“KULTAZ”ın 1 YAŞI TAMAM OLUR

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 06 Haziran, 2008

Kultaz2007-ci ilin 9 iyun tarixindən etibarən fəaliyyətə başlayan “Kultaz” – Mədəniyyət Portalının bir neçə gündən sonra 1 yaşı tamam olur. Bu münasibətlə istər bizimlə əməkdaşlıq edən müəllifləri, istərsə də oxucularımızı təbrik edirik. Bütün bu müddət ərzində bizə verdiyiniz dəstək və önəmə görə hər birinizə təşəkkür və sevgilərimizi çatdırırıq.
Bazar günü isə “Kultaz”ın 1 yaşını birlikdəqeyd etmək üçün hər birinizi hazırda yerləşdiyimiz ünvana- “Alma” qəzetinin redaksiyasına dəvət edirik. Açıq-havada, redaksiyanın həyətindəki bağçada düzənlənəcək  qeyri-rəsmi pik-nikdə hər birinizi görməkdən məmnun olardıq. Tədbir saat 15:00-da başlayır.
Ünvan: Həsən Əliyev küçəsi 4/190 (Keçmiş İnqilab küçəsi ilə Papalninin kəsişdiyi yer).
Tel: 055-625-09-25

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

25 Şərh var
Şərh yazın »

  1. Mən axı deyəsən həmin məhəllədə yaşamışam…-))
    Təbrik edirəm, uşaqlar…Zəhmətiniz hədər getməyib hesab edirəm və kultazın bu bircə yaşında elədikləri əlbəttə ki tərifəlayiqdir.
    Sizə uğurlar, xoş yeniliklər və uzun-uzun fəaliyyət dövrü arzulayıram…
    Bir yaşınız mübarək olsun…

  2. zahir,salam.son vaxtlar yeqinlesdirdim ki,sen shairden daha cox istedadli publisist ve shoumensen.
    1 yasinizi tebrik edirem.Sene yaradiciliqinda ve sexsi heyatinda ugurlar.

  3. bapbalaca yashinizi tebrik edirem.
    …ishlek, sevilen, yeri olan saytdir-kultaz…size daha da operativlik arzulayiram…
    UGURLAR DOSTLAR!!!

  4. Tebrik edirem,
    ugurlar arzulayiram.

  5. Rasət bəy, siz də dəvətlisiz ha!

  6. Əməyi təqdir etmək lazımdır… Bir yaşınız mübarək olsun!..

    Admindən bir xahişim var: Tofiq Abidin müəllimdən müsahibə götürsən niyə türk dilində yazmağa çalışdığını soruşa bilərsən..? Desə ki, ay Turan belə, Günəş dil nəzəriyyəsi elə… Onda “enterasanın” türk sözü olmadığını çatdırsan, əməlli-başı minnətdar olacam!..

  7. Təbriklər, Zahir bəy!
    Doğrudan da, çox əhəmiyyətli iş görürsünüz. Daha böyük uğurlarınızın şahidi olaq, inşallah!
    P.S. Bu xoş yubiley ərəfəsində Rasət bəydən “boykot”a son qoymağı və əvvəlki kimi Kultazda fəal olmağı xahiş edirəm.

  8. tebrikler. Ugurlar, bu bir ilde etdikleriniz teqdirelayiqdir. AD GUNUN MUBAREK KULTAZ

  9. Sizi təbrik edirəm.Uğurlar arzulayır və təşəkkürümü bildirirəm.

    Hörmətlə,Əli Şirin

  10. Zair, mən şəxsən səni təbrik eliyirəm. Çünki şəxsən sənin gücünün sayəsində sənin və xidmət etdiyin ədəbiyyatın uğurları göz qabağındadır. Daha bol olsun, daha ucalarda olasan.
    Bu sevincini 100-də 100 səninlə bölüşməyi vacib bilirəm, inan ki, mən hədsiz sevinirəm sənin yerinə. İnşallah, Allah qismət eləsin, 10 yaşını da qeyd edək.
    Uğurlar!
    Sisi

  11. Zahir bəy, təbrik edirəm! Bircə ildə ədəbiyyat, mədəniyyət adına bütöv təşkilatlardan çox iş görməniz, bunca uğurlara nail olmanız alqışlanmalıdır! Mən də alqışlayıram! Belə də davam edin!

  12. Təbriklər, şair!

    Kultaz`ın bir yaşında hər birimizə “insanlarına sağlığında dəyər verilən” cəmiyyət, dövlət arzu edirəm. Ura! :)

  13. Mübarəkdi, mübarəkdi, mübarəkdi bu gecə!:)

    Zahir, sənə və bu işdə balaca bir əməyi olan istənilən dostuna, yoldaşına böyük təşəkkürlər!

  14. Təbrik eliyirəm!!!
    Daha böyük uğurlar arzulayıram!!!

  15. Zahir oglunun (KULTAZ) 1 yasi olmasi munasibetile tebrik edirem. Bu usaqi dunyaya getirmek, onun qayqisina qalmaq, boyutmek cox cetindir. Bu isde ugurlar arzu edirem….

  16. Siz bouyk ishler gordunuz!
    Tebrikler!

  17. Tebrik edirem her kesi.
    Tesufler ki piknikde istirak ede bilmedim.

  18. Hörmətli Məsiağa müəllim!

    Iki gün idi, Bakıda yox idim. İlahi saatlar keçrirdim. Və çox – çox illər əvvəl qəldiym bir qənaətə bir daha inanırdım. Təbiətdə cansız heç nə yoxdur. Təbiətdə hər şey canlıdır və hər şey insanı başa düşür. Sadəcə insan təbiəti başa düşmür. İnsanın təbiəti başa düşməsi üçün onu ürəyiylə dinləməlidir. Bizim ürəyimizisə şeytan çoxdandır əlimizdən alıb və bəlkə də Allah təkcə şeytana aldandığımıza görə yox, həm də ürəksiz qaldığımıza görə bizi cənnətdən rədd eləyib.

    Və mən Bakıya yenicə qayıtmışam, Bakı vağzalına düşən kimi dərhal anlamışam ki, bəli, Allahın cənnətdən qovduğu adamlardan biri də mənəm.

    İndi Kultaza baxıram, eyni hissləri keçiriəm, elə bilirəm Bakı vağzalındayam.

    Mən Bakı vağzalını iki şəkildə görmüşəm; bir özbaşına olanda, bir də nəqliyyat departamentinin işçiləri tərəfindən nəzarətə götürüləndə. Bakı vağzalında həmişə ağız deyəni qulaq eşitmir, amma elə ki vağzal nəqliyyat işçiləri tərəfindən nəzarətə götürülür, adamlar bir tərəfə çəkilib, nəzarətçilərin çıxardıqları oyunlara maraqla tamaşa eləməyə başlayır.
    Səmimi deyirəm, indi Kultaz mənə nəzəratə götürülmüş Bakı vağzalını xatırladır. Deyəsən, baş nəzarətçi rolunda da Cavanşir Yusifli çıxış edir.

    Məsiağa müəllim, əgər səhv etmirməsə, mən yazıdığım şərhlərdən birində Kultazla, o cümlədən Zahir Əzəmtlə bağlı bir narahatlığımı ifadə etmişdim və o vaxt, Siz yazmışdınız ki, mənim gümanımın heç bir əsası yoxdur.

    Üzr istəyirəm, Məsiağa müəllim, deysən mən haqlı çıxdım.

    Mən Kultazdakı tənqidçilərimizin bütün məqalələrini oxudum və bu məqalələr bir daha məni inandırdı ki, tənqidçilərimiz bu gün Azərbaycan ədəbiyyatında nə baş verdiynidən əsasən xəbərsizdirlər.

    «Əsasən» ona görə deyirəm ki, bu «xəbərsizdir» ifadəsini hamıya şamil etmək olmaz. Məsələn, mən Əsəd Cahangirin çox ayıq qənaətləri olduğuna bir daha inandım və ona da şübhəm qalmadı ki, Əsəd Cahangir indi mövcud olan şaraitdə müasir Azərbaycan ədəbiyyatı haqqında fikirlərini heç bir vaxt axıra qədər açıqlamayacaq.
    Çünki ayıqdır, həddindən artıq ayıqdır.
    Mən Tehran Əlişanoğulunu artıq otuz ildir oxuyuram. Elə bilirəm, Tehran mənim tanıdığım Tehrandır, o, alimdir, bütün məsələlərə alim kimi yanaşır, deyəsən başqa cür yanaşmaq arzusu da yoxdur.

    Qaldı Cavanşir Yusifliyə… Cavanşir Yusifli təkcə Azərbaycan oxucularına deyil, o yeri gələndə, ona əl verəndə hətta Mirzə Fətəli Axundova da “fırıldaq” gəlir. Məsələn, Hacı Nurunun çiyninə çüxa («Kimyagər»də belə şey yoxdur) salır, sonra həmin çuxanı Hacı Nurunun çiynindən götürüb, tərsinə çevirir, mənim çiynimə atır . Mən Cavanşir Yusiflini qınamıram, ola bilər o, «çuxa» sözü ilə «nuxa» sözünü səhv salır. Mən hörmətli Cavanşir Yusiflinin nəzərinə çatdırmaq istəyirəm ki, Hacı Nuru çuxalı deyil, nuxalıdır.
    «Çuxa» sözü ilə «nuxa» sözünü bir – birindən ayıra bilməyən adamın tənqidçi olmaq iddiasına düşməsi vallah, gülüncdür. Özü də allaha bəndəlik etmək niyyətində olmayan xeyli yazıçının mövcud olduğu bir ədəbi aləmdə.

    Qaldı Kultazı «baykot» məsələsinə. Mən Kultazı baykot etməmişəm. Kultaz mənim yazıdıqlarımı axıra qədər verməyib, ona görə də mən Kultaza yazmağımı dayandırmışam.
    Heç bilmirəm Kultaz bu yazımı axıra qədər verəcək yoxsa, yox.
    Mən Sizi başa düşürəm və qiymətləndiriəm. Elə buna görə də Sizin sözünüzü cavabsız qoymaq mənim tərəfimdən ürəksizlik olardı və reaksiyanıza görə Sizə öz minnədarlığımı bildirirəm.

    P.S. Zahir bəy, dəvətə görə çox sağ ol!
    Təəssüf ki, iştirak edə bilmədim.
    Mən Sənə və Kultaza bir daha uğurlar arzulayıram.

  19. Men de bir-iki kitab oxumusham, indi de vaxtim olanda oxuyuram, amma Azerbaycan edebiyyati’nda Raset Pirisoyu adli bir muellimi, and ichirem butun muqeddeslere ki, Kultaz vasitesile tanidim… Indi buna gore Kultaz’a tebrik dushur ya yox, bu bashqa meseledi, amma bir yashi munasibetile tebrik dushur… -)) Yorulmayasan, Zahir, men demishem de, sen virtual Azerbaycan’in ilk media maqnati olacaqsan, ugurlar sene…

  20. Əziz Növraq.

    Hansı niyyətlə yazmağınızdan asılı olmayaraq Sizin yuxarıdakı şərhinizdəki istehza mənə təbii və səmimi göründü. Azərbaycanda doğrudan da adamların biri – birinə təqdtim olunmasında çox ciddi problemlər olub və var. Adamları tanmaq üçünsə mütləq onların fikirləri ilə tanış olmaq lazımdır. Hətta bu fikirlər mübahisəli və eybəcər görünsə də belə …

    Doğrudur biz də fikirlərinə görə tananmalı adam çox azdır. Ən pisi də budur ki, bu adamlar indi heç kəslə ünsiyyətə girmək istəmirlər.

    Amma elə adamlar da var ki, onlari tanmaq üçün onlarla tanış-filan olmaq lazım deyil. Təəssüf ki, belə adamlar indi Azərbaycanda böyük əksəriyyəti təşkil edirlər.

    Ümid etmək istərdim ki, Siz belə adamlardan deyilsiniz.

    Mən Kultazın 1 yaşı münasibəti ilə həm də Sizi təbrik edirəm.

  21. ürəkdən təbrik edirəm
    hamımız kultazbaz olub getdik!

  22. Ad günündən bir ay sonra…)

    Hörmətli admin, Sevinc Pərvanə xanımın hekayəsinə yazılan şərhlərin silinmə səbəblərini öyrənə bilərəmmi?
    Şəxsi istəklədisə, necə ki, Seymur Baycan bəy istəmir onun yazılarına şərh yazıb ovqatını təlx edələr, Sevinc Pərvanə xanımın da yazısına əvvəlcədən şərh yazmağı məhdudlaşdıraydınız. Vallah, billah, ora yazılan şərhlər xanımın hekayə dediyi zaddan min dəfə dəyərli idi.

    Və özündən deyən “azad düşüncə” sahiblərinin belə qərarları onların elə azadlıq göstəricisidir!
    Ah, unutmuşdum axı, xanım bir müsəlman ölkəsində yaşayır…

    Hörmətli admin, sizi deyib gəlmiş oxuculara hörmət etmək gərəkməzmi?

  23. Məndən əvvəl yazılan şərh Sevincə aid olduğuna görə, hərhalda Postmodernpərvərpərəstin şərhi belə biabırçı vəziyyətin alınmağına səbəb oldu!
    Admin, oynun ortasında qayda dəyişdirməzlər… ən yüngül ifadə ilə tərbiyəsizlikdi bu… Sevincin “müsəlman” təfəkkürü bu cür tərbiyəsizliyi qəbul edə bilər, bəs sənə nə olub..? Tv-yə çıxıb ağız dolusu kultaz oxucusundan dəm vuran sevinclər mənim üçün maraqlı deyil… sənə nə olub..?
    Öz adıma danışım; şərhimin silinməyi zərrə qədər də məni məyus etmədi… Ancaq, yenilikçi deyə ortalığa düşən sizlərin şərqli fırıldaqçılığınız səhər-səhər ovqatımı təlx elədi… Sizə kim, niyə inansın…? Sizi kim, niyə oxusun..? Bütün günü yeddi arxa dönənini söydüyünüz oxucu, bu təfəkkürdəki sizin cızma-qaralarınıza niyə pul versin..? Neçə ki bu ikiüzlülüyü yerə qoymamısınız, qısıldığınız dalanlarda, köşələrdə kitablarınızın satılmamağından gileylənəcəksiniz… Bu dəm bir sms gəldi: Evin tikilsin! Mən ora (kultaz-P) baxmağın daşını atmışam! Vaxtına heyfin gəlsin!
    Belə…

  24. Dostlar, Sevincin hekayəsinin altında kiçik bir qeyd qoyub, məsələyə aydınlıq gətirdim axı. Anlayıram ki, bu, qaydalara ziddir. Amma elə buna görə də sizlərdən üzr istənildi və anlayışla qəbul etməyinizi rica etdim. Lütfən, məsələni çox uzatmayaq. Bir daha təkrarlanmayacaq. )))

  25. Üzrü səhvə görə istəyərlər… Şüurlu və ya şüursuz şəkildə qaydaları pozmağın sanksiyası başqa şeydir…
    Özünüzü məsxərəyə qoymayın!

Şərh yazın