İlə görə arxiv: Mayıs 2008
Səhifələr: 2 -dən 5 qədər«12345»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Mayıs, 2008
Yazıçı Kamal Abdullanın Fransada sayca ikinci kitabı nəşr olunub.
«Parlons Azerbaidjanais» – «Azərbaycan dilində danışaq». Fransanın «Harmattan» nəşriyyatında nəfis tərtibatla çap olunmuş sözlük-məlumat kitabı belə adlanır. Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev və Fransalı alim Mişel Malerbdir. Kitab Fransanın məşhur Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda(«İNALKO») və digər ali təhsil ocaqlarında Azərbaycanşünaslıq üzrə təhsil alan [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 375 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Mayıs, 2008
Sevməyi səndə gördüm
Dərd çəkməyi
Həsrətdən qovrulmağı
Nigarançılığı
Səndə gördüm
Peşmançılığı da səndə gördüm
təkcə
günahı səndə görmədim.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 840 oxunma | 7 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Mayıs, 2008
61-ci Kann festivalı başa çatıb. Festivalın ali mükafatı olan “Qızıl palma budağını” 1987-ci ildən ilk dəfə olaraq bir fransız filmi- rejissor Loran Kantenin “Sinif” (“Divarlar arasında”) filmi qazanıb.
Müəllimin yuxarı sinif şagirdləri ilə münasibətlərindən danışan film gənclərin müasir fransız cəmiyyətinə çətin inteqrasiyası problemlərinə müraciət edib. Filmdə Fransanın ən iri meqopolislərinin ucqarlarında hazırki böhranın, həmçinin fransızların müxtəlif [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 469 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Mayıs, 2008
İyun ayında “Kultaz” Mədəniyyət Portalının 1 yaşı tamam olur. Bu münasibətlə portalımızda yeni bir lahiyəyə başlayırıq. Lahiyə çərçivəsində “Kultaz”da ayda bir dəfə xüsusi HƏFTƏlər keçiriləcək: tənqid həftəsi, kino həftəsi, teatr həftəsi və s.
Bu həftələrdə seçdiyimiz mövzu portalda ana xətt təşkil edəcək, yerləşdirilən materiallar daha çox həmin sahəyə, o sahə ilə məşğul olan insanlara və problemlərə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 298 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Mayıs, 2008
Hektarına yüz manat verəcəyəm, dedi, amma təkbaşına iyirmi hektarı çala bilməzsən, qonşu kənddən də kömək çağırım. Heç kimi çağırma, etiraz elədi, otu özüm çalacağam. On günə qurtaracaq, on birinci gün gedəcəyəm.
Ən yaxşı ot çalan gün ərzində yarım hektar çalırdı, on günə qurtaracaqdısa, gündə iki hektar ot çalmalıydı. Meşənin ətəyindəki biçənəyin ucu-bucağı görünmürdü, on günə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 755 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Mayıs, 2008
KultAz: Qazax rejissoru Sergey Dvortsevoyun Kann festivalının “Xüsusi baxış” pralel proqramında nümayiş olunan “Tülpan” filmi “Gənclik” xüsusi mükafatını qazandı.
Fransa nazirliyi tərəfindən təsis olunan mükafat 1982-ci ildən bəri Kann kinofestivalı çərçivəsində təqdim olunur. Mükafat 16 yaşdan 25 yaşa qədər olan yeddi gəncdən təşkil olunmuş xüsusi jüri tərəfindən ilk addımlarını atan rejissorlara verilir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 316 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Mayıs, 2008
Baş nazirin müavini Elçin Əfəndiyev və Mədəniyyət Nazirliyi onlara göndərilən siyahıda “plastik əməliyyat” aparıb
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir illik prezident təqaüdünə təqdim etdiyi yazıçı və şairlərin siyahısı Mədəniyyət və Turizm Nazirliyində ixtisara məruz qalıb. Bu haqda “Şərq” qəzetinin dünənki sayında dərc edilmiş məqalədə deyilir. Qəzetin yazdığına görə, ötən ilin avqustunda yaradıcı [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 499 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Mayıs, 2008
3-cü sərxoş da ötdü məni
Səndələyə-səndələyə.
Bütün meydanların
sonbeşiyidir bu meydan!
Bayquş dilində danışır ətrafım;
mənim dil xətalarım
bu meydanlara sığışmaz !
Bütün sərxoşlara
hörmət əlaməti olaraq baş əyirəm
və üzərimdə silah gəzdirirəm…
Mənə
ürək lazımdır, ürək…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 697 oxunma | 7 Şərh var
Açar sözlər: Nurəddin Şaya
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 24 Mayıs, 2008
Rasim Qaraca
rasim.karaca@gmail.com
Bir inşaat mühəndisi tanıyırdım, inşaatı dövləti idarə edərcəsinə yönləndirərdi, bir dəfə elə beləcə də demişdi: “İnşaat işi at yarışı kimidir, qapı açılır, bizim at sağ tərəfə gedir. Niyə? Mən səhər otlamamışam”.
Dövlət qurmaq da at yarışı kimidir, millət olmaq da (millət gərək yaxşı otlasın, yarışa qatılmağa gücü olsun).
Eyni zamanda yazarlıq, hətta qəzet buraxmaq da buna [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.335 oxunma | 24 Şərh var
Açar sözlər: Rasim Qaraca
Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 23 Mayıs, 2008
Seymur Baycan
Misima avtobioqrafik romanında yazır: “Bir dəfə uşaqlarla müharibə oyunu oynayırdıq. Uşaqlardan biri divarın arxasından çıxıb məni tüfənglə vurdu. Mən sakitcə öldüm. Uşaqlar mənim belə sakitcə ölməyimə etiraz etdilər. Onlar qışqıraraq ölməyimi istəyirdilər. Düşündüm ki, nə vaxtsa məni gülləylə vursalar, bax, belə sakitcə öləcəm”.
Hörmətli Sabir bəy! Sizin İranın dini lideri cənab Xamneyiyə ünvanladığınız açıq məktubu [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 2.244 oxunma | Şərh yoxdur »
Açar sözlər: Seymur Baycan
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 23 Mayıs, 2008
Aydın Talıbzadə
Şeirlər yalan deyə bilər…
Romanlar yalan danışa bilər…
Qəzetlər yalan yaza bilər…
TV-lər yalan söyləyə bilər…
Divar yazıları yox…
Onda sən divar yazılarını oxu, məmləkətim: özünü tanıyacaqsan. Qorxma, bu sənsən və Zahir Əzəməti də sən doğmusan.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.251 oxunma | 11 Şərh var
Açar sözlər: Divar Yazıları
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 23 Mayıs, 2008
Cavanşir Yusifli
İllər uzunu mən bu sual ətrafında düşünmüşəm. Sualın müəyyən cavabı və təfərrüatları özümə bəlli olsa da, onları tam şəkildə üzə çıxarmağa sadəcə ərinmişəm, prosesi izləmək “xəstəliyi” üstün gəldiyindən susmağı üstün saymışam. Ancaq prosesə dalmağın özü də bir xəstəlikdir və əslində uzun illərin düşüncələrindən bu hasil olub ki, mən dəhşətli bir xəstəlik haqqında yazırmışam. İndi [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.866 oxunma | 67 Şərh var
Açar sözlər: Cavanşir Yusifli
Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 23 Mayıs, 2008
Aliyə
Əziz oxucular, yəni həm də teletamaşaçılar, köşədaşlar, diribaşlar, heç özəl telekanallarımızda yayımlanan əyləncəli zarafat verilişlərini seyr etdinizmi? Bu tip verilişlərin səviyyəsi barədə düşündünüzmü? Onların insanı aşağılamaq kimi kobud bir tedensiyasını duydunuzmu?
Küçədə-bacada veriliş hazırlayan əyləncə proqramlarının müəllifləri, ciddi söz yiyələrinin «bayağı, ucuz» adlandırdığı zarafat verilişlərinizlə tarix üçün nələr etdiyinizin fərqindəmisiniz? Düzdür, sizin şəhər sakinlərinə və qonaqlara [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 805 oxunma | 2 Şərh var
Açar sözlər: Televizor
Yazar: Admin | Bölmə: Teatr | Tarix: 23 Mayıs, 2008
XVIII yüzilliyin ilk rübündə yaranan Danimarka Milli Teatrı, dünya əhəmiyyətini Lüdviq Holberqin yaradıcı fəaliyyəti sayəsində qazanır.
XVI-XVII əsrlərdə meydana çıxmış ayrı-ayrı dramaturji əsərlər hələ ədəbi-səhnə ənənələrini tamlıqla ifadə etmirdi. Buna rəğmən bu əsərlər Danimarka milli teatrının növbəti təsdiqinə kömək etdi. Elə həmin dövrlərdə (16-17-ci əsrlər) Danimarkada qastrolçu qismində ilk professional aktyorlar – ingilislər peyda olur. Onlar [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 534 oxunma | Şərh yoxdur »
Açar sözlər: Holberq
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Mayıs, 2008
Mükafatların təqdimetmə mərasimi 29 may tarixində BMM-də baş tutacaq
16 may tarixində açıqlanmış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin 10 finalçısından birinin iştirak hüququ ləğv edilib.
Bu, şeir nominasiyasında münsiflərin dəyərləndirmələri nəticəsində ilk beşliyə daxil olan İltifat Köçərlidir. Müsabiqənin şərtlərinə görə, hər bir nominasiya üzrə yalnız kitabı dərc olunmayan müəlliflər iştirak edə bilərdi.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 474 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Mayıs, 2008
Hayıf
Əlimin qırışında
Yeriyən vaxta hayıf.
Saçımın yatışında
Taxta hayıf.
Köynəyimin rəngi ilə
Solur vaxt
Ayaqqabım tozlandıqca
Ölür vaxt
Hayıf, hayıf deyən
Dilinə hayıf.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.518 oxunma | 64 Şərh var
Açar sözlər: Qəşəm Nəcəfzadə
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Mayıs, 2008
Mayın 28-dən iyunun 1-dək Amsterdamda keçiriləcək qısametrajlı filmlərin beynəlxalq festivalında Azərbaycan da iştirak edəcək. Festivalda ölkəmizdən “Dərviş” Prodüser Mərkəzinin istehsal etdiyi “Ev” filmi də iştirak edəcək. Rejissor Asif Rüstəmovun məlumatına görə, daha öncə film Rotterdam beynəlxalq festivalının qonağı olub.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 323 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Mayıs, 2008
“Çaşoğlu” nəşriyyatı filologiya elmləri namizədi Gülşən Əliyeva-Kəngərlinin “Azərbaycan füzulişünaslığı” monoqrafiyasını çap edib.
Azərbaycan füzulişünaslığı haqqında bu ilk fundamental monoqrafiya alimin “Çağdaş poeziya və klassik irs”, “Poetika məsələləri”, “Füzuli sehri”, “Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi”, “Azərbaycan füzulişünaslığının təşəkkülü” kitablarından və 100-ə yaxın elmi-nəzəri məqalələrindən sonra növbəti tədqiqat əsəridir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 297 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Kino | Tarix: 20 Mayıs, 2008
Aydın Talıbzadə
Qoy heç bir kino sənətçisi məndən inciməsin. Mən heç kimin xətrinə dəymək istəmirəm. Amma neyləyim ki, faktı qeyd eləməsəm olmaz. Azərbaycanda son 25 ildə çəkilmiş heç bir bədii film öz masştabına, vizual mədəniyyətinə və epik genişliyinə görə “Hökmdarın taleyi” filmiylə müqayisəyə gəlmir. Tarixi mövzunun adekvat bədii ekran həllini tapmaq və onu gerçəkləşdirmək bizə həmişə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 940 oxunma | 8 Şərh var
Açar sözlər: Aydın Talıbzadə
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Mayıs, 2008
KultAz: Məşhur rus şairəsi, populyar mahnılar müəllifi və Moskva Yazıçılar İttifaqının birinci katibi Rimma Kazakova dünən 77 yaşında dünyasını dəyişib.
“Perxuşkovo” sanatoriyasına istirahətə yollanan şairənin ölümünün səbəbinin ürək damarında qopmuş tromb olduğu bildirilir.
1932-ci ilin yanvarın 27-də Sevastopolda hərbçi ailəsində anadan olmuş Kazakova 1954-cü ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 337 oxunma | Şərh yoxdur »
Açar sözlər: Rimma Kazakova
Səhifələr: 2 -dən 5 qədər«12345»