I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin II yer mükafatçısı (Müsabiqə mətni)
Tapıntı
sənə qədər bilmirdim
belə də ola bilər
hissə-hissə yaşana bilər məhəbbət.
məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi.
pencək əlləri çağırar.
mən bilmirdim
insanlardan daha çox aradakı məsafə çığırar,
ağrıyar çıxılmazlığa.
Bilmirdim, barmaqlardan da almaq olar dodaqların hərarətini.
Soyuq həmişə isinməyə işarə deyil,
qaranlıq yaxınlıq üçün deyil həmişə.
İndi çox şeyi bilirəm
və məəttəl qalmıram bu işə…
Qızım üçün
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
Siqaret
Bir çimdik tütünə dönüb,
siqaret kağızına bürünüb
yanına gəlsəm…
Əlində kirisəm…
Sıxıb məni barmağınin arasında
O üz-bu üzə çevirsən…
Yandırsan məni kübritinlə…
Saçlarına, köynəyinə hopsam…
Barmaqların toxunsa kağız paltarıma…
Nəfəsinə keçib sevilsəm-sevinsəm…
Çəksən qoxumu ciyərinə…
Təpəmdən şıxan tüstüdən dadsan…
Axırda söndürməkcün yanğımı
kötüyümü külqabıya uzadarsan…




Bölmə: 










men adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 13:26 yazıb:
Siqaret seiri menim ucun birincidir.TEBRIKLER
cavanşir yusifli adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 19:01 yazıb:
“Qızım üçün” şeirini çox yaxşıdır. “Çox” deyəndə diksinirəm, birdən sakitlik, bəli, hüznlü sakitlik pozula bilər…
Qanturalıdan icazə istəmək yadımdan çıxdı…
şərif adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 09:53 yazıb:
“qızım üçün” şeirini gərək ki sitelerin birində də oxumuşdum. burda oxuyanda nədənsə məni lap çox təsirləndirdi (iştə ovqat). Şeirdə adamı çıldırdacaq bir qüssə var. elə-belə yox, həyatın nə olduğunu bilən, onu dadan bir insanın qüssəsi. əcəba xoş münasibətli bir xanımda bu hardan?
insanı ilk baxışdan tanımaq olmur görünür.
hətta deyim ki, şeir məni təsirləndirdi. bəlkə də mənim də qızım var, ona görə…
Zaur adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 10:14 yazıb:
Ilk defe sigaret haqqinda sheire Nuride Ateshinde rast gelmishdim. Ancaq Rebiqe xanimda daha dolgun ve medenidir.
Tebrik edirem
Hormetle,
pechorin adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 00:07 yazıb:
Rebiqe, gozel, gozel ve gozel yazirsan..
cinara adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 01:10 yazıb:
Zeif sherlerdir. (siqareti cixmaqla) Bir vaxtlar N. Ateshini, Naringulu, Xatireni, Aqnuru ve s. da yaman terifleyirdiler Deyesen onlar debden dushub axi…
qeza xidmeti adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 13:23 yazıb:
bax buna varam
Stilyaga adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 13:36 yazıb:
Siqaret seiri cox gozeldir.
Hem semimi ve hem tesirlidir, hem de gadin dsuncesi, zerifliyi, komeksizliyi duyulur bu seirde.
Aferin Rebiqe!
Hele yolun basindasan!
Ugur olsun!
dost adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 14:24 yazıb:
eslinde, gizli aqresiya var o sheirde - Siqaretde… bir sira diger sheirlerde olan kimi…
dost adlı istifadəçi, İyun 5, 2008 tarixində, saat 14:29 yazıb:
ve mence, bu uch metnden en yaxshisi, @Tapinti@di
duman erdem adlı istifadəçi, İyun 6, 2008 tarixində, saat 13:45 yazıb:
bravo rebiqe.siqaret sherin eladi.axiridia daha cox gozel qurtarir
Məxfi adlı istifadəçi, İyun 25, 2008 tarixində, saat 11:05 yazıb:
“bir az ağlamalıdı…”