İlə görə arxiv: Haziran 2008
Səhifələr: 1 -dən 5 qədər12345»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Haziran, 2008
KultAz: Bu gün Beynəlxal Mətbuat Mərkəzində tanınmış şair Vaqif Bayatlı Odərin yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib. 500 tirajla çap olunan kitab “Yumyumru bir eşq ilə” adlanır. Kitaba şairin son illərdə yazdığı şeirlər toplanıb.
Onu da bildirək ki, müəllif kitabını oxuculara pulsiz paylamaq niyyətindədir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 826 oxunma | 2 Şərh var
Açar sözlər: Vaqif Bayatlı Odər
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Haziran, 2008
ALOV
a.eyvazova@yahoo.com
Günlərin bir günü Sıfır diyirlənə-diyirlənə gedərkən yol kənarında daşın üstündə kədərlə oturub burnunu sallayan Birə rast gəldi. Sıfır birtəhər dayanıb Birin kədərinə şərik olmaq istədi.
– Noolub? Qaş-qabağını niyə tökmüsən?
Bir gözlərini bir anlığa Sıfırın boşluğuna zilləyib yenidən burnunu salladı, acı-acı fikirləşməyinə davam elədi.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 603 oxunma | 8 Şərh var
Açar sözlər: Alov
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Haziran, 2008
Səmimiyyətin- səfalətin bitənə qədərdi
Silahının son patronu,
Gözəlliyinin bitiş akkordları
İçində gizlətdiyin vəhşi sevilmək şiddətini
Ovutdugun gün dünyadan soyuyacaqsan.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.048 oxunma | 12 Şərh var
Açar sözlər: Günay
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Haziran, 2008
Güllər necə tər, necə qəşəng idilər
Sizə bir əhvalat danışmaq istəyirəm. Amma haradan başlayacağımı, harada qurtaracağımı belə bilmirəm. Əyləncəli bir şey danışacağıma da söz vermirəm. Axır vaxtlar güllər mənim beynimi çox məşğul edir. Fikrim elə güllərdədir. Tez-tez Turgenevin məktəb illərində hansısa jurnallardan birində oxuyub bəyəndiyim mənsur şeirini zümzümə edirəm: “Güllər necə tər, necə qəşəng idilər”. [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 866 oxunma | Yorumlar kapalı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Haziran, 2008
İyulun 1-dən etibarən Bakıda Gənc Yazıçılar Məktəbi fəaliyyətə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, bu layihə Nazirlik və Yazıçılar İttifaqı tərəfindən prezident İlham Əliyevin istedadlı gənclərə yardım barədə sərəncamı çərçivəsində reallaşdırılacaq.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 540 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 26 Haziran, 2008
KAMANÇA SUSUB DIL AÇILANDA PAXIR DA AÇILIR
Maksim Qorkinin sözləridir: “Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər”. Könül istərdi ki, ağsaqqal bir adamı, tanınmış sənətkarı, xalq artistini haçansa vicdan mühakiməsi qarşısında boynu bükük görməyəsən.
Və bu ağsaqqal sözü təkcə ağ saç-saqqalı özündə ehtiva etmir; müdriklik, kamillik və s. mənəvi-əxlaqi yetkinliyi [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.089 oxunma | 19 Şərh var
Açar sözlər: Xuraman Hüseynzadə
Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 26 Haziran, 2008
Qan Turalı
Aqil Abbasın dolu romanı haqqında
Aqil Abbasın “Dolu” romanı bir neçə aydır dərc olunub. Bu yaxınlarda isə romanın kitab variantı nəşr edildi. Roman haqqında xeyli məqalə dərc edilsə də, romanın polemika doğurduğunu söyləmək mümkün deyil. Çünki dövri mətbuatda dərc olunan məqalələr birmənalı şəkildə tərif və mədhiyyə xarakteri daşıyır. Amma özü-özlüyündə bu da rezonansdır. Eyni [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.235 oxunma | 8 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Haziran, 2008
Dilək
Dan yerində çaparkən
Qızıl qanadlı buludlar,
Yolumuza çıxdı
Gözü fosforlu göy atlar.
Bəlli, qaçmışdılar gecə boyu.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 803 oxunma | 6 Şərh var
Açar sözlər: Kəmalə Nəsrin
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Haziran, 2008
YUĞ teatrı “Mən, Məhəmməd Füzuli” layihəsini başa çatdırır. İyunun 28-də teatr layihənin son tamaşası olan Günay Səttarın quruluşunda hazırlanan “Yar” tamaşasının təqdimatını keçirəcək. Teatrdan verilən məlumata görə, bununla da teatr mövsümü başa vuracaq.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 523 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 26 Haziran, 2008
Hər bir istedadlı sənətkarın öz yolu, öz məktəbi olur. Müşfiqin də öz yolu, öz məktəbi vardı. Elə bir yol ki, o yolu kimsə gedə bilməz və elə bir məktəb ki, orada şagird olmaq, o məktəbin müdavimi olmaq şərəfdir. Bəlkə YOL sözü kimsəyə qəribə gəlməsin, bu sözü Müşfiq kimi sənətdə öz dəst-xəttini, üslubunu və bənzərsizliyini təsdiq [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.003 oxunma | 13 Şərh var
Açar sözlər: Vaqif Yusifli
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Haziran, 2008
«GÜLSATAN QIZ»: Həmid bəy…
H.H. Dönə-dönə xahiş edirəm bütün forum iştirakçılarından, özəl arzumdu, mən kommunist- leninçiyəm, «bəy» xitabı tam yaddır mənimçün. «Yoldaş Herisçi», hə, bu başqa məsələ, mərhum Pişəvəri, bütün Təbriz fədailəri atama həmişə bu cür müraciət edərmiş vaxtiylə. Gəlin bu inqilabi sol ənənəni bərpa edək yenidən.
«GÜLSATAN QIZ»: Siz deyən olsun, yoldaş Herisçi. İndi, bax elə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.081 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 24 Haziran, 2008
Hər şey ondan başladı ki…
Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan soydaşımız, tanınmış iş adamı, «Polisya» şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuz da o vaxta qədər Abbasov qardaşları sosial yönlu onlarla layihə həyata keçirirdilər. [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 408 oxunma | Yorumlar kapalı
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Haziran, 2008
Gəncliyin üsyanı
Dayandırın yağışı,
Günəşi susdurun,
Biz, köpəkləri təpiklə döyüb öldürən,
Amansız adamların arasında doğulmuşuq…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 829 oxunma | 9 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Haziran, 2008
ÖLÜM VİRUSU
Özü də öz ixtirasına mat qaldı Məllim.Telefona elə bir proqram yükləmişdi ki… Qalırdı təcrübə. Çox da neynim-neceliyim vəziyyətində qalmadı. Götürüb polis rəisinə zəng elədi.
- Ay əclaf, gör “Zəngimsell”-dən nə yazdırıb!
“Mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, mən azərbaycanliyam”- azı yeddi-səkkiz dəfə dahi rəhbər bu dahiyanə sözünü təkrarladı.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 677 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Haziran, 2008
MƏNDƏ SIĞAR NEÇƏ CAHAN?
…Mənnən inciyən dostlar ,
unutduğum tanışlar,
və mənə “vəfasız” deyən sevgilim…
qayıdın gəlin.
bu gün hamınıza yer var
qəlbimin ağrılarında…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 648 oxunma | 10 Şərh var
Açar sözlər: Sərxan Xəzər
Yazar: Admin | Bölmə: Kino | Tarix: 22 Haziran, 2008
«Şərq-Qərb» festivalından xırda-para qeydlər
Aliyə
«Şərq-Qərb» kinofestivalı paytaxtın son illərdə canlanan kino həyatında sıradan bir hadisə olsaydı, bu barədə adi bir informasiya – rəy yazılmış olardı və bununla da məsələ bitərdi. Bu hər il keçirilən festivalı sıradan bir hadisə olmağa qoymayan məqamlar yalnız məşhur Zanussinin kino sevərlərlə görüşü, Azərbaycan kinoteatrını hər seansda daşdıran «qonaq» filmlər deyildi, həm [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 578 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Haziran, 2008
Bir, iki, üç…
pəncərələri sayıram.
Sənin pəncərəndə
qurtarır işıq.
…Üç, iki, bir.
İndi tərsinə sayıram.
Sənin pəncərəndən
başlayır qaranlıq.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 812 oxunma | 13 Şərh var
Açar sözlər: Mahir Mehdi
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Haziran, 2008
- Dostum, bağa işləməyə gedərsən?
Bu «dostum» sözünün tələffüzündə elə bir şey vardı ki, onu incitdi. Amma o, əlavə düşüncələrə qapılmağa özünə imkan vermədi, sürücünün sualını əlüstü cavablandırdı:
- Gedərəm.
- Onda gəl otur maşında.
Sonra sürücü daha iki nəfərə barmağını tuşladı, onlar da keçib maşında əyləşdilər.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.027 oxunma | 15 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Haziran, 2008
Azərbaycan Yazıçılar Birliyində təmir işləri davam etdirilir. Artıq binanın dördüncü və üçüncü mərtəbəsində işlər tamamlanmaq üzrədir. AYB-nin su, kanalizasiya, istilik sistemləri quraşdırılıb, dam örtüyü dəyişdirilib və binanın içi tamamilə yenilənib. Bu barədə birlik sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 559 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Haziran, 2008
***
Elə bu şəhərdə
elə bu yerdə
icazəsiz aksiyaların birində
polis dəyənəyiylə sənin aranda
duranda sevmişdim səni
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.277 oxunma | 26 Şərh var
Açar sözlər: Taleh Şahsuvarlı
Səhifələr: 1 -dən 5 qədər12345»