Fransada mühacirət həyatı yaşamış azərbaycanlı yazıçı, Fransa klassik ədəbiyyatının nümayəndəsi sayılan Ümmülbanunun ədəbi irsi Azərbaycana gətirilə bilər. Bunu “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, professor Həsən Quliyev “Mühacirət ədəbiyyatı kontekstində Rusiya-Azərbaycan ədəbi əlaqələri” mövzusunda Bakıda keçirilən beynəlxalq elm-praktik konfransda çıxış edərkən bildirib. Onun sözlərinə görə, Ümmulbanunun arxivi onun həmkarlarında toplanıb: “Onlar həmin qiymətli sənədləri Azərbaycan arxivlərinə satmaq təşəbbüsü ilə çıxış ediblər. Arxivlərin isə bunu almağa imkanı yoxdur”. Qeyd edək ki, konfransda Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələri Qurban Səid və Ceyhun Hacıbəylinin rus ədəbi ictimaiyyəti ilə əlaqələrindən də söhbət açılıb. //APA
« Uşaqlar kinoda | Əsas səhifə | Cavidan. Namə »




Bölmə: 








