KultAz: Fransisko Qoyanın 3 rəsmi Londonda auksiona çıxarılacaq. Buna qədər isə bu əsərlər 131 il ərzində İsveçrədə adı açıqlanmayan şəxsi kolleksiyaların birində “yatırmış”. Sonuncu dəfə bu əl işləri 1877-ci ildə Parisdə auksionda qeydiyyatdan keçib. Ekspertlər bildirir ki, bu əl işləri Qoyanın sonuncu dəfə 30 il əvvəl auksiona çıxarılan əsərlərindən olduqca dəyərlidir. Qoyanın eskizləri heç bir zaman çərçivəyə salınmadığı və günəş şüalarından uzaq olduğu üçün yaxşı vəziyyətdə qalıb. Bu əsərlər Qoyyanın bitib-tükənməz fantaziyalarını əks etdirir. Eskizlərlərdən biri rəssamın «İfritə və qadın» albomuna aiddir. Əsərdə havada uçan dörd qadının davası təsvir olunur.
Digər «Konstebl Lampinos ölmüş atın içində» adlanan eskiz «İspaniyanın obrazı» adlı albomuna daxildir və XVII əsrdə Saraqosada baş verən kəndli üsyanından bəhs edir. Üçüncü rəsm də eyni alboma daxildir və «Tövbəli» adlanır. Əsərdə dua edən insan təsvir olunur.
Onu da bildirək ki, əsərlərin satışı ilə ilə bağlı auksion iyulun 7-də keçiriləcək. Onların ilkin ümumi dəyəri 2 miln funt-sterlinqdir.


İyn
1
Qoyanın 130 il əvvəl oğurlanmış 3 əsəri İsveçrədə tapıldı
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 92 oxunma 








