Ülviyyə Heydərova. Noutbuk

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Mayıs, 2008

Ülviyyə HeydərovaI “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi (Müsabiqə mətni)

Rüstəm babasının adını daşıdığından ona diqqət bacısıyla müqayisəyə gəlməz dərəcədə çoxuydu. O, uşaq kimi əzizlənər, səbirsiz olduğu üçün kiçik istəyi bir an hüzurunda hazır olardı. Amma hərdən istəməsə də arzularına qoşulub gözləmək məcburiyyətində idi.
Artıq bir aydır ki, istəklərindən biri son cərgədə gözləməkdən təngə gələrək özünü irəli çəkib birinci yerə keçmişdi. Elə o vaxtdan Rüstəmin gecəsi gündüzünə qarışmışdı, özünə yer tapa bilmirdi. Kəsəsi, o, ad günündə əminliklə noutbuk gözlədiyi halda atasının evə kompüterlə yox, tortla gəldiyini görüb, qəzəbindən dişlərini bir-birinə elə sıxdı ki, az qala onlar yerindən oynayacaqdı. Söz yox ki, atasının kompüter almaq niyyəti vardı (əlbəttə, o, heç cür oğlunun gecədən səhərə kimi internetklubda atılıb qalmasına razı olmazdı), sadəcə kreditlə götürdüyü maşının ödənişi bitmədiyindən Rüstəmin arzusunu bir ay da gözlətməli olmuşdu.
Nəhayət, bu gün noutbuk gəlin tək “xoş qədəmləriylə” evlərinə təşrif buyurdu. Axır ki, Rüstəm kefinə düşəndə küçənin ortasında, çıxılmaz vəziyyətdə isə ayaqyolunda da internetlə yazışmaq şansını qazana bildi. Neçə vaxtdı o, bu istəklə yatıb, bu istəklə dururdu.

Davamı: http://www.lit.az/kitabxana/Lit.az-noutbuk.zip

Hekayə nominasiyasında digər qalib yazarların mətnləri:

II yer. Sevinc Çılğın.
III yer. Jalə İsmayıl.

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Ülviyyə xanımı təbrik edirem. Heakye ise cox gözəldir. 1 ay bundan qabaq oxumuşdum təsuratlarım çox gözəl. Uğurlar……..

  2. Menasiz hekayedir.

    Hayf 40 deqiqeme ki, bunu oxumaga getdi…

  3. eladi uli seklin inkisaf etmisen.

Şərh yazın