Qaynar xəbər portalı

Çingiz AytmatovKultAz: Bu gün uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkən məşhur qırğız yazıçısı, canlı klassik, türkdilli xalqların fəxri Çingiz Aytmatov vəfat edib.
Yazıçı may ayının ortalarında “böyrək çatışmamazlığı” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Son günlər isə müalicəsini Almaniyanın Nürnberq klinikasında davam etdirirdi. Davamı…


İsa HüseynovKultAz: Azərbaycan respublikasının prezidenti İlham Əliyev xalq yazıçısı İsa Hüseynovun 80 illik yubileyini təbrik edib. Bu münasibətlə ölkə başçısı xalq yazıçısına təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İsa müəllim!
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz bədii söz sənətimizin dəyərli nümunələri olan əsərlərinizlə respublikamızda ədəbi-mədəni mühitin inkişafına sanballı töhfələr vermisiniz. Altmış ilə yaxın bir dövrü əhatə edən səmərəli yazıçılıq fəaliyyətiniz ədəbiyyatımızın zəngin ənənələrinin qorunub saxlanması və yaşadılması naminə xidmətin parlaq ifadəsidir. Davamı…


Portalımızın oxucu auditoriyasının hər gün böyüməsi nə qədər sevindiricidirsə, özüylə bir sıra problemlər də gətirməkdədir. Bu problemlərdən ən qabarığı yazılan şərhlərlə bağlıdır. Belə ki, bir çox hallarda şərhçilər mətnlərə deyil, bir-birilərinə münasibət sərgiləyir, aidiyyatı olmayan şərhlər yazır və s. Bütün bunları nəzərə alaraq, şərh yazma qaydalarını nisbətən sərtləşdirmək qərarına gəldik. Davamı…


Rüstəm İbrahimbəyovOqtay Mirqasımov: “Nə qƏdər ki, Rüstəm İbrahimbəyov sədrdir, problemlər həll olunmayacaq”

Rüstəm İbrahimbəyova ağır ittihamlar!

Bir neçə gün öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirildi və səs çoxluğu ilə Rüstəm İbrahimbəyov yenidən quruma sədr seçildi. Nizamnaməyə uyğun olaraq qurultaydan sonra sədr ittifaqın katibliyinə namizəd şəxslərin adlarını təqdim edib və səsvermə yolu ilə seçim aparılıb.
Uzun illər qurumda katib vəzifəsində çalışan bir neçə nüfuzlu şəxslərin adları həmin siyahıda olmayıb. Bunlara Eldar Quliyev, Oqtay Mirqasımov, Şəfiqə Məmmədova və başqalarını misal gətirmək olar. Davamı…


PelevinTərcümə: Mirmehdi Ağaoğlu

Bu bütlərin hamar daş üzləri arxasında
çox vaxt yarıq və boşluqlardan
ibarət labirintlər olur ki,
oraya müxtəlif növ quşlar sığınırlar.

Jozef Levender, “Pasxa adası”

Nə vaxtsa Venada qışın bu qədər  soyuq keçdiyini xatırlaya bilmirdi. Hər dəfə qapı açıldıqda və içəri soyuq hava buludu daxil olduqda yüngülcə tükləri ürpəşirdi. Uzun müddət müştərilər gözə dəymirdi və Ziqmund bu arada qocasayağı mürgüləməyə vaxt tapmışdı, bax qapı yenə də çırpıldı və o başını qaldırdı.
Kafeyə iki yeni müştəri daxil oldu – bakenbardlı bəy və uzun şinyonlu xanım. Xanım əlində uzun sivriuclu çətir tutmuşdu. Bəy parlaq xəzlə haşiyəli, ərimiş qar dənəciklərindən azca nəmlənmiş xudmani qadın çantası daşıyırdı. Davamı…