Qaynar xəbər portalı

Əsəd Cahangir(Tənqid Həftəsi)

Elə hеy narazılıq еdirlər ki, niyə ancaq yaşlılardan yazırlar, bəs gənclər? Hərdən özümü də bu narazılığın hədəfi kimi görəndə təəccüblənməkdən başqa əlimdən bir iş gəlmir. Suvоrovun sözüdür səhv еtmirəmsə, məşhur frazanı tərsinə охuyuram: hamı unudulur, hər şеy yaddan çıхır. Еlə bil ki, hеç kimin adını çəkmədiyi bu cavanlardan illər bоyu yazılar yazan mən dеyilmişəm. Özü də nələri itirmək bahasına, bir Allah bilir. Davamı…


Mədəniyyət və Turizm Nazirliyi dövlət sifarişi ilə iki yeni kinolayihəni təsdiq edib. Nazirliyin ekspert şurası «Nərimanfilm» prodüsser şirkəti tərəfindən təqdim olnan «Sahə» kinolayihəsini dəstəkləmək haqqında qərar qəbul edib. Gələcək filmin ssenari müəllifi və rejissoru İlqar Safatov olacaq. O, keçən il keçirilən «Bu meydan, bu ekran» müsabiqəsinin qalibidir. Digər film isə «Ziyarət» adlanır. Onu isə Samir Kərimov ekranlaşdıracaq. //Trend


KultAz: Mədəniyyət və Turizm Nazirliyi yazıçılar, tənqidçilər, şairlər, publisistlər üçün yeni mükafat təsis edib. «Qızıl kəlmə» adlanan bu mükafat ildə iki dəfə təqdim olunacaq. Mükafat qələm ustalarının yaradıcılığını geniş təbliğatı üçün nəzərdə tutulub.


KultAz: Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan GUAM ölkələrinin gənc yazıçı və şairləri ilə görüşüb. Görüşdə nazir bir sıra təkliflərlə çıxış edib: “GUAM ölkələri arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir. Biz öz mədəniyyətimizi daha da inkişaf etdirməliyik və bu yolda sıx əməkdaşlıq lazımdır. Güman edirəm ki, bundan sonra belə tədbirlərin həyata keçirilməsi intensivləşəcək və biz tez-tez görüşəcəyik. Mən təklif edirəm ki, GUAM ölkələrinin yazıçı və şairlərini birgə toplusu hazırlansın və bu toplu bütün dünyada yayılsın”. Davamı…