Qan Turalı: “Mən şair təfəkkürlü adam deyiləm”
(Tənqid Həftəsi)
- Tural, sənin şeir kitabın, hekayələrin, publisitik və tənqidi yazıların var… Bəs oxucuya özünü necə təqdim edərdin?
- Mən sadəcə olaraq yazaram. Şeir kitabım var, amma daha şeir yazmıram. Qəzetlərdə də yazıram. Nəsr də. “Çiyələkli gecənin pornoqrafiyası” povestim “Alatoran”ın növbəti sayında dərc ediləcək. Mən yazaram. Yazar hər şey yazmalıdır. Bizdə axmaq bir ənənə var ki, hamı ancaq bir janrda yazmalıdır.
- Niyə daha şeir yazmırsan? Yoxsa sən də “şeir öldü” deyənlərlə razısan?
- Yox, ölmədi. Açıq etiraf edirəm ki, şeir yaza bilmirəm. Şeir kitabımı da ciddi bir şey hesab etmirəm. Mən şair təfəkkürlü adam deyiləm. O da var ki, mən son zamanlarda şeir oxuduğumu da xatırlamıram. Şeir yazanlara pis də baxmıram təbii ki. Orxan Pamuk kimi şeiri gerizəkalılıq saymasam da, onu heç ali təfəkkürün bəhrəsi də hesab etmirəm. Davamı…
KultAz: Bu gün Azərbaycan ədəbiyyatı və poeziyasında xüsusi yer tutan şair Mikayıl Müşfiqin 100 illik yubileyidir. Hər il iyunun 5-i Müşfiqin poeziya günü kimi qeyd olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən, şairin yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Səhər saatlarında müşfiqsevərlər ölməz şairin büstünün önündə toplaşıblar. Çıxış edənlər şairin keşməkeşli həyat yolundan və yaradıcılığından bəhs ediblər. Daha sonra müşfiqsevərlərin ifasında şeirlər ifa olunub.
KultAz: Məşhur britaniyalı yazıçı Çarlz Dikkensin yazı masası və stulu dünən axşam Londonun “Christies” auksionunda 433 min funt sterlinqə satılıb. Bu barədə auksion evinin məlumatında deyilir.
“Ədəbiyyat” mebeli setinin alıcısı İrlandiya kolleksiyaçısı və keçmiş jurnalist Tom Hiqqins olub. Auksion təşkilatçılarının sözlərinə görə, “bazarlıq daha da qızğın olub” və nəticədə lotun son qiyməti beş yarım dəfə olmaqla maksimal dəyərə qalxıb. Davamı…