İyn
2
Ülviyyə Heydərova: “Mən «Noutbuk»u bitirəndən sonra gözləyirdim ki, özümün noutbukum olsun”
I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin “ədəbi tarixçəsi” elə də uzaqlara gedib-çıxmır. Əslində, hər birisi ədəbiyyatımız üçün yeni imzalardır. Bu imzaların nə qədəri ədəbiyyatmıza sahib çıxacaq? Ədəbiyyatın özü onların neçəsinə yer ayıracaq?… Bütün bunlar gələcəyin işidir. Hələ ki, bu gənclər işıqla, istedadla doludurlar. Onları tanımaq, tanıtmaq və dəstək olmaq görəvi isə bizlərin üzərinə düşür. Beləliklə, ilk təqdimatımız Müsabiqənin hekayə nominasiyasında I yerin qalibi Ülviyyə Heydərovadır. Ülviyyə xanım müsabiqəy “Noutbuk” hekayəsi ilə qatılmışdı ki, mətnlə artıq tanışsınız…
- Ülviyyə xanım, ara-sıra hekayələriniz çap olunsa da, ədəbi camiə üçün yeni imzasınız. “Nəsimi” mükafatının qalibi olmağı gözləyirdinizmi?
- Ümumiyyətlə, hər hansı bir yazı yazanda düşünmürəm ki, bu mənə hansı uğuru və yaxud da uğursuzluğu gətirəcək. Mənə elə gəlir ki, bu haqda düşünməyə belə, dəyməz. Davamı…
İyn
2
(Tənqid həftəsi)
Həmişə göz qabağında olan müstəvilər sürüşəndə və biz qəfildən özümüzü başqa bir məkanda gördükdə şikayətlər başlanır: dünya dəyişib, hava çirklənib, ekologiya korlanıb və sair. Bu halda əvvəlcə hadisəyə səbəb olan arqumentlər deyil, sadəcə meydana gəlmiş nəticələr çözülür. Bir-bir, ardıcıllıqla söylənən faktlar burulğanında itmək, batmaq qorxusu yarananda beynimizə batır ki, səbəb və arqumentləri açıb təhlil etmək lazımdır. İnsan yalnız boğulmaq məqamında SƏBƏB axtarır və bunu da xilas naminə edir. Ancaq səbəbin axtarılması və sonda tapılması doğrudanmı XİLASdır? Bəzən ölüm də xilas libasında gəlir… Davamı…
İyn
2
KultAz: Akademik Milli Dram Teatrının binası yenidən və əsaslı təmirə bağlanıb. Dünən teatr öz səhnəsində son tamaşasını göstərib. Yenidənqurma işləri üçün binaya 400 tona yaxın avadanlıq gətirilib. Bunlar döşəmənin qalxıb enməsi, pərdələrin mexaniki açılıb bağlanması üçün avadanlıqlar, müasir səs ötürücüləri və işıqlardır. Bu avadanlıqlar teatrın müasir standartlara uyğun olaraq kompyuterləşməsi üçün nəzərdə tutulub. Təmir zamanı binanın memarlıq xüsusiyyətləri də saxlanılacaq. Teatrın qarşısında isə yeni bir fəvvarənin inşa edilməsi nəzərdə tutulub. Davamı…
İyn
2
KulTaz: GUAM ölkələri ədəbi əlaqələri bundan sonra daha da genişləndirmək niyyətindədirlər. Bu məqsədlə quruma üzv ölkələrin yazıçılarının ölkəmizə səfəri başlayıb. Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığa dair müzakirələr aparacaqlar. Görüşlər zamanı «Pin-GUAM» adlı yeni koordinasiya qurumunun yaradılması təklifi irəli sürüləcək. Davamı…
İyn
2
Rəbiqənin şeirləri üstündə (Tənqid Həftəsi)
Mövzuya Ön Söz
Ədəbi camiəmizin bir çox yaradıcılarının fikrincə ədəbi əsərlər yalnız və yalnız onların başçılıq etdiyi bir təşkilatda yaranır, onların üzünə başı aşağı baxan qələm sahiblərinin yazdığı şeylərdir. Bu təşkilatın çatısı altında olmayan yaradıcı insanların - orta və gənc nəslin yaratdıqları onların diqqətindən qıraqdadır və nə qədər olmasa da, onlar bu yaradıcı insanların yazdıqlarını heç cür yaxın buraxmırlar və bu da təbii ki, onları incitməyə bilməz. O yaradıcı insanlar da heç kəsi veclərinə almayaraq öz işlərini görürlər və onların da əlinin altında qəzet və jurnallar var. Davamı…
İyn
2
(Tənqid Həftəsi)
Etiraf edim ki, üstqat ədəbi proses qovğaları üçün qəti darıxmamışam; ayrıldığımdan təqribən üç il ötür və mən belə başa düşürəm ki, heç cariliyin özündə də Tehran Əlişanoğlu imzasından ötrü elə bir darıxmaqlıq yox. Yəni hər şey qaydasında, carilik imzaların gəlib-getdiyi bir müstəvi; maraqlı olan bu ki, vardısa hara getdi, getdiyi yer haradır?
“Kultaz” olmasaydı, güman, bu etirafa da gərək olmayasıydı; Zahir Əzəmət deyəndə ki, saytda ədəbi tənqidi gündəmə gətirmək niyyətindədir, hər hansı ədəbiyyat layihəsinə açıq olduğumu bildirdim. Zira cari proses ədəbi gedişatın həmişə mahiyyət tərəfini göstərməsə də, aysberqin məhz görünən tərəfidir. Davamı…
İyn
2

(Tənqid Həftəsi)
Azərbaycan dilində, indi bizim danışdığımız ana dilimizdə ilk ədəbi abidəni kim yaratmışdır? Söhbət, əlbəttə, yazılı ədəbiyyatdan gedir.
Azərbaycan ədəbiyyatşünaslığında uzun müddət bu məsələ ətrafında sükut dövrü yaranmış, bu dövr başa çatdıqdan sonra isə yekdil bir qənaət hasil olmuşdur.
O da bundan ibarətdir ki, Azərbaycan dilində ilk bədii nümunənin müəllifi XIV əsrdə yaşamış İzzəddin Pur Həsən Əfsəranidir. Belə bir ehtimal irəli sürülmüşdü ki, İzzəddin Pur Həsən (Həsənoğlu) azəri türkcəsində hətta ilk divanın müəllifidir və onun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” mətləli qəzəli də həmin divandan bizə gəlib çatan tək nümunədir. Davamı…
İyn
2
(Tənqid Həftəsi)
Cavanşir Yusiflinin xarakteri haqqında bircə cümlə kifayətdir: Cavanşir kimi adamlar haqqı o zaman müdafiə edirlər ki, haqqın bu müdafiəyə ehtiyacı olmur. Belə ki, bir müddət əvvəl Cavanşir bəy Əli Kərim haqqında kitab yazmışdı, amma o, şəksiz, Əli Kərimin zamanında yaşasaydı, onu tənqid edən bəkirnəbiyevlərdən olacaqdı. Mənzərə açıq şəkildə ortadadır, bu günlərdə Cavanşirin Ramiz Rövşən haqqında “Filoloji fantaziya” kitabı çapdan çıxıb, kitabda Azərbaycan ədəbiyyatına forma və məzmun baxımından heç bir şey verməyən, bir şair kimi Əli Kərimin topuğunun ucunda da olmayan Ramiz Rövşən haqda kitab yazmaq, üstəlik bunu artıq dünyanı 40 ildir dəyişmiş Əli Kərim haqqında kitab yazandan sonra etmək Cavanşir Yusiflinin xarakterini açıq şəkildə ortaya qoyur. Davamı…