbəxtlik deyil axı,
Aqşin yalan danışmışdı…
hər gecə sevgilisini aldatdığı kimi
şeirlərin birində də bizi aldatmışdı
mən Kafkaya da inanmıram, Milena
heç kim tənhalıqdan həzz alammaz
…bilirəm, mən əslində “yaxşı oğlanam”,
yaxşı olmağın çətinliklərin çəkirəm.
m. üçün ikinci şeir
sənə yazdığım şeir
niyə qafiyəyə meyillidir?
niyə qafiyələnməyə çalışır hər şey
niyə hər şey şərtlənməyə doğru addım atır
dünən sən gecikəndə
mən sənin şəkillərinə baxırdım
şəkillərin də özün qədər uzaqdır
oralar sənə yaddır
buralar mənə
burda məni
qara hicablı arvadlar
saqqallı qocalar qorxudur
qocalmış gənclik qorxdur
qaranlıq qorxudur burda məni
ehkamlarla kilidlənmiş beyinlər qorxudur
bu adamlar hər gün həyatıma girir
yuxuma girir, bezdirir burda hər şey məni
orda səni azad adamlar
orda səni şərqli olmağın qorxudur
orda səni mahiyyətin qorxudur
bir gün kökünə dönmək qorxusu var içində
qorx!
çünki
biz hələ də burda
seks sözündən utanırıq
biz hələ də motal qanunlarla yaşayırıq
qızlarımızı 14 yaşında ərə veririk
uşaqlarımızın oxumağa məktəbləri yoxdur hələ də
bizim hələ də işığımızı söndürürlər
qazımızı kəsirlər
biz hələ də möcüzə gözləyirik
seçki keçirdirik prezident seçirik
partiyalara üzv oluruq
mitinqlərdə döyülürük
biz hələ də rüşvət alırıq rüşvət veririk
qəzet oxumuruq
məğlub oluruq
bizim bir nömrəli problemimiz qarabağ
ikincisi bakirəlik məsələsidir
qarabağ dedim yadıma düşdü ki
minsk qrupunun həmsədrlərinə quzu ətindən kabab
tut arağı veririk tez-tez
bizim aramızda bir günəş qədər fərq var, milena
mənim günəşim batanda sənin günəşin doğulur
burda bizdə günəş heç vaxt doğulmur, həmişə batır…
m. üçün üçüncü şeir
…bu gün biz öpüşmədik
bu gün qar yedik göydən
bu gün biz yox -
əlcəklərimiz tutmuşdu əl-ələ…
bu günün- bilirdim-
sonu ağlamaqla bitəcək
bilirdim
gecə saat ikinin yarısı aqşinin şeirini
elə onun öz dilindən dinləyib
ağlayacaqdım
durub çıxıb getmək istəyəcəkdim evdən
sonra düşünəcəkdim ki
onunla eyni şəhərdə yaşamaq olar hələ ki
bu gün şəhərə yağan qar əridi
yağmaq istədi yenə, yağa bilmədi
milena!…
qardan zəhləsi gedən adam
şeir yazmaq istədi
amma yaza bilmədi…
şeir yaza bilmədi və ağladı…
ağladı ağlamağı sevən adam…
bu gün biz öpüşdük amma öpüş olmadı
qarın əriməyi oldu bu
qarın yağa bilməməyi oldu bu
mənim şeir yaza bilməməyim oldu bu!…
milena!
ölümü arzulamaq onu yaşamaqdan daha asandır
milena!…
sevgini arzulamaq sevməkdən daha yaxşıdır!
milena!
öpüşən adamları seyr etmək öpüşməkdən daha gözəldir!
milena!
bu şeirin arxasındakı adamın hisslərini duymaq üçün-
sən çox istedadlı olmalısan
milena!…
bu gün qar yağa bilmədi
biz yox əlcəklərimiz tutdu əl-ələ
biz yox dodaqlarımız öpüşdü…
milena
bu gün biz yox idik
iki nəfər başqası idi bizim əvəzimizə…
iki nəfər başqası
şəhərədə avarlanırdı
*
anam məni həyata avralanmağa göndərməmişdi!
« Rəbiqə Nazimqızı. Şeirlər. | Əsas səhifə | Qoyanın 130 il əvvəl oğurlanmış 3 əsəri İsveçrədə tapıldı »




Bölmə: 










pechorin adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 00:42 yazıb:
Birinci sheir elbette en ugurlu olanidir.
Ikinci sheirde maraqli yerleri var.
Her halda yash amilini de nezere alsaq, gozeldir demek ucun hec kim bizim qarsimiza sedd ceke bilmez.
nurlane melikova adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 10:03 yazıb:
tebrikler emin. xoshuma geldi her ucu.belke de ozun oldugun ucun bele gozeldir.
qeribe bir keder, qeribe bir umid hiss etdim.
men adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 13:23 yazıb:
cox zeif seirlerdi,milena-ciddi sozumdu
Fuad Dagli adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 18:47 yazıb:
Məncə bunlar hec şer deyil.
yelda adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 06:45 yazıb:
Elmin, ele semimi yazmisan ki, bu ŞEİRİ…
təsirlənməmək əlimizdə olmur. Əzizim, təbrik edirəm, ən azından öz yaşıdlarından fərqli düşünə bildiyinə görə… Nə yaxşı ki, sənin kimi gənclərimiz hələ var! Özün demış, bu şəhərdə yaşamağa hələ dəyər…
ZUZU adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 08:17 yazıb:
Milenaya 1-ci ser cox xosuma geldi.Tebriklier Emin, ugurlar sene
Çılğın adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 09:55 yazıb:
bu günün- bilirdim-
sonu ağlamaqla bitəcək
bilirdim…
Elmin, men ele bil bunlari hec oxumamiwdim, ya da bu anki hisslerime tuw gelmeliymiw….
Cox sagol! Yaza bilmediklerimi yazdigin ucun sagol!
S.S.S. adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 19:20 yazıb:
Slm.
Sorushmaq ayib olmasin,bu Milena kimdir axi belenci?
Bill adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 00:05 yazıb:
heqiqeten de chox gozel sheirlerdir..tebrik edirem !!!davamini gozleryirik !!!=)
qeza xidmeti adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 13:19 yazıb:
musabiqede bu sheirlerin yer tutmagi onu gosterir ki munsifler ya edebiyyatdan anlamir ya da nesimi ile mezelenibler
AYaz_Ata adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 14:47 yazıb:
P.S- ozune yaxhsi bax. Guzgude deyirem
pechorin adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 22:25 yazıb:
Esitdiyime gore, Milena2- artiq o uzaq memleketden qayidib bakiya. Gelib kult.az-a bir aciqlama verseydi zor olardi=)
Stilyaga adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 10:57 yazıb:
Axsamlar yatanda gucaqlama yastigi
Verdish eleyersen yumusakliga
Men sert adamam, Milena!
Ellerini izlesin gozlerin,
Qatil gurbanini izleyen kimi
Yoxsa…
Yoxsa,
Ellerin elimden surusher
Gozlerin yerinden duser
Men balikci sen de balik deyilsen, Milena!
Bu Eminin seiri deyil.
Amma ona cok oxsadi deyilmi?
Isteyirsiniz bir az da uzadim.
Bele seir yazmaga ne var ki…
Gor poeziya ne gune galdi…
Her sey bashayakdi.
Deyesen dunyanin sonu yaxinlasir…
terlan adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 18:46 yazıb:
salam! sheirler uqurludu, amma men bu sheirleri 1-ci defe 2-3 il bundan qabaq oxumushdum, 2-ci defe 3 gun bundan qabaq oxudum, 3-cu defe bu gun, 4 iyunda oxudum…sene uqurlar!
cinara adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 22:07 yazıb:
sair xalq, belke seirin fatehesini verek.yaxsi molla yeri bilirem. caqirimmi?
pechorin adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 12:26 yazıb:
men sheir nominasiyasinda 1-ci 2-ci yerleri tutan sheirleri oxuya bilmedim, amma bu seirler rahat getdi.
ne bilim, belke bunlar daha semimi ve daha realist olduguna gore bele oldu.
amma elmine meslehetim odur ki, bir-iki sheirden sonra nesre kecmeyin zamanidir.
elminin iki hekayesin oxumusham. cox beyenmisem. mence gelecekde nesre davam etse nese cixa biler ondan.
burda bezi serhler var ki genc yazara pessimizm ashilayir.
bele sherhleri yazmaq neye lazimdir.
ele seyler yazin ki hele 20 yashi olan bir gence hem xeyirli olsun, hem de bir az ona yaradiciliq hevesi getirsin.
tesekurlerle..
Mirmehdi Agaoglu adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 20:06 yazıb:
Sherde axiciliq var baxmayaraq ki qafiyeler yox derecesinde deir bu gun biz opushmedik qar yedik
super !
amma 3-cu sherin anam m,eni bu dunyaya avaralanmaqa gondermemishdi misrasi yersizdir onu gelecek neshrlerde chixartsa yaxshi olar