İyunun 6-da görkəmli rus şairi A.S.Puşkinin anadan olmasının 209-cu ildönümüdür. Puşkin ad günü ilə əlaqədar Azərbaycan paytaxtında da tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Səbail Rayon İcra Hakimiyyəti və Bakıda fəaliyyət göstərən «Sodurujestvo» Cəmiyyətidir. Davamı…

İyn
4
İyn
4
Cavanşir Yusifli: “Bu adamlar nə qədər cəhd eləsələr də, ədəbiyyatda hadisə ola bilmədilər, onlar sadəcə bədbəxt hadisələrdir”
(Tənqid Həftəsi)
- Cavanşir bəy, tənqidin indiki durumu haqqında nə deyə bilərsiniz? Bu durumda tənqidçilərin üzərinə hansı məsuliyyət düşür?
- Bu gün ədəbi tənqid anlayışının özü yayğındır. Bunun əyani nümunəsi kimi ortada olan tənqidi əsərlərə və kimlərə tənqidçi deyilməsinə bir balaca diqqət yetirmək lazımdır. Ədəbi prosesdə canlanma bəzi adamların düşündüyü kimi sadəcə aranı qatmaqla, ortaya təhrikçi suallar və epizodlar qatmaqla yaranmır. Yaxud əksinə, yüz minlərlə tənqidçinin güc, enerji sərf edib kimdənsə yazıçı, şair yapmaq yönündə çabaları əvvəl-axır uğursuzluğa məhkumdur. Deməli, yazılan, meydana gələn əsərdən – bədii mətndən necə yazmaq, hansı dərərcədə obyektiv olmaqdan, daha çox – bədii mətnin dərin qatlarında gizlənən perspektivi görməkdən asılıdır. Bu mənada götürdükdə bizdə tənqidin indiki durumu çox ağlamalıdır. Davamı…


Bölmə: 





