İyn
7
(Tənqid Həftəsi)
Azərbaycan şeirinin kökləri 1300-1500 il və daha qədimlərə gedir, müasirliyi isə göz qabağında, onu çağdaş ədəbi proses verir. Milli şeirin köklərini, yaşarı əyaniliyini də əlçatmaz uzaqlardan çox bugünümüz, çağdaş şeirimizin olduqca rəngarəng mənzərəsi görükdürür.
1990-cı illərin müstəqillik havasını Azərbaycan poeziyası zəngin bədii-estetik təcrübə ilə qarşıladı; o qədər ki, dünya şeiri ilə heç vaxt olmadığı qədər yaxın təmasdan vəcdə gəlmiş şairlərdən biri onu «dünyada güclü poeziya» (V.B.Önər) bəyan etdi. Davamı…
İyn
7
Cavanşir YUSIFLI
yusifli@mail.ru
(Tənqid Həftəsi)
Ədəbi prosesin istənilən hadisəsi haqqında düşündüklərini yazmaq çox asandır, nəinki ədəbi tənqidin mahiyyəti və nə olması haqqında. Birincisi, sənin “düşündüklərin” özün də hiss etmədən illər boyu müəyyən qəlib içinə oturmuşdur və istənilən ədəbi fakt, ya hadisə ilə bağlı bu qəlibin içində sonsuz sayda işarələr var ki, ifadə olunmağa fürsət gəzir. Mənə elə gəlir ki, hər bir yazan adam ilk növbədə məhz bu “ifadə olunmaq istəyən işarələri” var gücüylə boğmağa çalışmalıdır. Onlara dərhal qapı açmaq, necə deyərlər, artıq müqavimətin və immunitetin itirilməsi anlamına gəlir. Davamı…
İyn
7
Əsəd Cahangir: “Bizdə tənqidçilər var, amma onların fəaliyyəti bədii prosesin obyektiv mənzərəsini göstərmir”
(Tənqid Həftəsi)
- Əsəd bəy, bu gün dəbdə olan mövzulardan biri ədəbi tənqidin yoxluğu məsələsidir. Tanınmış bir tənqidçi kimi bu məsələyə münasibətiniz necədir?
- Mən heç vaxt düşünməmişəm ki, bizdə ədəbi tənqid var, ya yox, sadəcə, yazılarımı yazmışam. Amma elə ki, son iki ildə özüm üçün də gözlənilmədən iki poema yazdım, tənqidimizin gücsüzlüyünü bir müəllif kimi mən də gördüm.
- Bəlkə poemalarınız tənqidçiləri qane etmir?
- Deməzdim. Çoxsaylı qələm adamları və hətta tanımadığım oxuculardan, xüsusən də “Namaz” adlı ikinci poema haqqında müsbət rəylər eşidirəm. Davamı…